Diqqət:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən İmza sahibi imza yaratma məlumatlarının mövcud tələblərə uyğun istifadəsinə məsuliyyət daşıyır və zərurət olmadan imza yaratma məlumatlarının surətinin çıxarılması, onların digər şəxsə verilməsi qadağandır.
2. Öz elektron imzanızı hər hansı bir şəxsə etibar etməklə, Siz həmin şəxsə bütün fərdi məlumatlarınıza əlyetərlilik imkanı təqdim etmiş olursunuz. Sizin elektron imzanız vasitəsilə adınıza kredit və ipoteka götürmək, hesabınızdan pul köçürmələrini həyata keçirmək, Sizin adınızdan müqavilə bağlamaq və s. mümkündür. Elektron imzanız vasitəsilə həyata keçirilən bütün əməliyyatlara görə məsuliyyəti yalnız Siz daşıyırsınız!
Qeyd 1: Vergi ödəyicisi elektron
bəyannamələri və elektron vergi-hesab fakturaları İnternetə daxil
olmadan (oflayn rejimdə) hazırlamaq və paketləmək üçün ilk öncə, Java
(Java Runtime Environment (JRE)) dəstəkləyici proqramı öz kompüterinə
qurmalıdır.
Qeyd 2: PDF tipli faylları açmaq üçün Adobe Reader
proqramının kompüterə qurulması tələb olunur.
Qeyd 3: Yuxarıdakı
proqramları İnternet Vergi İdarəsi portalının "Lazımlı proqramlar" bölməsindən endirmək və
yükləmək mümkündür.
Elektron İmzanın İnternet Vergi İdarəsinin elektron xidmətlərinə inteqrasiyası
Ümumi məlumat
Vergilər Nazirliyinin nəzdində müasir tipli Elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzi (Asan SXM) yaradılmış və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində akkreditə edilmişdir. Asan SXM, “Rəqəmsal İD” adlandırdığımız elektron imza kartları üzərindən xidmət göstərmək imkanına malikdir. Bu kartlar bütün əməliyyat sistemlərini (MS Windows, Unix, Mac OS) dəstəkləyir. Bundan əlavə, Asan SXM, Mobil-İD Mərkəzi və Mobil operator vasitəsilə Mobil imza (“ASAN İmza”) xidmətini də təqdim edir. Bu xidmət üçün xüsusi SİM kartdan istifadə olunur. Həmin SİM kart həm telefon nömrəsinin, həm də elektron İmza yaratma məlumatlarının fiziki daşıyıcısıdır. Bu texnologiyadan bəhrələnmək üçün istifadəçi, mobil operatordan ASAN İmza (Mobil İmza) SİM kartını əldə etməli və Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzindən(ASXM) təkmil sertifikat alaraq ASAN İmza (Mobil İmza) xidmətini aktivləşdirməlidir. Bundan sonra o, onlayn xidmətlərə təhlükəsiz olaraq daxil ola bilər və sənədləri asanlıqla onlayn imzalayaraq Vergilər Nazirliyinə göndərə bilər. Sistemə daxil olmaq və sənədləri imzalamaq üçün Rəqəmsal İD kartından da istifadə etmək olar.
Təlimatda, sistemə autentifikasiya olunma, sənədlərin imzalaması, istifadəçi səlahiyyətlərinin idarə edilməsi (yəni, bir VÖEN-lə bağlı əməliyyatların eyni vaxtda qeyri-məhdud sayda istifadəçi tərəfindən həyata keçirilməsi imkanı) və s. əməliyyatlar daha ətraflı, şəkillərlə şərh edilmişdir.
ASAN İmza vasitəsi ilə imzalanmış sənədləri kənar təşkilatlara göndərən zaman həmin təşkilatlarda göndərilən sanədlərə baxmaq üçün “AsanDoc client” proqramını qurmaq lazımdır. Bu proqramı www.asanimza.az saytında kompüterə endirmək olar.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.
Anlayışlar
Təlimatda aşağıdakı anlayışlardan istifadə olunur:
SXM - Sertifikat Xidmətləri Mərkəzi;
ASAN Xidmət Mərkəzi - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Xidmət Mərkəzi;
ASXM - Vergilər Nazirliyinin Asan SXM-i. İstifadəçilərə elektron xidmətlərdən istifadə etmək üçün, ASXM-in nümayəndələri ASAN Xidmət Mərkəzində və ya Vergi Ödəyicilərinə Xidmət Mərkəzlərində təkmil sertifikatların verilməsini təşkil edirlər;
ASAN İmza (Mobil İmza) SİM kartı - Mobil operatorlar tərəfindən verilən bu xüsusi SİM kart, həm telefon nömrəsinin, həm də elektron İmza yaratma məlumatlarının fiziki daşıyıcısıdır.
ASAN İmza (Mobil İmza) xidməti - elektron xidmətləri həyata keçirən istifadəçinin mobil telefon vasitəsilə autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir;
Autentifikasiya - İstifadəçinin doğrulanaraq sistemə daxil olmasi (login);
VN – Azərbaycan Respublikasının Vergilər Nazirliyi;
NRYTN – Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi;
VN ASXM Rəqəmsal İD kartı - Vergilər Nazirliyinin ASXM-i tərəfindən verilən rəqəmsal identifikasiya kartıdır. Sistemə autentifikasiya olunmaq və imzalanma əməliyyatı zamanı istifadə olunur. Bunun üçün Kart oxuyucu qurğu (“card reader”) tələb olunur;
AsanDoc - Vergilər Nazirliyinin ASXM-i tərəfindən verilən və MS Word, MS Exel, Adobe Acrobat və s. tipli sənəd fayllarının imzalanmasını həyata keçirən proqramlar qrupudur. Həmin qrupa,
- fərdi kompüterlər üçün - AsanDoc Client (Windows, Unix, MacOS variantlar),
- mobil qurğular və planşetlər üçün – AsanDoc (iOS, Android variantlar),
- göndərilən faylların şifrələnməsi və deşifrələnməsi üçün – AsanCRYPTO
proqramları daxildir;
NRYTN “e-İmza” kartı – NRYTN-in Məlumat Hesablama Mərkəzinin(MHM) SXM-i tərəfindən verilən kartdır. Sistemə autentifikasiya olunmaq və “e-İmzalayıcı” proqram vasitəsilə sənəd fayllarının imzalanması üçün istifadə olunur. Bunun üçün Kart oxuyucu qurğu tələb olunur;
NRYTN “e-İmzalayıcı” proqram - NRYTN MHM tərəfindən hazırlanmış və sənəd fayllarının imzalanması üçündür;
İstifadəçi - Sistemdən istifadə edənlər 2 kateqoriyaya bölünürlər:
- vətəndaşlar;
- vergi ödəyiciləri (fiziki, hüquqi şəxslər), dövlət hakimiyyətinin, yerli özünüidarəetmə orqanlarının və digər qurumlarının əməkdaşları;
İstifadəçi İD-si – Bu, 6 rəqəmli təhlükəsizlik kodudur. Bu kodu ASAN İmza sertifikatını almaq üçün müraciət edən şəxs öz ərizəsində göstərir. Əgər istifadəçi həmin kodu unudarsa, sistemə giriş zamanı “ASAN İmza” bölməsində yerləşən "İstifadəçi İD-mi unutmuşam" linkini tıklayır. Bu zaman onun telefonuna SMS vasitəsilə İstifadəçi İD-si göndərilir (gün ərzində bir dəfədən çox olmamaq şərtilə). Kod “qeyri-məxfi” statusa malikdir, yəni bu o deməkdir ki, həmin kodun digər şəxslərə məlum olması təhlükəsizliyə xələl gətirmir və internetdə “spam”dan müdafiə olunmaq üçün istifadə olunur;
Gizli sual – ASAN İmza telefonu, Rərəmsal İD kartı itirildikdə, oğurlandıqda və ya İmza sahibinin sertifikat məlumatlarının təhlükəsizliyində problem yarandıqda İmza sahibi tərəfindən operativ surətdə Gizli sual vasitəsilə sertifikatın fəaliyyəti dayandırılır. Bu zaman İmza sahibi 195 Çağrı Mərkəzinə müraciət edərək Gizli suala onun cavabını bildirir və sertifikatının fəaliyyətini dayandırır. Gizli sual və cavab yalnız sertifikat sahibinə bəlli olmalıdır. Sonradan Sertifikatın qüvvəsini bərpa etmək üçün İmza sahibi şəxsiyyətini təsdiq edən sənədlə ASXM-ə müraciət etməlidir.
FİN – Şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsidir (əvvəllər PİN adlanırdı). Bu, şəxsiyyət vəsiqənin sağ aşağı küncündəki, axırdan birinci rəqəmi buraxmaqla, sonrakı 7 rəqəm və hərflərdən ibarət koddur. Aşağıda şəxsiyyət vəsiqəsinin FİN kodu göstərilmişdir:
Yoxlama kodu – autentifikasiya və imzalama əməliyyatları zamanı sistem tərəfindən eyni zamanda istifidəçinin istifadə etdiyi e-xidmət İnternet səhifəsinə və telefonuna göndərilən təhlükəsizlik kodudur.
İstifadəçi telefonunda görünən bu kodla kompüterindəki kodu üzləşdirir. Əgər onlar bərabərdirsə, onu telefonunda OK düyməsi vasitəsilə təsdiqləyir.
İstifadəçi öz telefonunda autentufikasiya üçün (yəni, sistemə daxil olmaq üçün) 4 rəqəmli ASAN İmza PİN1 kodunu daxil edir və OK düyməsini basır. Bundan sonra, həmin istifadəçi sistemə daxil olur.
Sənədlərin onlayn imzalanması da buna anoloji yerinə yetirilir. Bu zaman 5 rəqəmli ASAN İmza PİN2 kodu daxil edilir.
ASAN İmza vasitəsilə ixtiyarı elektron xidmətə autentifikasiya olunmaq və onlayn elektron imzalama əməliyyatları aşağıdakı şəkildə təsvir edilmişdir:
Sertifikat Xidməti Mərkəzləri barədə
Azərbaycanda elektron imzanın tətbiqi ilə əlaqədar aşağıdakı Sertifikat Xidməti Mərkəzləri fəaliyyət göstərir.
Hakimiyyət Orqanları Mərkəzi – yalnız dövlət orqanları üçün nəzərdə tutulur.
Elektron Hökumət Mərkəzi – vergi ödəyiciləri və vətəndaşlar üçün nəzərdə tutulur.
Asan Sertifikat Xidmətləri Mərkzəzi (ASXM) – akkreditə olunmuş, Vergilər Nazirliyinin nəzdində fəaliyyət göstərən gücləndirilmiş sertifikat xidmətləri mərkəzidir. ASXM dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərə sertifikat xidmətləri göstərmək hüququna malikdir.
ASXM barədə daha ətraflı məlumatı asxm.gov.az saytından əldə etmək olar.
ASXM-in digər strukturlarla qarşılıqlı əlaqə sxemi aşağıda göstərilmişdir:
Elektron imza vasitələri
Aşağıda elektron imza vasitələri göstərilmişdir:
ASAN İmza (Mobil İmza) SİM kartı –Mobil operator tərəfindən verilir və Vergilər Nazirliyinin ASXM-i tərəfindən xidmət aktivləşdirilir. Bundan sonra Kart oxuyucu qurğuya (“card reader”) və xüsusi proqram təminatına (drayverə) ehtiyac olunmur, e-Xidmətlərin istifadəsi (autentifikasiya olunma və sənədlərin imzalanması) daha da asanlaşır və sadələşir.
ASAN İmza (Mobil İmza) xidmətinin üstünlükləri:
ASAN İmza (Mobil İmza) barədə daha ətraflı məlumata www.asanimza.az saytından tanış olmaq olar.
Rəqəmsal İD kartı - Vergilər Nazirliyinin ASXM-i tərəfindən verilir. Sistemə login olma və sənədlərin imzalanması əməliyyatında istifadə olunur. Windows, Linux, MacOS əməliyyat sistemlərini dəstəkləyir. İstifadəsi üçün Kart oxuyucu qurğu ("card reader") və xüsusi proqram təminatı (drayver) tələb olunur.
e-İmza kartı – NRYTN-in MHM-nin SXM-i tərəfindən verilir. Sistemə login olma və sənəd fayllarının imzalanması üçün istifadə olunur. Yalnız Windows XP əməliyyat sistemini dəstəkləyir. İstifadəsi üçün Kart oxuyucu qurğu və xüsusi proqram təminatı tələb olunur.
