23.08.2010
Hörmətli Vergi ödəyiciləri! BTP proqramının yeni versiyası (v3.0.9) hazırdır. BTP proqramını buradan sisteminizə yükləyə bilərsiniz.
 
11.06.2010
Hörmətli Vergi ödəyiciləri! Elektron Vergi Hesab-Fakturası tərtibatı proqramının (eFP) yeni versiyası (eFP_Patch1.0.4) hazırdır.
 
15.04.2010
Hörmətli Vergi ödəyiciləri! BTP proqramının yeni versiyası (v3.0.8) hazırdır. BTP proqramını buradan sisteminizə yükləyə bilərsiniz.
 
05.04.2010
Hörmətli Vergi ödəyiciləri!  Vergi orqanından elektron sənəd mübadiləsi üçün  İstifadəçi kodu, Parol və Şifrə almış şəxslərə göndəriləcək sənədlər (uyğunsuzluq məktubları,  bildirişlər, xəbərdarlıqlar,  məlumatlar  və s.)  imzalanarkən  avtomatik olaraq   “Onlayn kargüzarlıq”  sistemindəki  fərdi elektron qutunuza  göndəriləcəkdir. Daha ətraflı >>>
 
01.03.2010
Vergilər Nazirliyi bütün Azərbaycan vətəndaşları üçün “Onlayn kargüzarlıq” sistemi yaratmışdır. Bu sistem vasitəsilə istifadəçilər tərəfindən vergi orqanına və digər vergi ödəyicilərinə ünvanlanan bütün müraciətlərini  göndərmək mümkündür.  “Onlayn kargüzarlıq”  barədə ətraflı məlumatı İstifadəçi təlimatlarından əldə edə bilərsiniz.
 
18.02.2010
Hörmətli Vergi ödəyiciləri! Elektron Vergi Hesab-Fakturası tərtibatı proqramının (eFP) yeni versiyası (eFP_Patch1.0.3) hazırdır.
 
17.02.2010
Hörmətli Vergi ödəyiciləri! BTP proqramının yeni versiyası (v3.0.6) hazırdır. BTP proqramını buradan sisteminizə yükləyə bilərsiniz.
 
12.01.2010
Hörmətli Vergi ödəyiciləri! Elektron Vergi Hesab-Fakturası tərtibatı proqramının (eFP) yeni versiyası (eFP_Patch1.0.2)İSTİFADƏÇİ TƏLİMATI hazırdır.
 
12.01.2010
Elektron Vergi Hesab-Faktura fayllarının formatı və nümunələri haqqındakı dəyişiklikləri, habelə e-VHF fayllarının formatınının ətraflı izahını (proqramçılar üçün) buradan əldə edə bilərsiniz.
 
07.01.2010
Elektron vergi hesab-fakturalarının tərtibi üçün nəzərdə tutulan mal (iş və xidmətin) kodlarını İSTİFADƏÇİ TƏLİMATLARI bölməsindən yükləyə bilərsiniz.
 
29.12.2009
Hörmətli vergi ödəyiciləri!  Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən  01.01.2010 tarixdən etibarən  elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılır.  Bu məqsədlə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında (www.e-taxes.gov.az)  müvafiq altsistem (bölmə) yaradılmışdır.  İstifadə zamanı ortaya çıxan problemləri, sual və təkliflərinizi evhf@e-taxes.gov.az ünvanına  göndərməyinizi xahiş edirik.
 