Daha ətraflı məlumatı www.e-imza.az saytından əldə etmək olar.
ASAN İmza SİM kartlarının növləri
Mobil operator tərəfindən 3 növ ASAN İmza SİM kartı təqdim edilir:
ASAN İmza SİM kartının üzərində aşağıdakı təhlükəsizilik kodları mövcuddur:
- ASAN İmza PİN1 – 4 rəqəmli koddur, sistemə autentifikasiya olunan zaman daxil edilir;
- ASAN İmza PİN2 – 5 rəqəmli koddur, elektron sənədlərin imzalanması zamanı istifadə olunur;
- ASAN İmza PUK – 8 rəqəmli koddur. ASAN İmza PİN1 və ya ASAN İmza PİN2 nömrələrini 3 dəfədən artıq səhv daxil etdikdən sonra ASAN İmza SİM nömrəsi bloka düşdüyü halda, bu koddan istifadə olunur. PUK nömrəsini 3 dəfə yığmaq mümkündür. Son limit həddindən sonra ASAN İmza SİM kartı yararsız hala düşür. Onun aktiv edilməsi üçün Şəxs, şəxsiyyətini təsdiq edən sənədlə mobil operatora ərizə (ərizə forması mobil operatorda təqdim olunur) ilə müraciət etməlidir.
ASAN İmza (Mobil İmza) xidmətinin aktivləşdirilməsi
ASAN İmza (Mobil İmza) üzrə sertifikatı əldə etmək üçün 2 variantdan biri seçilir:
I variant:
Müraciət edən şəxs, əvvəlcə mobil operatora müraciət edir. O, gələcəkdə istifadə edəcəyi sahədən asılı olaraq, ASAN İmzanı dəstəkləyən “Vətəndaş”, “Biznes”, “Dövlət” tipli SİM kartlardan birini alır:
- Kart həmin andan mobil rabitə üçün istifadə oluna bilir;
- SİM kart barədə məlumatlar ASXM-ə ötürülür.
Sonra o, ASAN Xidmət Mərkəzində, Vergi ödəyicilərinin Xidmət Mərkəzlərində, Ərazi Vergilər Departamentlərinin və ya Ərazi Vergilər İdarələrinin xidmət bölmələrində fəaliyyət göstərən ASXM-in nümayəndəsinə ərizə (ərizə forması orada təqdim edilir) və tələb olunan sənədlərlə birlikdə müraciət edir, müqavilə bağlayır və sertifikatını əldə edir. Həmin andan ASAN İmza (Mobil İmza) xidməti aktivləşir.
II variant:
Müraciət edən şəxs, ASAN Xidmət Mərkəzinə müraciət edir. Mərkəzdə mobil operatorun nümayəndəsindən I variantda qeyd edilən SİM kartlardan birini alır. Sonra o, həmin Mərkəzdə fəaliyyət göstərən Vergilər Nazirliyinin ASXM-nin nümayəndəsinə yaxınlaşır, tələb olunan sənədləri təqdim edir və ərizə formasını doldurur. Bundan sonra müqavilə bağlanılır, sertifikat çap olunur, tərəflər tərəfindən sənədlər imzalanılır və sertifikat həmin şəxsə təqdim edilir. Həmin andan ASAN İmza (Mobil İmza) xidməti aktivləşir.
Rəqəmsal İD kartı üzrə sertifikatı əldə etmək üçün müraciət edən şəxs yalnız ASXM-ə müraciət edir, ərizə formasını doldurur, müqavilə bağlayır və sertifikat əldə edir. Bundan sonra sertifikat 2 günədək aktivləşir.
Sertifikatların növləri və təyinatı
ASAN İmza (Mobil İmza) SİM və Rəqəmsal İD kartları aşağıdakı şəkildə göstərilən Mərkəzlər tərəfindən təşkil edilir:
ASXM-də aşağıdakı növ sertifikatlar verilir:
- Autentifikasiya
- Şəxsi (vətəndaş)
- İş (biznes)
- Dövlət və bələdiyyə (dövlət)
Müraciət edən şəxsə (bundan sonra Şəxs adlandırılır) “Şəxsi”, “İş”, “Dövlət və bələdiyyə” tipli sertifikatlar kağız daşıyıcısında çap olunaraq verilir.
“Autentifikasiya” sertifikatı isə Şəxsin adına elektron formada hazırlanır, onun sistemə daxil olmasını təmin edir, lakin kağız daşıyıcısında olunmur.
ASAN İmza SİM kartlarına uyğun olan sertifikatların siyahısı aşağıda göstərilir:
Əgər Şəxs, “Biznes” tipli SİM kart almışdırsa, o “İş” tipli sertifikatları istədiyi zaman əlavə edə bilər.
Bu zaman aşağıdakı hallar nəzərə alınaraq ona “İş” tipli sertifikat verilir:
Şəxsin əvvəlcədən VÖEN-i olduğu halda (bir dəfə ASXM-ə müraciət edir):
- Şəxs ASXM-ə müraciət edir
- Sənədləri təqdim edir
- RA sisteminə təmsil etdiyi şirkətin VÖEN-i daxil edilir
- Müqavilə bağlanılır, “İş” sertifikatı generasiya olunur və kağız daşıyıcısında çap edilir. Sonra imzalanaraq və möhürlənərək İmza sahibinə verilir
Şəxsin VÖEN olmadığı halda (iki dəfə ASXM-ə müraciət edir):
- Şəxs ASXM-ə müraciət edir
- Sənədləri təqdim edir
- Müqavilə bağlayır, “Şəxsi” sertifikatı alır
- Sonra ya İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsinə “Şəxsi” kimi daxil olur və özünə onlayn formada VÖEN əldə edir və ya vergi orqanına ərizə ilə müraciət edərək VÖEN alır
- Həmin şəxs təkrar ASXM-ə yaxınlaşır, ərizə verir, müqavilə bağlayır. Bu zaman ona imzalanmış və möhürlənmiş “İş” sertifikatı verilir. Bundan sonra İmza sahibi, “İş” sertifikatı ilə VÖEN-ilə bağlı bütün əməliyyatları apara bilər
“İş” və ya “Dövlət və bələdiyyə” tipli sertifikat əldə etmək üçün müraciət etmiş şəxslərə əlavə olaraq “Şəxsi” tipli sertifikat da təqdim edilir. Şəxsin eyni ASAN İmza SİM kartı üzrə yalnız bir ədəd “Şəxsi” tipli sertifikatı ola bilər. Yəni, əgər onun eyni ASAN İmza SİM kartı üzrə əvvəl “Şəxsi” tipli sertifikatı varsa, ona ikinci “Şəxsi” tipli sertifikat verilmir. Lakin, həmin şəxsə digər ASAN İmza SİM kartı üzrə ikinci “Şəxsi” tipli sertifikat verilə bilər. Beləliklə, şəxsə eyni Asan imza SİM kartı üzrə yalnız bir ədəd “Şəxsi” tipli sertifikat və qeyri-məhdud sayda “İş” və ya “Dövlət” tipli sertifikatları təqdim edilə bilər.
“Şəxsi” tipli sertifikatın təyinatı:
“Vətəndaş” tipli SİM kart alan şəxs, yalnız “Şəxsi” tipli sertifikat ala bilər. Bu sertifikatla yalnız vətəndaş statuslu əməliyyatlar aparılır:
- Məsələn, İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsində Məktub,Sorgu, Təklif, Ərizə, Şikayət, Təşəkkür göndərə bilər
- Fiziki və yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatını edə bilər, lakin VÖEN aldıqdan sonra VÖEN ilə bağlı heç bir əməliyyatlar apara bilməz (məs: Bəyannamə, Vergi hesab-fakturası göndərmək və s.)
“İş” tipli sertifikatın təyinatı:
- Vergi ödəyicisi olan fiziki şəxslər - Vətəndaşa məxsus əməliyyatlardan əlavə, VÖEN-lə əlaqəli bütün əməliyyatları apara bilir (məs: bəyannamə, VHF göndərə bilir, ƏDV-nin depozit hesabından köçürmələr edir və s.);
- Vergi ödəyicisi olan fiziki şəxslərin işçiləri - Vətəndaşa məxsus əməliyyatlardan başqa, VÖEN-lə əlaqəli ona verilmiş səlahiyyətlər daxilində əməliyyatlar apara bilir;
- Hüquqi şəxslərin rəhbərləri - Səlahiyyətləri daxilində həmin VÖEN-lə əlaqəli bütün əməliyyatları apara bilir;
- Hüquqi şəxslərin işçiləri - VÖEN-lə əlaqəli ona verilmiş səlahiyyətlər daxilində əməliyyatlar apara bilir.
“Dövlət və bələdiyyə” tipli sertifikatın təyinatı:
Dövlət hakimiyyəti və ya yerli özünüidarəetmə orqanının işçiləri - Qurumla əlaqəli ona verilmiş səlahiyyətlər daxilində əməliyyatlar apara bilir.
Sertifikat ilə bağlı aparılan əməliyyatlar
Sertifikatlar üzrə aşağıdakı əməliyyatlar aparılır:
- Şəxsə yeni Sertifikatların verilməsi;
- İmza sahibi tərəfindən Sertifikatın statusunun dəyişdirilməsi (qüvvəsinin müvəqqəti dayandırılması, bərpa edilməsi, ləğv edilməsi);
- İmza sahibi tərəfindən ilkin ərizə məlumatlarında dəyişiklik edilməsi.
Sertifikatın verilməsi (Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanılması dair ərizənin qeydiyyatı) aşağıdakı ardıcıllıqla yerinə yetirilir:
- Şəxs, tələb olunan sənədlərlə və ASAN İmza SİM kartı ilə ASXM-ə müraciət edir.
- Ərizəçinin sənədləri əsasında məlumatlar RA sistemində ərizə formasına daxil edilir və çap edilir (ərizə ərizəçi tərəfindən əvvəlcədən doldurularaq ASXM-ə təqdim edilə bilər). Ərizə ərizəçi tərəfindən imzalanmalıdır (Ərizə hüquqi şəxsin rəhbəri tərəfindən təqdim edildikdə ərizə möhürlə təsdiqlənməlidir).
- Məlumatlar daxil edildikdən sonra sistem tərəfindən məlumatlarla dolu ərizə forması hazırlanır. Ehtiyac olarsa, həmin ərizə forması kağız daşıyıcısında çap edilə bilər.
- Müqavilə sistem tərəfindən avtomatik generasiya olunur və 2 nüsxədə kağız daşıyıcısında çap edilir.
- Sertifikat generasiya olunur, 2 nüsxədə xüsusi blankda çap edilir.
- Sonra aktivləşdirilmə əməliyyatı yerinə yetririlir və Bildiriş çap olunur. Həmin andan Şəxs İmza sahibi olur.
- Tərəflər Ərizə, Müqavilə və Sertifikat sənədlərini imzalayırlar. Müqavilə və Sertifikat ASXM tərəfindən möhürlənir. Yalnız hüquqi şəxslər tərəfindən Ərizə möhürlənir (əgər nümayəndəsi müraciət edərsə, möhürə ehtiyac yoxdur, etibarnamədək möhür yetərlidir), digər hallarda isə Ərizə möhürlənmir.
- Şəxs təlimatlandırılır və barədə aşağıdakı jurnala imza atır:
- İmza sahibi Müqavilə, Sertifikat və Bildiriş sənədlərini alır və ASXM-i tərk edir.
- ASXM-in qeydiyyatçısı ərizəni, müqaviləni, sertifikatı və İmza sahibindən qəbul etdiyi səndələri arxivləşdirmək üçün digər şəxsə təqdim edir (bu əməliyyatı özü də edə bilər).
- Həmin şəxs, İmza sahibinin bütün sənədlərini skan edir və sonra skan edilmiş faylları sistemə daxil edir (Ərizə - “Əsas sənəd” kimi, digərləri isə “Qoşma sənəd” kimi).
Qeyd:
1. Qeydiyyatçı sənədləri yoxlayarkən onların etibarlılıq müddətinə diqqət yetirməlidir.
2. Qeydiyyatçı Möhür məlumatlarının doldurulması zamanı (Biznes və Dövlət sertifikatlarda) diqqətli olmalıdır. O təqdim olunmuş sənədlərə vurulmuş möhür məlumatlarını Ərizədə yazılmış xüsusi qrafa ilə üzləşdirməlidir.
Sertifikatın qüvvəsinin dayandırılması və bərpa edilməsi
Sertifikatın qüvvəsi ASXM tərəfindən aşağıdakı hallarda dayandırılır:
- imza sahibi müraciət etdikdə;
- qanunvericiliyə və ya müqaviləyə əsasən səlahiyyətli şəxsin (orqanın) müraciəti əsasında;
- sertifikatın verilməsi üçün əsas olan məlumatların düzgünlüyünə və ya imza sahibinin imza yaratma məlumatlarının təhlükəsizliyinə Mərkəzin əsaslı şübhələri olduqda.
Sertifikatın qüvvəsinin dayandırılması barədə ASXM dərhal imza sahibinə, müraciət etmiş səlahiyyətli şəxsə (orqana) məlumat verir və sertifikatlar reyestrində müvafiq qeydiyyat aparır.
ASXM tərəfindən sertifikatın qüvvəsi 48 saatdan artıq dayandırıla bilməz. Əgər imza sahibinin imza yaratma məlumatlarının təhlükəsizliyinə şübhələr 48 saat ərzində aradan qalxmazsa, bu zaman ASXM tərəfindən Sertifikatın qüvvəsi ləğv edilir, əks halda bərpa olunur.
Sertifikatın hüquqi qüvvəsi aşağıdakı hallarda bərpa edilir:
- sertifikatın qüvvəsinin dayandırılmasını tələb etmiş imza sahibinin müraciəti və ya müraciət etmiş səlahiyyətli şəxsin (orqanın) icazəsi olduqda;
- ASXM tərəfindən görülmüş tədbirlər nəticəsində əsaslı şübhələr aradan qaldırıldıqda;
- sertifikatın qüvvəsinin dayandırıldığı müddət başa çatdıqda.
Sertifikatın qüvvəsinin dayandırılması və ya bərpa edilməsi üçün müraciətlər yazılı şəkildə edilməli və müvafiq sənədlərlə əsaslandırılmalıdır.
Sertifikatın ləğv edilməsi
Sertifikat aşağıdakı hallarda ASXM tərəfindən ləğv edilə bilər:
- imza sahibinin müraciəti əsasında;
- sertifikatın qüvvədə olma müddəti başa çatdıqda;
- qanunvericiliyə əsasən səlahiyyətli şəxsin (orqanın) qərarı və ya müraciəti əsasında;
- imza sahibi vəfat etdikdə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyətini itirmiş hesab edildikdə;
- sertifikatın verilməsi üçün ASXM-ə təqdim olunan sənəd və məlumatların saxta, səhv və ya qüvvədən düşmüş olması bəlli olduqda;
- imza sahibinin imza yaratma məlumatları üzərində nəzarəti itirməsi ASXM-ə bəlli olduqda;
- onda qeyd olunmuş münasibətlərdə istifadə edilmədikdə;
- imzanın istifadə olunmasını tənzimləyən hüquqi aktların və ya ASXM-lə bağlanmış müqavilənin tələbləri imza sahibi tərəfindən pozulduqda;
- istifadə edilən imza vasitələrinin sertifikatı hüquqi qüvvəsini itirdikdə;
- qanunvericiliklə müəyyən edilmiş digər hallarda.
Sertifikatın qüvvəsinin ləğv edilməsi barədə ASXM imza sahibinə, müraciət etmiş səlahiyyətli şəxsə (orqana) məlumat verir və sertifikatlar reyestrində düzəlişlər barədə qeydiyyat aparır.
Sertifikat ləğv edildikdə bu sertifikatın bağlı olduğu SİM-kart üzrə göstərilən Asan imza xidməti də mobil operator tərəfindən ləğv edilir.
Sertifikatın ləğv edilməsi ilə əlaqədar yaranan mübahisələr məhkəmə qaydasında həll edilir.
İmza sahibi tərəfindən Sertifikatın statusunun dəyişdirilməsi və İmza sahibi tərəfindən ilkin ərizə məlumatlarında dəyişiklik edilməsi ərizələrinin qeydiyyatı
- Ərizəçi şəxsiyyətini təsdiq edən sənədlə ASXM-ə müraciət edir və “İmza sahibi tərəfindən sertifikatın statusunun dəyişdirilməsi barədə” və ya “İmza sahibi tərəfindən ilkin ərizə məlumatlarında dəyişiklik edilməsi barədə” müvafiq nümunəvi ərizə formasını doldurur.
- ASXM-in səlahiyyətli şəxsi tərəfindən Ərizəçinin tələb olunan sənədlərinin düzgünlüyü yoxlanılır. Sənədlərdə nöqsan aşkar olunduqda onların qəbulundan imtina edilir. Ərizəçinin adından onun etibarnamə üzrə nümayəndəsi müraciət etdikdə, ərizəyə etibarnamə əlavə edilməlidir. Dövlət hakimiyyəti və özünüidarəetmə orqanının əməkdaşlarına verilmiş sertifikatların statusunun dəyişdirilməsi ilə bağlı müraciət edildikdə, ərizəyə orqanın rəhbərinin bu barədə qərarı əlavə edilməlidir.
- Ərizəçinin sənədləri əsasında məlumatlar RA sistemində ərizə formasına daxil edilir. Həmin andan müvafiq ərizə növündən asılı olaraq sertifikatın statusu dəyişdirilir (ləğv, dayandırma, bərpa) və ya ilkin ərizə məlumatlarında dəyişiklik edilir.
- Ərizənin icra olunması barədə Bildiriş çap olunaraq Ərizəçiyə təqdim olunur.
- Sonra Ərizəçi ASXM-i tərk edir.
- Ərizəçinin ASXM-ə təqdim etdiyi sənədlər ASXM-in səlahiyyətli şəxsi tərəfindən qovluğa əlavə edilərək arxivləşdirilmək üçün digər işçiyə təqdim edilir. Digər işçi tərəfindən sənədlər skan edilərək sistemə daxil edir.
- Sənədlərin əsli hər iş gününün sonunda arxivə təhvil verilir.
Sistemə autentifikasiya olmaq
İstifadəçi şəxsiyyətini təsiq edərək onlayn xidmətlərə daxil olmaq üçün aşağıdakı autentifikasiya üsullarından birini seçə bilər:
- ASAN İmza (Mobil İmza)
- ASXM VN Rəqəmsal İD - yaxın zamanlarda
- NRYTN "e-İmza" kartı
ASAN İmza (Mobil İmza) vasitəsilə sistemə autentifikasiya olmaq
ASAN İmza vasitəsilə sistemə autentifikasiya olmaq üçün ASAN İmza SİM kartının nömrəsini “Mobil” sahəsinə, “İstifadəçi İD” nömrəsini eyni adlı sahəyə daxil edib müvafiq “Bölmə”-ni seçərək Daxil ol düyməsini basmaq lazımdır.
İstifadəçinin telefonuna 4 rəqəmli Yoxlama kodu göndərilir. Eyni zamanda həmin kod aşağıdakı şəkildə göründüyü kimi istifadəçinin kompüterinin monitorunda da əks olunur:
İstifadəçi telefonundakı kodla kompüterindəki kodların eyniliyini gördükdə sistemə autentifikasiya olmaq telefonunda ASAN İmza PİN 1 kodunu yığmalıdır.
Bundan sonra o, onlayn xidmətlərə daxil olur.
ASAN İmza vasitəsilə autentifikasiya oluma əməliyyatı aşağıdakı şəkildə sxematik təsvir edilmişdir:
NRYTN "e-İmza" kartı vasitəsilə sistemə autentifikasiya olmaq
NRYTN "e-İmza" kartı vasitəsilə sistemə autentifikasiya olmaq üçün “Bölmə” siyahısından müvafiq onlayn xidmət seçilir ("Onalyn kargüzarlıq və e-VHF" və ya "E-Bəyannamə, ƏDV-DH və ŞHV") və Daxil ol düyməsi basılır. Nümunə üçün "Onalyn kargüzarlıq və e-VHF" bölməsi seçilmişdir.
Ekrana kart oxuyucunun (card reader) kompüterə qoşulu olub-olmaması barədə məlumat çıxır.
Kart oxuyucunun proqram təminatı (drayveri) kompüterə qurulmuşdursa və həmçinin həmin qurğu "e-İmza" kartı ilə birlikdə kompüterə qoşulmuşdursa, istifadəçi Bəli düyməsini basmalıdır.
Sonra istifadəçi "e-İmza" kartının PİN kodunu daxil edir və OK düyməsini basır.
Növbəti pəncərə ekrana çıxdıqda OK düyməsi basılır. Bu pəncərənin sonralar təkrar çıxmaması üçün "Remember this dicision" (Qərarı yadda saxla) ifadəsinin qarşısındakı işarəni götürmək lazımdır.
Bundan sonra istifadəçi, onlayn xidmətlərə daxil olur.
Sənədlərin imzalanması
İnternet Vergi İdarəsi portalının elektron xidmətlər bölməsində sənədlərin göndərilməsi zamanı hazırlanan sənədlər onlayn imzalanır (ASAN İmza və ya ASXM VN Rəqəmsal İD kartı vasitəsilə).
MS Word, MS Exel, Adobe Acrobat və s. tipli əlavə olunan (attach) sənəd faylları isə AsanDoc (ASAN İmza vasitəsilə) və ya "e-İmzalayıcı" (NRYTN "e-İmza" kartı vasitəsilə) proqramları vasitəsilə imzalanaraq göndərilə bilər.
İstifadəçi kodu, parol, şifrə ilə sistemə daxil olduqda sənədlərin imzalanması yerinə yetirilmir.
ASAN İmza (Mobil İmza)
ASAN İmza (Mobil İmza) vasitəsilə sənədlərin imzalanması üçün aşağıdakı pəncərədən istifadə olunur (bu pəncərə elektron xidmətlərlə işləyən zaman sənədin imzaya göndərilməsi zamanı ekrana çıxır).
İstifadəçi mobil telefonun nömrəsini və istifadəçi İD-sini daxil edir və Qəbul düyməsini basır.
Sistem tərəfindən istifadəçinin mobil telefonuna, aşağıdakı şəkildə göründüyü kimi, 4 rəqəmli Yoxlama kodu göndərilir.
İstifadəçi telefonunda həmin kodu gördükdə onu təsdiqləyir, fərqli kod gördükdə isə ondan imtina edir.
Təsdiq əməliyyatından sonra ASAN İmza PİN 2 kodu daxil edilir.
Bununla, sənədin ASAN İmza vasitəsilə onlayn elektron imzalanma əməliyyatı başa çatır.
VN ASXM Rəqəmsal İD kartı
Sənədlərin bu kart vasitəsilə imzalanması zamanı istifadəçidən kartın PİN kodunun daxil edilməsi tələb olunur.
Yaxın zamanlarda istifadəyə veriləcək.
“AsanDoc client” proqramı
AsanDoc proqramı sənəd fayllarının imzalanması üçün istifadə olunur. Bu zaman internet bağlantısı olmalıdır. Çünki, imzalanma anında proqram ASXM-ə müraciət edir və sertifikatı yoxlayır. Həmin proqram istifadəçinin kompüterinə əvvəlcədən qurulmalıdır. Proqram barədə daha ətraflı məlumatı www.asanimza.az saytınından əldə etmək olar. Saytın AsanDOC bölməsindən həmin proqramı endirmək mümkündür.
AsanDoc proqramı istifadəçinin kompüterinə qurulduqda işçi masasında aşağıdakı “shortcut” yaranır.
Onun üzərinə klik etdikdə AsanDoc proqramı yüklənir.