21.08.2009
Dövlət Vergi orqanlarında işləmək istəyən namizədlər üçün test toplusu çap olunmuşdur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Vergilər Nazirliyi ilə birgə 2009-cu il avqustun 30-da «Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında» Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirir. Namizədlərin imtahana hazırlaşmalarına kömək məqsədilə Vеrgilər Nаzirliyi tərəfindən 2529 suаldаn ibаrət tеst toplusu çap olunaraq namizədlərin istifadəsinə verilmişdir. İmtаhаndа nаmizədlərə müvafiq sаhə bilikləri üzrə (hüquq və ixtisas) təqdim оlunаcаq 80 suаl məhz həmin suаl bаnkındаn sеçiləcəkdir. Suallar Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Nazirlər Kabinetinin qərarları, Vergilər Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Prosessual Məcəllə, Mülki Məcəllə, Cinayət Məcəlləsi və Cinayət Prosessual Məcəlləsi və digər qanunvericilik aktlarını əhatə edir. Çap olunmuş test toplusunu yalnız Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının İnzibati binasından almaq olar.
 
01.08.2009
Azərbaycan Respublikası Vergilər Nazirliyi Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə elan edir.
 
18.04.2009
Hörmətli Vergi ödəyiciləri! BTP proqramının yeni versiyası (v3.0.2) hazırdır. BTP proqramını buradan sisteminizə yükləyə bilərsiniz.
 
17.04.2009
Hörmətli Vergi ödəyiciləri! Azərbaycan Respublikası Maliyyə Nazirliyi 10 aprel 2009-cu il tarixli  İ-37 nömrəli Əmri ilə Baş Dövlət Xəzinədarlığı ləğv edilmiş və 10 aprel 2009-cu il tarixli  İ-38 nömrəli Əmri ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi yaradılmışdır. Buna görə də Vahid ƏDV Depoziti Hesabınının rekvizitlərində dəyişikliklər edilmişdir.
 
06.04.2009
Hörmətli Vergi ödəyiciləri! Bəyannamələrin göndərilməsi prosesinin asanlaşdırılması məqsədilə Sadələşdirilmiş verginin bəyannaməsinin alternativ üsulla ─ BTP proqramından istifadə etmədən İnternet Vergi İdarəsindəki hesabınıza daxil olaraq birbaşa, “on-line” rejimində tərtib edilməsi və göndərilməsi imkanı yaradılmışdır. “On-line” rejimdən istifadə edərkən digər proqramları (BTP, JAVA, Acrobat Reader) kompüterinizə yükləməyə ehtiyac yoxdur. Hansı üsuldan istifadə etməyi özünüz seçə bilərsiniz. Xatırladırıq ki, bu, yalnız sadələşdirilmiş verginin bəyannaməsinə aiddir. Digər bəyannamələr həmişəki qaydada ─ BTP proqramından istifadə etməklə tərtib edilməli və göndərilməlidir. Sadələşdirilmiş verginin “on-line” bəyannaməsinin tərtib edilməsi üçün təlimatla buradan tanış ola bilərsiniz.
 
10.03.2009
Hörmətli Vergi ödəyiciləri! BTP proqramının yeni versiyası (v3.0.1) hazırdır. BTP proqramını buradan sisteminizə yükləyə bilərsiniz.
 
04.03.2009
Hörmətli vergi ödəyiciləri! “İqtisadi fəaliyyət növləri təsnifatının” Beynəlxalq təsnifat kodlarına uyğunlaşdırılması ilə əlaqədar olaraq 28 fevral 2009-cu il tarixdən uçota alınacaq vergi ödəyicilərinin fəaliyyət növlərinin yeni təsnifata uyğun kodlaşdırılmasına başlanılmışdır. Ona görə də bu tarixdən etibarən bəyannamələrinizi hazirlayarkən Əsas fəaliyyət növünün kodunu və adını yeni təsnifata uyğun daxil etməlisiniz. Bəyannamələrini elektron formada təqdim edən vergi ödəyiciləri Bəyannamə Tərtibatı Proqramının (BTP) 3.0 (və ya daha sonrakı) versiyasından istifadə etməlidirlər.
 
01.02.2009
Hörmətli Vergi ödəyiciləri! BTP proqramının yeni versiyası (v2.1.7) hazırdır. BTP proqramını buradan sisteminizə yükləyə bilərsiniz.
 