NRYTN “e-İmzalayici” proqramı
“e-İmzalayıcı” proqramı vasitəsilə sənədləri imzalamaq üçün əvvəlcə Kart oxuyucu qurğunun drayveri və proqramın özü istifadəçinin kompüterinə qurulmalıdır. İstifadəçi həmin proqram təminatlarını və onun təlimatını “www.e-imza.az ” saytından endirə bilər.
Sənədləri imzalamaq üçün “e-İmza” kartı Kart oxuyucu qurğuya daxil edilir.
Sonra “e-İmzalayıcı” proqram yerinə yetirilir. Bu proqram vasitəsilə sənədin imzalanması barədə istifadəçi təlimata buradan baxa bilərsiniz.
Elektron xidmətlərə daxil olmaq (Login)
“ASAN İmza” bölməsi
Sistemə daxil olmaq üçün İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olub Giriş düyməsi basılır və “ASAN İmza” bölməsi seçilir:
Aşağıdakı məlumatlar daxil edilir:
- ASAN İmza (Mobil İmza) SİM kartının nömrəsi
- “İstifadəçi İD” nömrəsi (6 rəqəmli)
- müvafiq xidmət bölməsi seçilir.
Sonra Daxil ol düyməsi basılır.
İstifadəçinin mobil telefonuna Yoxlama kodu göndərilir. O, telefonunda həmin Yoxlama kodunu gördükdə Ok düyməsini basır və sonra ASAN İmza PİN 1 kodunu daxil edir.
İstifadəçi sistemə ilk dəfə daxil olarsa aşağıdakı pəncərə ekrana çıxır (növbəti dəfələrdə bu pəncərə ekrana çıxmır):
Yuxarıdakı pəncərədə "Hüquqi ünvan" bölməsinin məlumatları daxil edilir (Faks olmasa "0" yazmalı).
Əgər istifadəçinin "Faktiki ünvün"ı "Hüquqi ünvan"dan fərqlidirsə, "Hal-hazırda yaşadığım (faktiki) ünvan bu ünvandan fərqlidir" ifadəsi qarşısına işarə qoymaq lazımdır və istifadəçinin "Faktiki ünvün"ı daxil edilməlidir. Əks halda, "Faktiki ünvün"ı daxil etmək tələb olunmur.
Sonra "Digər məlumatlar" bölmələsinin məlumatları daxil edilir (mobil nömrə və e-mail rekvizitlərinin daxil edilməsi məcburidir).
Sonda Qəbul düyməsi basılır.
Nəticədə aşağıdakı pəncərə ekrana çıxır və istifadəçi vətəndaş kimi sistemə daxil olur:
Bundan sonra vətəndaş ona verilmiş səlahiyyətlər daxilində əməliyyatlar apara bilir (məs. Məktub göndərə bilir, Fiziki və ya hüquqi şəxs kimi qeydiyyatdan keçə bilir və s.)
“e-İMZA” bölməsi
Bu bölmə vasitəsilə sistemə daxil olmaq üçün aşağıdakı variantlardan biri seçilir:
- VN ASXM Rəqəmsal İD kartı - bu kart Vergilər Nazirliyinin ASXM-i tərəfindən verilir;
- NRYTN “e-İmza” kartı - bu kart Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin MHM-i tərəfindən verilir.
Həmin kartlardan birini Kart oxuyucu qurğuya ("card reader") daxil edib aşağıdakı şəkildə göstərilən bölmələrdən birini seçib Daxil ol düyməsini basmaq lazımdır. (Kart oxuyucu qurğunun drayveri əvvəlcədən kompüterə qurulu olmalıdır).
“İstifadəçi kodu, parol, şifrə” bölməsi
İstifadəçi koduna, parol və şifrəyə malik vergi ödəyiciləri bu bölmədən istifadə edə bilərlər. Bu bölmə vasitəsilə sistemə daxil olmaq təhlükəsizlik tələblərinə cavab vermədiyindən yaxın zamanlarda ondan imtina edilməsi nəzərdə tutulur.
İstifadəçinin təmsil olunduğu subyektlərin idarə edilməsi
Ekranın yuxarı sağ hissəsində yerləşən “Təmsil etdiyiniz subyekt” adlı siyahıda aşağıdakı bəndlər ola bilər:
- Vətəndaş – istifadəçi bu bəndi seçdikdə “Şəxsi (vətəndaş)” tipli sertifikatla sistemə daxil olur.
- VÖEN (F/ş) “Fiziki şəxsin adı” – istifadəçi “Fiziki şəxs” kimi qeydiyyatdan keçmişdirsə, onun adı bu siyahıda görünür. Əgər istifadəçiyə, digər Fiziki şəxs tərəfindən müəyyən əməliyyatlar aparmaq üçün səlahiyyətlər verilmişdirsə, onun adı da bu siyahıda görünəcək.
- VÖEN (H/ş) “Hüquqi şəxsin adı” – istifadəçi “Hüquqi şəxs” kimi qeydiyyatdan keçmişdirsə, onun adı bu siyahıda görünür. Əgər istifadəçiyə, digər Hüquqi şəxs tərəfindən müəyyən əməliyyatlar aparmaq üçün səlahiyyətlər verilmişdirsə, onun adı da bu siyahıda görünəcək.
Yuxarıda qeyd olunanları aşağıdakı nümunə üzərində şərh edək:
Burada,
“1” - istifadəçinin FIN kodunu, soyadını, adını və atasının adını göstərir.
“2” – istifadəçinin “Şəxsi (vətəndaş)” tipli sertifikatla sistemə olduğunu göstərir. Bu bənd seçildikdə, idarəedici paneldə yalnız “Onlayn kargüzarlıq” bölməsi görünəcək.
“3” – istifadəçi bu bəndi seçdikdə hüquqi şəxsin işçisi kimi rəhbəri tərəfindən ona verilmiş səlahiyyətlərə uyğun əməliyyatlar apara bilər. Bu zaman idarəedici paneldə əlavə olaraq "Elektron VHF" bölməsi görünür. Səlahiyyətlərin siyahısının görünməsi üçün ən əvvəl işçinin təmsil etdiyi subyektə uyğun "İş (biznes)" və ya "Dövlət" sertifikatı olmalıdır. Rəhbər tərəfindən işçiyə səlahiyyətlər işçi sertifikat almamışdan əvvəl də verilə bilər. Lakin bu halda işçi müvafiq sertifikat alanadək "Təmsil etdiyiniz subyekt" siyahısında işçinin təmsil etdiyi subyektinin adı görünməyəcək. İşçi ASXM-dən həmin təmsil etdiyi subyektə uyğun sertifikat alan kimi rəhbəri tərəfindən ona verilmiş səlahiyyətlərin siyahısı görünəcək.
Rəhbər tərəfindən işçiyə verilmiş səlahiyyətlərin siyahısına baxmaq üçün Səlahiyyətlər adlı link üzərinə vurmaq lazımdır.
“4” – istifadəçi bu bəndi seçdikdə fiziki şəxsin işçisi kimi rəhbəri tərəfindən ona verilmiş səlahiyyətlərə uyğun əməliyyatlar apara bilir. Fiziki şəxsin rəhbər tərəfindən işçiyə verilmiş səlahiyyətlərin siyahısına baxmaq üçün Səlahiyyətlər linki basılır.
“5” – istifadəçi bu bəndi seçdikdə fiziki şəxs (rəhbər) kimi tabeçiliyində olan digər işçilərə səlahiyyətlər verə bilir. Bu zaman ekranda “İdaretmə səhifəsi” adlı panel görünür. Səlahiyyətlərin idarə olunması bu panel vasitəsilə yerinə yetirilir. İşçidən fərqli olaraq rəhbər ekranında Səlahiyyətlər adlı link olmur.
Yuxarıda qeyd edilənlər hüquqi şəxsin rəhbərinə də aiddir.
İdarəetmə səhifəsi (səlahiyyətlərin idarə edilməsi)
İnternet Vergi İdarəsində Səlahiyyətlərin idarə edilməsində ASAN İmzadan istifadə etmək üçün aşağıdakılar yerinə yetirilməlidir:
- Rəhbər şəxs (hüquqi və ya fiziki) və “səlahiyyət verilən şəxslər” (işçilər) ASAN İmza kartına (“biznes” və ya “dövlət” tipli) və Sertifikata (“iş” və ya “dövlət” tipli) malik olmalıdırlar;
- Sonra Rəhbər şəxs, “səlahiyyət verilən şəxslər”ə səlahiyyətlər verməlidir. Bunun üçün o, İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsinin İdarəertmə səhifəsi vasitəsilə həmin şəxslərə səlahiyyətlər verməlidir. Bu səhifə yalnız “iş” və ya “dövlət” tipli sertifikatlar ilə daxil olduqda görünür. Yəni, “şəxsi (vətəndaş)” tipli setifikatla giriş zamanı İdarəertmə səhifəsi görünmür.
- Bundan sonra “səlahiyyət verilən şəxslər” Rəhbər tərəfindən ona verilən səlahiyyətlər daxilində İnternet Vergi İdarəsinin onlayn xidmətləri üzrə müvafiq əməliyyatlar apara bilərlər.
İdarəertmə səhifəsi istifadəçilərə onlayn xidmətlərdən istifadə etmək üçün müəyyən səlahiyyətlərin verilməsi üçün nəzərdə tutulur.
Hər bir fiziki və ya hüquqi şəxs öz tabeçiliyində olan digər şəxslərə onlayn xidmətlər üzrə iş bölgüsünü təşkil etmək üçün bu səhifədən yararlana bilərlər.
İdarəetmə səhifəsinin görünüşü aşağıdakı kimidir:
Sol tərəfdə səlahiyyətlərin idarəedilməsi menyusu görünür:
- İstifadəçilərin səlahiyyətlərinə baxış
- İstifadəçilərə səlahiyyətlərin verilməsi
- İstifadəçilərin səlahiyyətlərinin alınması
İstifadəçilərin səlahiyyətlərinə baxış
İstifadəçilərin səlahiyyətlərinə baxmaq üçün eyni adlı menyu seçilir. Səlahiyyətlərinə baxılacaq şəxsin şəxsiyyət vəsiqəsinin FİN kodu daxil edilir və yanındakı “...” düyməsi basılır. Nəticədə həmin şəxsə verilmiş səlahiyyətlərin siyahısı alt sahədə görünür.
Əgər, həmin şəxsə səlahiyyətlər verilməmişdirsə, onda aşağıdakı şəkildə göründüyü kimi, onun yalnız adı ekrana çıxacaq və Səlahiyyətlər bölməsi isə böş görünəcək.
İstifadəçilərə səlahiyyətlərin verilməsi
İstifadəçilərə səlahiyyətlərin verilməsi üçün eyni adlı menyu seçilir. Səlahiyyətlər veriləcək şəxsin FİN kodu daxil edilir və yanındakı “...” düyməsi basılır. Nəticədə sistemdə mövcud olan bütün səlahiyyətlərin siyahısı alt sahədə əks olunacaq. İstifadəçi siyahıdan həmin şəxsə veriləcək Səlahiyyətləri qeyd edir və sonda İrəli düyməsini basır.
Ekrana xəbərdarlıq üçün seçilmiş səlahiyyətlərin siyahısı çıxacaq. İstifadəçi seçdiyi siyahının doğruluğuna əmin olduqda Qəbul düyməsini basır.
Növbəti pəncərədə imzalama əməliyyatı gəlir.
İstifadəçi, mobil telefonun nömrəsini və istifadəçi İD-sini daxil edir və Qəbul düyməsini basır.
Sistem tərəfindən istifadəçinin mobil telefonuna Yoxlama kodu göndərilir. O, telefonunda həmin Yoxlama kodunu gördükdə Ok düyməsini basır və sonra ASAN İmza PİN 2 kodunu daxil edir.
Nəticədə, həmin istifadəçiyə sistem tərəfindən qeyd edilən səlahiyyətlər verilir və bu barədə ekrana məlumat xarakterli mesaj çıxır.
Bundan sonra, həmin istifadəçi İnternet Vergi İdarəsinin ASAN İmza bölməsi vasitəsilə sistemə daxil olaraq ona həvalə edilmiş səlahiyyətlərə uyğun müvafiq əməliyyatlar apara bilir.
İstifadəçilərin səlahiyyətlərinin alınması
İstifadəçilərdən səlahiyyətlərin alınması üçün eyni adlı menyu seçilir. Səlahiyyətləri alınacaq şəxsin FİN kodu daxil edilir və yanındakı “...” düyməsi basılır. Nəticədə həmin şəxsə təhkim olunmuş səlahiyyətlərin siyahısı alt sahədə əks olunur. İstifadəçi həmin siyahıdan Səlahiyyətlərin müvafiq olanının qarşısındakı xananın işarəsini ləğv edib İrəli düyməsini basır.
Ekrana xəbərdarlıq məqsədilə növbəti pəncərə çıxır. İstifadəçi seçdiyi siyahının doğruluğuna əmin olduqda Qəbul düyməsini basır.
Ekrana imzalanma pəncərəsi gəlir. İmzalanma əməliyyatı yuxarıda qeyd edilmişdir. Əməliyyatın sonunda səlahiyyətlərin ləğv olunması barədə məlumat ekrana çıxır.
Bundan sonra, həmin şəxs, ondan alınmış səlahiyyətlər üzrə əməliyyatlar apara bilmir.
Səlahiyyətlərin alınması və verilməsi barədə bildirişlər
Rəhbər şəxs tərəfindən öz işçisinə Səlahiyyətlər verildikdə və ya alındıqda bu barədə onun Göndərdiklərim qovluğuna müvafiq olaraq “İstifadəçilərə hüquqların verilməsi ilə bağlı” və ya “İstifadəçilərdən hüquqların alınması ilə bağlı” məktublar göndərilir. Bu tip məktublar eyni zamanda İşçinin Gələnlər qovluğuna da göndərilir.
Bildirişin məzmununa baxmaq üçün sətir üzərinə klik etmək lazımdır.
İstifadəçinin kompüterinə Asan DOC Client proqramı əvvəlcədən qurulmalıdır. Şəkildə göstərilən link üzərinə klik etdikdə aşağıdakı pəncərə açılır:
OK düyməsini basdıqda bildirış faylı AsanDoc Client proqramı vasitəsilə açılır:
Şəkildə göstərilən faylın üzərinə klik etdikdə bildirişin məzmunu ekranda əks olunur. Aşağıdakı nümunədə Şəxsə verilmiş səlahiyyətlərin siyahısı göstərilmişdir:
Elektron xidmətlərə e-imzanın tətbiqi
Vergilər Nazirliyinə imzalanmış məktub, sorğu, şikayət, təklif, təşəkkür göndərilməsi
Vergilər Nazirliyinin struktur bölməsinə məktub, sorğu, şikayət, təklif, təşəkkür göndərmək üçün Yeni müraciət düyməsi basılır. “Kimə” qrafasında Vergilər Nazirliyinin struktur bölməsi seçilir. “Müraciətin növü” qrafasında isə Məktub, Sorğu, Şikayət, Təklif, Təşəkkür bəndlərindən müvafiq olanı seçilir və Qəbul düyməsi basılır. Sonra cədvəldə qeyd edilən məlumatlar aşağıdakı elektron formaya doldurulur:
Rekvizitin adı |
Məzmunu |
Qeyd |
Vergi orqanı |
Sənədin ünvanlandığı vergi orqanının adı siyahıdan seçilir |
|
Başlıq (mövzu) |
Sənədin məzmunu və ya təyinatı barədə qısa başlığı |
|
“Qoşma faylı əlavə et” keçidi |
Sənədə əlavə ediləcək qoşma sənəd varsa, həmin fayl əlavə edilir |
|
Başlıq |
Qoşma sənədin qısa adı |
Eyni adlı faylı təkrar daxil etmək mümkün deyildir, əks halda “Qoşma məlumatlarını düzgün daxil edin” mesajı ekrana çıxır. Bir neçə qoşma fayl əlavə edilə bilər. Əlavə edilmiş faylların formatı ixtiyari ola bilər (doc, pdf və s.), lakin ümumi əlavə edilmiş faylların toplam həcmi 5 mb-dən çox olmamalıdır. |
Qoşma |
Axtar düyməsini basmaqla, qoşma fayl axtarılaraq əlavə edilir |
“Qoşma faylı əlavə et” keçidi basıldıqda ekranda görünür. |
Boş sahəyə |
Sənədin qısa məzmunu daxil edilir |
|
Sənədin cavabının alınma forması |
Sənədin cavabının alınma forması seçilir (“Bu ünvana gəlsin”, “Kağız formada poçtla”) |
|
İmza (soyadı, adı, atasının adı) |
Bu rekvizitin daxil edilməsi məcburidir |
|
Vəzifəsi |
Sənədi göndərən şəxsin vəzifəsi daxil edilir |
|
Sonda İrəli düyməsi basılır.
Ekrana sənədin təsdiq olunması barədə məlumat çıxır.
İstifadəçi sənədi təsdiq etmək üçün “Tanış oldum, məlumatların doğruluğunu təsdiqləyirəm” ifadəsini qeyd edir. Bu zaman İmzala və göndər düyməsi aktivləşir.
Növbəti imzalama mərhələsi gəlir:
İstifadəçi mobil telefonun nömrəsini və istifadəçi İD-sini daxil edir və Qəbul düyməsini basır.
Sistem tərəfindən istifadəçinin mobil telefonuna Yoxlama kodu göndərilir. O, telefonunda həmin Yoxlama kodunu gördükdə Ok düyməsini basır və sonra ASAN İmza PİN 2 kodunu daxil edir.
Nəticədə istifadəçinin göndərdiyi sənəd imzalanılır və sənədin Vergilər Nazirliyinə göndərilməsi barədə Bildiriş ekrana çıxır.
Bildirişi çap etmək Çap, bağlamaq üçün isə Bağla düymələrdən biri basılır. Sənədin sürəti isə istifadəçinin Göndərdiklərim qovluğuna düşür.
Fiziki şəxsin onlayn qeydiyyat ərizəsi (ASAN İmza)
Vətəndaşın vergi uçotuna alınması üçün ilk öncə onun ASAN İmza "Şəxsi(vətəndaş" tipli sertifikatı olmalıdır.
Bundan sonra o, İnternet Vergi İdrarəsinin "ASAN İmza" bölməsi vasitəsilə sistemə daxil olur. Bu barədə məlumat əldə etmək üçün bu link üzərinə klik edə bilərsiniz..
İstifadəçi (vətəndaş) fiziki şəxs kimi yalnız bir dəfə qeydiyyat oluna bilər. Bunun üçün Yeni müraciət düyməsi basılır. Müraciətin növü bölməsində Ərizə, Sənədin növü bölməsində Fiziki şəxsin onlayn qeydiyyatı seçilir və Qəbul düyməsi basılır.
İstifadəçi həmin ekranda aşağıdakı məlumatları daxil edir və sonda İrəli düyməsini basır:
a) Poçt əlaqəsinin aparılacağı hüquqi və ya faktiki ünvanlardan birini seçir.
b) Fəaliyyət sahəsinin kodunu daxil edir və Əlavə et düyməsini basır. Bu zaman fəaliyyət sahəsinin məlumatları alt cədvələ düşür.
c) Əvvəlki 9 rəqəmli VÖEN-i varsa onu daxil edir və yoxlamaq üçün Yoxla düyməsini basır.
d)
Mükəlləfiyyəti seçir: Əlavə dəyər vergisi (ƏDV), Fiziki şəxslərin gəlir vergisi, Sadələşdirilmiş vergi.
Növbəti pəncərədə əgər daxil edilmiş məlumatlar doğrudursa, “Tanış oldum, məlumatların doğruluğunu təsdiqləyirəm” ifadəsini şarələmək lazımdır. Bu zaman İmzala və göndər düyməsi aktivləşir.
İmzala və göndər düyməsi sıxılır və imzalama mərhələsi ekrana gəlir. ASAN İmza vasitəsilə sənədin imzalanması barədə tanış olmaq üçün bu link üzərinə klik edə bilərsiniz.
Nəticədə fiziki şəxsin onlayn qeydiyyat ərizəsi istifadəçi (vətəndaş) tərəfindən imzalanılır və sənədin Vergilər Nazirliyinə göndərilməsi barədə Bildiriş ekrana çıxır.
Bildirişi çap etmək Çap, bağlamaq üçün isə Bağla düymələrdən biri basılır.
Sənədin sürəti isə istifadəçinin Göndərdiklərim qovluğuna düşür. Göndərilən sənədə baxmaq üçün həmin qovluqda sənədi tapıb üzərinə klik etdikdə növbəti pəncərə açılır:
OK düyməsini sıxdıqda göndərilən sənəd ekranda əks olunur.
Fiziki şəxsin vergi uçotuna alınması barədə Şəhadətnaməsi isə istifadəçinin ASAN İmza "Şəxsi (vətəndaş)" və ASAN İmza "İş(biznes)" e-Qutularının Gələnlər qovluğuna göndərilir.
Bundan sonra VÖEN almış fərdi sahibkar ASAN İmza "İş(biznes)" e-Qutusundan istifadə etmək üçün Vergilər Nazirliyinin ASXM-nə müraciət edərək ASAN İmza "İş(bizbes)" tipli sertifikat almalıdır.
Əvvələ qayıtmaq
Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat ərizəsi (sürətli və adi qeydiyyatı) - ASAN İmza vasitəsilə
Yerli investisiyalı MMC-lərin elektron qeydiyyatı prosesi təkmilləşdirilmiş və aşağıdakı mərhələləri əhatə edir:
- hüquqi şəxsin qeydiyyatı və rəhbərin təsdiqi;
- VÖEN-in əldə edilməsi;
- Qeydiyyat zamanı eyni zamanda, “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması” (əgər vergi ödəyicisi istəyirsə) və “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması” barədə ərizələrin hazırlanması (yəni, bundan sonra hüquqi şəxs qeydiyyata alınan zaman qeyd edilən ərizələri ayrı-ayrılıqda göndərmək tələb olunmur, sistem avtomatik olaraq həmin ərizələri hazırlayır);
- İşçilərin Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) qeydiyyatdan keçirilməsi üçün imkanın yaradılması.
Əvvəllər təsisçilər rəhbəri təyin edir və özləri qeydiyyat ərizəsini imzalayaraq yerli investisiyalı MMC-lər yaradırdılar. Yeni dəyişikliyə əsasən bu prosedura rəhbərin qeydiyyat ərizəsini imzalaması da əlavə olunmuşdur.
Rəhbər və təsisçilər “şəxsi” tip ASAN İmza sertifikatı ilə sənədləri imzalayırlar.
Qeydiyyat prosesindən sonra “biznes” sertifikatının alınması üçün avtomatik olaraq “Biznes sertifikatının alınması barədə ərizə” formalaşdırılır və rəhbər tərəfindən imzalandıqdan sonra ona “biznes” tipli ASAN İmza sertifikatı verilir.
Yerli investisiyalı hüquqi şəxsin qeydiyyatı aşağıdakı variantlardan biri vasitəsilə həyata keçirilir:
ASAN İmza vasitəsilə qeydiyyat üçün İnternet Vergi İdarəsinin onlayn xidmətlər bölməsinə daxil olaraq aşağıda göstərildiyi kimi "ASAN İmza" bölməsini seçmək lazımdır.
Sonra ASAN İmza telefonun nömrəsi, istifadəçi İD-si və "Onlayn Kargüzarlıq və e-VHF" bölməsi seçilir və Daxil ol düyməsi basılır. Nəticədə kompüterin ekranına və istifadəçinin ASAN İmza telefonuna "Yoxlama kodu" göndərilir.
Sistemə daxil olmaq üçün istifadəçi tərəfindən "ASAN İmza PİN 1" kodu yığılır.
Sonra "H/Ş elektron qeydiyyatı" düyməsi basılır ("Yeni müraciət" düyməsini basmaqla Ərizə növü olaraq "Yerli investisiyalı hüquqi şəxsin adi qeydiyyatı" ərizəsini seçməklə də bu əməliyyatı etmək mümkündür).