21.01.2009
Hörmətli Vergi ödəyiciləri! BTP proqramının yeni versiyası (v2.1.6) hazırdır. BTP proqramını buradan sisteminizə yükləyə bilərsiniz.
 
08.01.2009
Hörmətli Vergi ödəyiciləri! BTP proqramının yeni versiyası (v2.1.5) hazırdır. BTP proqramını buradan sisteminizə yükləyə bilərsiniz.
 
13.12.2008
Hörmətli Vergi ödəyiciləri! BTP proqramının yeni versiyası (v2.1.4) hazırdır. BTP proqramını buradan sisteminizə yükləyə bilərsiniz.
 
29.11.2008
 Vergilər Nazirinin 13 noyabr 2008-ci il tarixli  əmrinə əsasən 2008-ci ilin dekabr ayının 1-dən etibarən vergi ödəyiciləri tərəfindən kağız formada bəyannamə və hesabatlar ştrixkodla təqdim edildiyi halda, onların vergi orqanları tərəfindən qəbul edilməsinin təmin edilməsi tapşırılmışdır.
 
29.11.2008
 Hörmətli Vergi ödəyiciləri! Vergilərin hesablanması üçün kalkulyatorda yeni dəyişikliklər edilmişdir. Bu yeniliklərlə siz, yol vergisinin və mədən vergisinin hesablanmasınıda yerinə yetirə biləcəksiniz.
 
25.11.2008
 Hörmətli Vergi ödəyiciləri! BTP proqramının yeni versiyası (v2.1.3) hazırdır. BTP proqramını buradan sisteminizə yükləyə bilərsiniz.
 
08.11.2008
 Hörmətli Vergi ödəyiciləri! BTP proqramının yeni versiyası (v2.1.2) hazırdır. BTP proqramını buradan sisteminizə yükləyə bilərsiniz.
 
27.10.2008
 Vergi orqanlarına işə qəbulla əlaqədar test imtahanının suallarının bankını 27.10.2008-ci il tarixdən etibarən Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından əldə edə bilərsiniz..
 
02.10.2008
 Hörmətli Vergi ödəyiciləri! BTP proqramının yeni versiyası (v2.1.1) hazırdır. BTP proqramını buradan sisteminizə yükləyə bilərsiniz.
 
29.09.2008
 Dövlət vergi orqanlarında işə qəbulla əlaqədar müsabiqədə iştirak edənlərin nəzərinə! Elektron ərizələri Vergilər Nazirliyində ilkin yoxlamadan keçərək qəbul edilmiş vətəndaşlar 5-7 noyabr 2008-ci il tarixlərində imtahana buraxılış vəsiqəsinin götürülməsi üçün şəxsiyyət vəsiqəsi və iş nömrəsi ilə Vergilər Nazirliyinin inzibati binasının qəbul otağına müraciət etməlidirlər. Test imtahanı 09.11.2008-ci il tarixdə keçiriləcək. Elektron ərizənin qəbul edilib edilmədiyi barədə məlumatı buradan ala bilərsiniz.
 
11.08.2008
 Hörmətli Vergi ödəyiciləri! BTP proqramının yeni versiyası (v2.1.0) hazırdır. BTP proqramını buradan sisteminizə yükləyə bilərsiniz.
 
21.07.2008
 Hörmətli Vergi ödəyiciləri! BTP proqramının yeni versiyası (v2.0.9.1) hazırdır.
 
30.06.2008
 Hörmətli Vergi ödəyiciləri! Vergilərin hesablanması üçün kalkulyatorun yeni versiyası istifadənizə verilmişdir. Bu yeniliklərlə siz, sadələşdirilmiş verginin, fiziki şəxslərin muzdlu işdən əldə olunan aylıq gəlirindən vergisinin, avtonəqliyyat vasitəsi ilə sərnişin və yük daşınmasını həyata keçirən şəxslərin sadələşdirilmiş vergisinin və mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin hesablanmasını yerinə yetirə biləcəksiniz.