Açılan növbəti pəncərədə "sürətli" və ya "adi" qeydiyyat ərizələrindən biri seçilir:
Yerli investisiyalı hüquqi şəxsin "sürətli" qeydiyyatı barədə təlimat aşağıda göstərilmiş, "adi" qeydiyyatı barədə təlimatla tanış olmaq üçün isə növbəti keçiddən istifadə edə bilərsiniz:
Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat ərizəsi (adi qeydiyyat) - ASAN İmza vasitəsilə
Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat ərizəsi (sürətli qeydiyyat) - ASAN İmza vasitəsilə
Yerli investisiyalı hüquqi şəxsin sürətli qeydiyyatı üçün “H/Ş elektron qeydiyyatı” -> “Sürətli qeydiyyat ərizəsi” seçilməlidir.
Sonra ekrana aşağıdakı “Ərizənin hazırlanması” bölməsi açılır:
"Rəhbər özüməm" ifadəsi qarşısındakl işarə götürüldükdə, rəhbər şəxsin məlumatlarının daxil edilməsi üçün müvafiq pəncərə açılır.
İstifadəçi tərəfindən Fəaliyyət kodu daxil edilir və yanındakı “...” düyməsi basılır.
Sistem tərəfindən Fəaliyyət sahəsinin adı sağda yerləşən xanaya çıxarılır. Fəaliyyət kodlarının kompüterinizə endirmək üçün ekranda göstərilən müvafiq keçiddən istifadə edə bilərsiniz.
Sonra "Cəmiyyətin vergi mükəlləfiyyəti" bölməsindən müvafiq olan vergi mükəlləfiyyətləri seçilir. Əgər "Əlavə dəyər vergisi" mükəlləfiyyəti seçilərsə, aşağıdakı altbölmə açılır:
Bu bölməyə “ƏDV qeydiyyatının növü” və “Qüvvəyə minmə tarixi” qeyd edilməlidir.
Daxil edilmiş tarix üçün ƏDV qeydiyyatında olan mövcüd yoxlamalar sistem tərəfindən həyata keçirilir. “ƏDV qeydiyyatının növü” kimi susmaya görə “Könüllü qeydiyyat” nəzərdə tutulur.
Bank hesabının açılması məqsədilə tələb olunan məlumatların daxil edilməsi üçün növbəti bölmədən istifadə olunur. Bu bölmədə “Əlavə et” düyməsini sıxdıqda aşağıdakı pəncərə açılır:
“ASAN imza sertifikatı” bölməsində yeni yaradılacaq hüquqi şəxsin rəhbəri üçün “biznes” tipli sertifikatın əldə edilməsi imkanı yaradılmışdır. Bu zaman “Qeydiyyata alınacaq yeni hüquqi şəxs üzrə biznes sertifikat əldə etmək istəyirəm” ifadəsinin qarşısına işarə qoymalı və rəhbər şəxsin ASAN İmza nömrəsini müvafiq sahəyə daxil etmək lazımdır:
Sonda İrəli düyməsi basılır.
Nəticədə sistem tərəfindən hüquqi şəxsin qeydiyyat Ərizəsi, Nizamnaməsi və elektron sənəd mübadiləsi haqqında Müqaviləsi avtomatik hazırlanır.
İstifadəçi “Müqavilə” bölməsinə daxil olaraq “Elektron sənəd mübadiləsi haqqında müqavilə” ilə tanış olduqdan sonra ekranın sonundakı “TANIŞ OLDUM, MƏLUMATLARIN DOĞRULUĞUNU TƏSDİQ EDİRƏM” ifadəsini işarələyir. Bu zaman “İmzala və göndər” düyməsi aktivləşir:
“İmzala və göndər” düyməsini sıxdıqda ekrana sənədlərin ASAN İmza ilə imzalanması pəncərəsi gəlir (imzalanma barədə təlimatla bu link-dən tanış ola bilərsiniz). İmzalanmadan sonra ekranda ərizənin qəbul edilməsi barədə aşağıdakı Bildiriş əks olunur:
Bildirişi çap etmək Çap, bağlamaq üçün isə Bağla düymələrindən biri basılır. Qeydiyyat ərizəsinin surəti istifadəçinin Göndərdiklərim qovluğuna düşür.
Əgər istifadəçi yuxarıda ASAN İmzanın alınması barədə “Qeydiyyata alınacaq yeni hüquqi şəxs üzrə biznes sertifikat əldə etmək istəyirəm” ifadəsinin qarşısına işarə qoymuşdursa, o zaman rəhbərin “İmzalanacaqlar” qovluğuna “ASAN İMZA Biznes sertifikatının əldə edilməsi üçün ərizə” sətri düşür:
Rəhbər sənədi açıb ərizə məlumatları ilə tanış olduqdan sonra “İmzala və göndər” düyməsini sıxaraq həmin sənədi imzalayıb göndərməlidir.
Beləliklə, əməliyyatların sonunda aşağıdakı proseslər baş verir:
- Hüquqi şəxs dərhal qeydiyyata alınır və VÖEN verilir;
- ASAN imzanın alınması üçün ərizə icraya göndərilmiş olur, ödəyiciyə sertifikatın göndəriləcəyi barədə bildiriş verilir;
- ƏDV və bank hesablarının açılması ilə bağlı ərizələr işlənmək üçün vergi orqranının elektron hovuzuna göndərilir;
- 5 dəqiqə ərzində ödəyicinin “Gələnlər” qovluğuna yeni qeydiyyata alınmış vergi ödəyicisi üçün “biznes” tipli sertifikat və bildiriş gəlmiş olur. Bildirişdə ASAN imza sertifikatının hazır olması bildirilir.
Bundan sonra vergi ödəyicisi “biznes” tipli ASAN İmza sertiifkatından istifadə edərək istər "Elektron hökumət portalı (e-gov.az)" vasitəsilə, istərsə də Onlayn Kargüzarlıq altsisteminin aşağıda göstərilən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyatı" keçidi (linki) vasitəsilə həmin portala daxil olur və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlər bölməsinə keçərək “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması"nı icra edir.
Göndərdiklərim qovluğunda göndərilmiş sənədlərə baxmaq mümkündür. Bunun üçün ilk öncə istifadəçinin kompüterinə AsanDoc proqramı qurulmalıdır. Həmin proqramı www.asanimza.az saytından endirmək olar.
Əvvələ qayıtmaq
Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat ərizəsi (adi qeydiyyat) - ASAN İmza vasitəsilə
Yerli investisiyalı hüquqi şəxsin adi qeydiyyatı üçün “H/Ş elektron qeydiyyatı” -> “Adi qeydiyyat ərizəsi” seçilməlidir.
Ekrana “Ərizənin hazırlanması” bölməsi açılır.
Hüquqi şəxslər, fiziki (vətəndaş) və ya digər hüquqi şəxs tərəfindən yaradıla bilər.
Yaradılacaq "Cəmiyyətin adı" daxil edilir və yanındakı "..." düyməsi basılır.
Sistem tərəfindən daxil edilmiş adın olub-olmaması yoxlanılır. Əgər belə ad sistemdə yoxdursa, yuxarıdakı şəkildə göstərilən məlumat ekrana çıxır və Bağla düyməsi basılır. Əks halda, hüquqi şəxsin qeydiyyatı mümkün olmur.
Sonra "Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı" bölməsi və "Təsisçilərin ümumi sayı" daxil edilir.
Əgər təsisçi hüquqi şəxsdirsə, onun barədə məlumatlar "Təsisçi hüquqi şəxslərin məlumatları" bölməsi vasitəsilə daxil edilir (daxil etmək üçün həmin bölmədə "Əlavə et" düyməsi basılır).
Əgər təsisçi fiziki şəxsdirsə, onun barədə məlumatlar "Təsisçi fiziki şəxslərin məlumatları" bölməsi vasitəsilə daxil edilir (aşağıdakı nümunədə "Əlavə et" düyməsi basılmışdır).
Aşağıdakı pəncərə vasitəsilə ekranda göstərilən digər məlumatlar daxil edilir (Məhdud məsuliyyətli cəmiyyətin hüquqi ünvanı, Cəmiyyətin idarəetmə orqanı barədə məlumatlar və s.).
Sonra "Cəmiyyətin vergi mükəlləfiyyəti" seçilir.
"Bank hesablarının açılması", "ASAN imza sertifikatı" bölmələri (hər iki bölmənin doldurulması məcburi deyil) məlumatlarla doldurulur.
Burada vergi mükəlləfiyyəti olaraq "Əlavə dəyər vergisi" seçilərsə, ekrana "ƏDV qeydiyyatı" bölməsi açılır. Bu bölməyə “ƏDV qeydiyyatının növü” və “Qüvvəyə minmə tarixi” qeyd edilməlidir.
Daxil edilmiş tarix üçün ƏDV qeydiyyatında olan mövcüd yoxlamalar sistem tərəfindən həyata keçirilir. “ƏDV qeydiyyatının növü” kimi susmaya görə “Könüllü qeydiyyat” nəzərdə tutulur.
“ASAN imza sertifikatı” bölməsində yeni yaradılacaq hüquqi şəxsin rəhbəri üçün “biznes” tipli sertifikatın əldə edilməsi imkanı yaradılmışdır. Bu zaman “Qeydiyyata alınacaq yeni hüquqi şəxs üzrə biznes sertifikat əldə etmək istəyirəm” ifadəsinin qarşısına işarə qoymalı və rəhbər şəxsin Asan imza nömrəsini müvafiq sahəyə daxil etmək lazımdır
Yuxarıda qeyd edilən bütün məlumatlar qeydiyyat ərizəsinin çapında öz əksini tapır.
Məlumatlar tam daxil edildikdən sonra İrəli düyməsi basılır.
Bundan sonra sistem tərəfindən "Ərizə", "Nizanmamə" və elektron sənədə mübadiləsi haqqında "Müqavilə" sənədləri avtomatik generasiya olunur.
Aşağıdakı şəkildə yerli investisiyalı Məhdud Məsuliyyətli Cəmiyyətin qeydiyyat olunması barədə "Ərizə"si göstərilir:
Növbəti şəkildə yeni yaradılan Məhdud Məsuliyyətli Cəmiyyətin "Nizamnamə"si göstərilir:
Elektron sənəd mübadiləsi haqqında "Müqavilə" aşağıda göstərilir:
İstifadəçi “Müqavilə” bölməsinə daxil olaraq “Elektron sənəd mübadiləsi haqqında müqavilə” ilə tanış olduqdan sonra ekranın sonundakı “TANIŞ OLDUM, MƏLUMATLARIN DOĞRULUĞUNU TƏSDİQ EDİRƏM” ifadəsini işarələyir. Bu zaman “İmzala və göndər” düyməsi aktivləşir:
Hüquqi şəxsin qeydiyyat ərizəsi imzalanıb göndərilir.
Əgər bir neçə təsisçi varsa və ya təsisçi və rəhbər müxtəlif şəxslərdirsə, o zaman "İmzalayacaq şəxslər" düyməsi basılır və aşağıdakı pəncərə açılır:
Həmin pəncərədə imzalayacaq şəxslərin siyahısı avtomatik formalaşdırılır. İmtina düyməsi vasitəsilə səhv daxil edilmiş məlumatlara düzəliş edilə bilər. Qəbul düyməsi sıxıldıqda cədvələ əlavə edilmiş imzalayacaq şəxslərin hər birinin Onlayn Kargüzarlığının İmzalanacaqlar qovluğuna yeni sətir əlavə olunur. Həmin sətrə sistem tərəfindən müvəqqəti kargüzarlıq nömrəsi verilir.
Hər bir şəxs "Onlayn kargüzarlıq" altsisteminin "İmzalanacaqlar" qovluğana daxil olub imzalama əməliyyatını etməlidir.
İmzalama əməliyyatı etmək üçün həmin sətir üzərinə klik etmək lazımdır. Bu zaman ekrana "Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyat ərizələri" pəncərəsi açılır:
İmzala düyməsi sıxılır. Aşağıdakı şəkildə göstərildiyi kimi, ASAN İmza telefonunun nömrəsi, istifadəçi İD-si daxil edilir və Qəbul düyməsi basılır.
İstifadəçinin kompüterinin monitoruna və ASAN İmza telefonuna "Yoxlama kodu" göndərilir. Əgər yoxlama kodları eynidirsə, "ASAN İmza PİN 2" yığılır. Nəticədə sənəd imzalanılır.
Bütün şəxslər tərəfindən imzalama əməliyyatı başa çatdıqdan sonra yuxarıda göstərilən Göndər düyməsi basılır.
Ekrana elektron ərizənin qəbul edilməsi barədə "TƏSDİQ ETMƏ BİLDİRİŞİ" çıxır:
İstifadəçi Bağla və ya Çap düymələrindən birini sıxır.
Sənədlər göndərildikdə ona 16 nömrəli kargüzarlıq nömrəsi verilir və bu barədə istifadəçinin Göndəriklərim qovluğuna yeni sətir əlavə olunur.
Əgər istifadəçi yuxarıda ASAN İmzanın alınması barədə “Qeydiyyata alınacaq yeni hüquqi şəxs üzrə biznes sertifikat əldə etmək istəyirəm” ifadəsinin qarşısına işarə qoymuşdursa, o zaman rəhbərin “İmzalanacaqlar” qovluğuna “ASAN İMZA Bizness sertifikatının əldə edilməsi üçün ərizə” sətri düşür:
Rəhbər sənədin üzərinə klik edərək “İmzala və göndər” düyməsini sıxaraq həmin sənədi imzalayaraq göndərməlidir.
Beləliklə, əməliyyatların sonunda aşağıdakı proseslər baş verir:
- Hüquqi şəxs qeydiyyata alınır və ona müvəqqəti VÖEN verilir. Qeydiyyat ərizəsi vergi orqanında işləndikdən sonra həmin VÖEN aktivləşdirilir. Əgər vergi orqanı həmin ərizədən imtina edərsə, VÖEN qeydiyyata alınmış hesab olunmur və sistemdən ləğv edilir. Bu barədə "Gələnlər" qovluğuna imtina barədə məlumat daxil olur;
- ASAN imzanın alınması üçün ərizə icraya göndərilmiş olur, ödəyiciyə sertifikatın göndəriləcəyi barədə bildiriş verilir;
- ƏDV və bank hesablarının açılması ilə bağlı ərizələr işlənmək üçün vergi orqranının elektron hovuzuna göndərilir;
- 5 dəqiqə ərzində ödəyicinin “Gələnlər” qovluğuna yeni qeydiyyata alınmış vergi ödəyicisi üçün aşağıda göstərilən “biznes” tipli sertifikat və bildiriş gəlmiş olur. Bildirişdə ASAN imza sertifikatının hazır olması bildirilir.
Bundan sonra vergi ödəyicisi “biznes” tipli ASAN İmza sertiifkatından istifadə edərək istər "Elektron hökumət portalı (e-gov.az)" vasitəsilə, istərsə də Onlayn Kargüzarlıq altsisteminin aşağıda göstərilən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyatı" keçidi (linki) vasitəsilə həmin portala daxil olur və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlər bölməsinə keçərək “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması"nı icra edir.
Göndərdiklərim qovluğunda göndərilmiş sənədlərə baxmaq mümkündür. Bunun üçün ilk öncə istifadəçinin kompüterinə AsanDoc proqramı qurulmalıdır. Həmin proqramı www.asanimza.az saytından endirmək olar.
Əvvələ qayıtmaq
Elektron vergi hesab-fakturasının göndərilməsi
Elektron vergi hesab-fakturasını (EVHF) onlayn hazırlayıb elektron imzalayaraq göndərmək üçün Virtual Ödəyici Xidmətinin “Elektron e-VHF” bölməsinə daxil olmaq lazımdır:
Sonra Yeni Faktura düyməsi basılır və VHF məlumatları daxil edilir.
EVHF məlumatlarını daxil edib Fakturanı İmzala və Göndər düyməsini basdıqda növbəti pəncərə ekrana gəlir:
İstifadəçi imzalama əməliyyatını yerinə yetirdikdən sonra, həmin fakturaya sistem tərəfindən seriya və nömrə verilir və bu barədə məlumat ekrana çıxır:
İstifadəçi tərəfindən Bağla düyməsi basıldıqda həmin EVHF, qarşı vergi ödəyicisinə göndərilir və göndərilmə barədə məlumatlar isə istifadəçinin Göndərdiklərim qovluğuna düşür.
Göndərilən EVHF üzərinə klik edildikdə, faktura məlumatları ekranda əks olunur:
Elektron imzalanmış, həmin VHF-yə baxmaq üçün “Faktura” adlı link (keçid) üzərinə klik etmək lazımdır.
Əgər EVHF ləğv edilmişdirsə, fakturadan əlavə, fakturanın ləğv olunması barədə imzalanmış məlumatlara baxmaq olar (aşağıdakı şəkilə bax).
Əgər EVHF elektron imzalanmamışdırsa (istifadəçi adı, parol, şifrə ilə sistemə daxil olaraq göndərilən EVHF-lər nəzərdə tutulur) faktura məlumatlarının üst hissəsində yuxarıda göstərildiyi kimi linklər (keçidlər) olmur. Yalnız imzalanmış sənədlərdə belə linklər görünür.
Elektron vergi hesab-fakturasının eFP vasitəsilə hazırlanması və göndərilməsi
eFP proqramı vasitəsilə elektron vergi hesab-fakturaları paketlədikdən sonra yaranmış paket faylının formatı "zip" tipli olur.
EVHF-ləri qarşı vergi ödəyicisinə göndərmək üçün onların paket faylını elektron imzalamaq tələb olunur. Əvəzləşdirmələri vergi orqanına göndərdikdə isə imzalamaq tələb olunmur.
İmzalama əməliyyatı aşağıdakı vasitələrlə həyata keçirilə bilər:
- Asan Doc proqramı vasitəsilə
- ASXM VN Rəqəmsal İD kartı vasitəsilə (yaxın zamanlarda)
- NRYTN "e-İmza" kartı vasitəsilə
Vergi hesab-fakturanın eFP proqramı vasitəsilə hazırlanması və imzalanaraq göndərilməsi əməliyyatları aşağıdakı sxemdə göstərilir:
Əgər istifadəçi Asan Doc vasitəsilə imzalama əməliyyatını yerinə yetirərsə, o zaman həmin proqram istifadəçinin kompüterinə qurulu olmalıdır.
Asan Doc proqramının istifadəçi təlimatına buradan tanış olmaq olar. Həmin proqramı kompüterə endirib qurmaq üşün isə bu linki basmaq lazımdır. Proqramı endirən zaman kompüterinizin hansı bitlik olmasına (32-bitlik və ya 64-bitlik) diqqət yetirmək lazımdır. Asan Doc proqramı vasitəsilə imzalanmış sənədin tipi "adoc" olur.
Əgər istifadəçi NRYTN "e-İmza" kartı vasitəsilə imzalama əməliyyatını yerinə yetirərsə, o zaman "e-İmzalayıcı" proqram istifadəçinin kompüterinə qurulu olmalıdır.
"e-İmzalayıcı" proqramının istifadəçi təlimatına və həmçinin proqramı kompüterə endirmək üçün bu link üzərinə basmaq lazımdır. Bu zaman imzalanmış sənədin tipi "edoc" olur.
Paket faylların göndərilməsi:
Elektron vergi hesab-fakturaların paket fayllarının imzalanmasından sonra onları göndərmək üçün İnternet Vergi İdarəsinin elektron xidmətlər bölməsinə daxil olub (www.e-taxes.gov.az) GİRİŞ düyməsini basmaq lazımdır. Sonra "adoc" fayllarının göndərilməsi üçün "ASAN İmza" bölməsi, "edoc" faylların göndərilməsi üçün isə "e-İMZA" bölməsi seçilir.
Elektron xidmət olaraq "Onlayn kargüzarlıq və e-VHF" bölməsi seçilir və aşağıdakı autentifikasiya üsullarından biri vasitəsilə sistemə daxil olunur:
1) Asan Doc proqramı vasitəsilə imzalanmış paket eVHF faylının göndərilməsi:
İlk öncə sistemə autentifikasiya olmaq lazımdır. Bu barədə ətraflı məlumat üçün ASAN İmza vasitəsilə autentifikasiya olmaq linki üzərinə basmaq lazımdır.
İmzalanmış "adoc" faylı ASAN İmza bölməsi vasitəsilə göndərilməlidir. Əks halda, xəta baş verir.
Digər tərəfdən Asan Doc proqramı ilə imzalanmış sənədi gondərən Şəxsin (sistemə autentifikasıya olunan Şəxs) imzası, həmin sənədi imzalayanların siyahısına daxil olmazsa (sənədi Asan Doc vasitəsilə bir neçə şəxs imzalaya bilər), sistem tərəfindən xəta baş verir. Həmin xəta belə adlanır: "Ancaq tərəfinizdən imzalanmış paketləri göndərə bilərsiniz".
Əməliyyatlar ardıcıllığı aşağıdakı şəkildə göstərilmişdir:
Sonra "Elektron VHF" bölməsində Paket göndər düyməsi basılır və aşağıdakı şəkilə uyğun əməliyyatlar aparılır:
"adoc" tipli paket faylını seçib Göndər düyməsini basdıqdan sonra həmin paket qarşı vergi ödəyicisinə göndərilir və bu barədə aşağıdakı Bildiriş ekrana çıxır:
İstifadəçi Çap et və ya Bağla düymələrindən birini basır.
Sənəd qarşı vergi ödəyicisinə göndərilməklə bərabər onun göndərilməsi barədə məlumat istifadəçinin Göndərdiklərim qovluğuna da düşür.
İstifadəçiyə EVHF göndərmək səlahiyyətinin verilib-verilməməsinə baxmaq üçün aşağıdakı şəkildə göstərilən Səlahiyyətlər linki üzərinə basmaq lazımdır.
Aşağıdakı nümunədən görünür ki, həqiqətən həmin istifadəçiyə Rəhbəri tərəfindən EVHF göndərmək səlahiyyəti verilmişdir. Əgər həmin səlahiyyət verilməsə idi, o zaman imzalanmış "adoc" faylını bu istifadəçi göndərə bilməzdi.
2) "e-İmzalayıcı" proqramı vasitəsilə imzalanmış paket eVHF faylının göndərilməsi
Əvvəlcə NRYTN "e-İmza" kartı vasitəsilə sistemə autentifikasiya olmaq lazımdır. Bu barədə ətraflı məlumat üçün RYTN "e-İmza" kartı vasitəsilə autentifikasiya olmaq linki üzərinə basmaq lazımdır.
Sistemə daxil olduqda əvvəlcə Onlayn kargüzarlıq bölməsi açılır və istifadəçi "Şəxsi (vətəndaş)" sertifikatı ilə sistemə daxil olur. Bu zaman "Elektron VHF" bölməsinə keçdikdə aşağıdakı xəbərdaredici məlumat ekrana çıxır:
Ona görə aşağıdakı şəkildə göstərildiyi kimi Təmsil etdiyiniz subyekt siyahısından müvafiq "Biznes" sertifikatını seçmək lazımdır:
Sonra "Elektron VHF" bölməsində Paket göndər düyməsi basılır və aşağıdakı şəkilə uyğun əməliyyatlar aparılır:
"edoc" tipli paket faylını seçib Göndər düyməsini basdıqdan sonra həmin paket qarşı vergi ödəyicisinə göndərilir və bu barədə aşağıdakı Bildiriş ekrana çıxır:
İstifadəçi Çap et və ya Bağla düymələrindən birini basır.
Sənəd qarşı vergi ödəyicisinə göndərilməklə bərabər onun göndərilməsi barədə məlumat istifadəçinin Göndərdiklərim qovluğuna da düşür.
Elektron bəyannamələr
Elektron bəyannamələr 2 üsulla hazırlanır:
-
onlayn rejimdə - bilavasitə İnternet Vergi
İdarəsi portalının (www.e-taxes.gov.az) “e-Bəyannamə” bölməsinin
köməkliyilə. Bu rejimdə Java və BTP proqramlarının qurulmasına ehtiyac
yoxdur. Hal-hazırda yalnız “Sadələşdirilmiş verginin bəyannaməsi”nin
hazırlanması və göndərilməsi onlayn rejimdə həyata keçirilir. Bunun üçün
“e-Bəyannamə” bölməsinin “Sadələşdirilmiş verginin bəyannaməsi” adlı
menyusunu icra etmək lazımdır. Gələcəkdə digər bəyannamələrin də bu
rejimdə hazırlanması nəzərdə tutulur.
-
oflayn rejimdə - bu rejim 2 mərhələdən
ibarətdir. 1-ci mərhələdə internetə daxil olmadan Bəyannamə Tərtibatı
Proqramı(BTP) vasitəsilə bəyannamələr hazırlanır, müəyyən kontrollardan
keçirilir və sonda göndərilmək üçün paketlənir. 2-ci mərhələdə isə
İnternet Vergi İdarəsi portalının “e-Bəyannamə” bölməsinin “Paket göndər”
menyusu ilə BTP-də hazırlanmış elektron bəyannamələrin paketləri sistemə
göndərilir. Bu rejimdə BTP proqramının işləməsi üçün Java (JRE - Java
Runtime Environment) dəstəkləyici proqramın kompüterə qurulması tələb
olunur. PDF tipli faylları oxumaq üçün isə Adobe Reader proqramı da
qurulmalıdır.
Sadələşdirilmiş verginin
bəyannaməsinin onlayn rejimdə hazırlanması və göndərilməsi
Sadələşdirilmiş verginin bəyannaməsinin (SVB) BTP
proqramından istifadə etmədən alternativ üsulla - onlayn rejimdə tərtib
edilərək göndərilməsi vergi ödəyicilərinin işini daha da asanlaşdırır.
Belə ki, bu zaman əlavə proqramlardan
(BTP, JAVA, Acrobat Reader) istifadəyə ehtiyac yaranmır. Bunun üçün
istifadəçi İnternet Vergi İdarəsindəki hesabına daxil olur
və Onlayn
sadələşdirilmiş bəyannamə
menyusunu seçir.
Hansı üsuldan istifadə edəcəyini vergi ödəyicisinin özü müəyyən edir.
Bu xidmət hal-hazırda yalnız “Sadələşdirilmiş verginin
bəyannaməsi”nə aiddir. Digər bəyannamələr əvvəlki qaydada ─ BTP
proqramından istifadə etməklə tərtib edilir və göndərilir (oflayn
rejimdə).
Vergi orqanında qeydiyyatdan keçmiş bütün vergi ödəyiciləri proqramdan
istifadə edə bilərlər.
“Sadələşdirilmiş verginin bəyannaməsi”nin onlayn
rejimdə göndərilməsi üçün İnternet Vergi İdarəsinə (e-taxes.gov.az)
daxil olub Giriş
düyməsi basılır.
Sonra sistemə daxil olmaq növü seçilir (istifadəçi kodu,
parol, şifrə ilə və ya gücləndirilmiş elektron imza ilə). Bölmə adlı
siyahıdan "e-Bəyannamə
& ƏDV DH & ŞHV" təyin edilir və
Daxil ol düyməsi sıxılır.
Açılan aşağıdakı pəncərədə e-Bəyannamə -> On-line sadələşdirilmiş bəyannamə altmenyusu seçilir.
Şəkil 1. On-line sadələşdirilmiş bəyannamə menyusuna giriş
On-line sadələşdirilmiş bəyannamə ekranı aşağıdakı 3 ədəd tabdan
ibarətdir:
- Ümumi məlumat;
- Verginin hesablanması;
- Əlavə.
Ümumi məlumat tabı Bəyannamə tərtibatı proqramın (BTP) 1-ci tabının
ekranı ilə eynidir. Ekranda məlumatlar açılan düymələrdən daxil edilir.
Şəkil 2. On-line sadələşdirilmiş bəyannamənin ümumi məlumat
pəncərəsi
Sonra Verginin
hesablanması tabına keçilir və müvafiq məlumatlar daxil edilir.
Şəkil 3. On-line sadələşdirilmiş bəyannamədə verginin hesablanması
pəncərəsi
Əgər Əlavəni daxil etmək lazımdırsa (sadələşdirilmiş
bəyannamənin əlavəsi ancaq 4-cü rüb üzrə və ya bəyannamə növü ləğv etmə
olduqda daxil edilir), aşağıdakı qaydada doldurulur.
Şəkil 4. On-line sadələşdirilmiş bəyannamənin Əlavəsi
Bütün məlumatlar daxil edildikdən sonra Göndər düyməsi basılır. Proqram aşağıdakı sorğunu ekrana çıxardır.
Şəkil 5. Məlumatların doğruluğunun təsdiqlənməsi / rədd edilməsi
pəncərəsi
Təsdiq üçün OK, rədd üçün isə Cancel düymələrdən biri
basılır.
Bəyannamənin yoxlanılması
Bəyannamə tam doldurulduqdan və doğruluğu təsdiq edildikdən sonra,
bəyannamə məlumatlarının sistem tərəfindən yoxlanılması üçün Yoxla
düyməsi basılır.
Şəkil 6. Bəyannamənin yoxlanılması pəncərəsi
Bu əməliyyatdan sonra bəyannamədə səhvin olub-olmaması sistem tərəfindən
analiz edilir.
Bəyannamənin təsdiq edilməsi
Bəyannamə sistem tərəfindən yoxlanıldıqdan sonra,
əgər səhv yoxdursa, onun göndərilməsinin təsdiqlənməsi üçün aşağıdakı
pəncərə açılır:
Şəkil 7. On-line sadələşdirilmiş bəyannamənin təsdiqlənməsi ekranı
Bu pəncərədə bəyannamə faylının vəziyyəti Təsdiq
gözləyir olur. Bu o deməkdir ki, bəyannamədə səhv yoxdur və onun
göndərilməsi tam hazırdır.
Bu zaman istifdəçi bəyannaməni göndərmək üçün əvvəlcə
bəyannamə faylının qarşısındakı boş xananı qeyd edir və Təsdiqlə
düyməsini basır.
Göndərməkdən imtina etmək üçün isə Ləğv et
düyməsi icra olunur.
Təsdiqləmə əməliyyatından sonra ekrana sistem
tərəfindən "Seçdiyiniz bəyannaməni təsdiqləmək istəyirsinizmi?"
mesajı çıxır.
Təsdiq üçün OK, əks halda Cancel
düyməsi basılır.
Şəkil 8. Seçilən bəyannamənin təsdiqlənməsi ekranı
OK düyməsindən sonra təsdiqlənmiş bəyannamə
məlumatları Şəxsi Hesab Vərəqəyə (ŞHV)
qeyd olunur və
aşağıdakı məlumat tipli informasiya ekrana çıxır:
Şəkil 9. Bildirişə baxma pəncərəsi
Əgər
bəyannamənin yoxlanılması zamanı
səhv
tapılarsa,
bəyannamə
faylının
vəziyyəti
Səhv
tapıldı
olacaq.
Bu o deməkdir, bəyannamə məlumatlarında səhv vardır və həmin bəyannamə
göndərilmək üçün hazır deyildir.
Bu zaman həmin bəyannamə yenidən hazırlanmalı, səhv aradan
qaldırılmalıdır.
Bəyannamədəki səhvə
baxmaq üçün “Mesaj” sütunundakı zərf işarəsini tıklamaq lazımdır.
Nəticədə səhvin izahı və səbəbi ekranda əks olunacaq. İstifadəçi həmin
məlumatla tanış olduqdan sonra Geriyə düyməsini basmalı və həmin
bəyannaməni yenidən hazırlayıb göndərməlidir.
Bəyannamənin göndərilməsi barədə bildirişə baxmaq üçün Bildiriş
linki
basılır.
Avtomatik bəyannamə tərtibi
"Avtomatik bəyannamə tərtibi" bölməsi, vergi ödəyicisinin əvvəlki vergi dövrü üzrə bəyannamə məlumatlarından istifadə edilməklə cari vergi dövrü üçün bəyannamənin əvvəlcədən avtomatik tərtib edilməsi üçün nəzərdə tutulur.
Şəkil 8. Avtomatik bəyannamə tərtibi altmenyusu
I. “Yol vergisinin bəyannaməsi”nin və “Torpaq vergisinin bəyannaməsi”nin avtomatik tərtib edilməsi
İstifadəçi aşağıdakı şəkildə göstərildiyi kimi müvafiq vergi bəyannaməsini işarələyir və bəyannamə hazırlanacaq dövrü daxil edib “Hazırla” düyməsini sıxır.
Şəkil 9. Avtomatik bəyannamə tərtibi pəncərəsi
Vergi ödəyicisinin əvvəlki dövr üzrə bazada bəyannaməsi mövcud olmadıqda ekranda Şəkil 9-da qeyd olunan xəbərdarlıq ismarıcı əks olunur:
Şəkil 9. Əvvəlki dövrün bəyannaməsi tapılmadı
Əvvəlki dövr üzrə bəyannamə mövcud olduğu halda isə, sistem tərəfindən qeyd olunan dövrə avtomatik olaraq bəyannamə tərtib edilir və “Təsdiq gözləyir” mərhələsinə daxil olunur.
Bu mərhələdə bəyannaməni “Təsdiq” və ya “Ləğv” etmək, həmçinin bəyannamə paketini kompüterə endirmək mümkündür. Sonra zərurət yaranarsa BTP proqramı vasitəsilə bəyannamədə lazımi dəyişikliklər edilə bilər.
Bəyannamə avtomatik tərtib edilərkən təsdiq gözləmə anında bəyannamə üzrə hesablanmış vergi məbləği ekranda əks olunur.
Şəkil 10. Təsdiqlənəcək bəyannamə
Vergi ödəyicisi avtomatik tərtib edilmiş bəyannamə üzrə hesablanmış vergi məbləği ilə razı olduğu halda “Təsdiqlə” düyməsini sıxmaqla bəyannaməni vergi orqanına göndərir.
Razı olmadığı təqdirdə isə “Ləğv et” düyməsini sıxmaqla bəyannamə ləğv edilir.
Göndərilmiş bəyannamənin axtarışı
Bəyannamənin
göndərilməsini yoxlamaq üçün bəyannamələr üzrə axtarış əməliyyatı
aparılır. Bunun üçün e-Bəyannamə -> Bəyannamə axtar menyusu icra
olunur və aşağıdakı parametrlərə uyğun axtarış əməliyyatı
yerinə yetirilir:
- VÖEN üzrə
- Bəyannamə növü üzrə (burada sadələşdirilmiş verginin bəyannaməsi seçilir)
- Vergi dövrü üzrə
- Vergi orqanı üzrə
- Yaradılma tarixi intervalı üzrə
- Bəyannamələrin vəziyyəti üzrə
Bu parametrlər tək-tək və ya qrup şəklində qeyd edilə
bilər. Sonda Axtar düyməsi basılır.
Şəkil 11. Bəyannamənin axtarış pəncərəsi
Nümunə: 1. “Bəyannamə növü”ndən
Sadələşdirilmiş verginin bəyannaməsi seçilir . VÖEN qutusunu işarələyib VÖEN xanasına
nömrəni yazıb Axtar düyməsini basdıqda, həmin VÖEN-ə aid yüklənən
bütün bəyannamələr ekranda görünür.
Nümunə: 2.
"Vəziyyət" qutusunu
işarələyib Səhv tapıldı kriteriyasını seçib
Axtar düyməsini basdıqda ekrana təsdiqlənməyə göndərilmlş , lakin səhv tapılan bəyannamələr
çıxır.
Göndərilmiş bəyannamənin bildirişinə baxış
Göndərilmiş bəyannamənin bildirişinə
baxmaq üçün ilk öncə, həmin bəyannamə
tapılmalıdır. Bunun üçün e-Bəyannamə -> Bəyannamə axtar
menyusu yerinə yetirilir.
Şəkil 12. Axtarışın nəticəsi
Zərf işarəsini
basdıqda həmin bəyannamənin
bildiriş məlumatı ekranda əks
olunur.
Etibarlı cıxış
İstifadəçi əməliyyatları başa çatdırdıqdan sonra Etibarlı
çıxış menyusunu icra etməlidir. Əgər o, brouserin (İnternet
Explorer və ya Mozilla Firefox) standart çıxış düyməsindən istifadə edərək
sistemdən çıxarsa, o zaman 15 dəqiqə müddətində sistemə təkrar daxil ola
bilməyəcək. Lakin Etibarlı çıxış ilə sistemdən çıxılarsa, istifadəçi qeyd
edilən problemlə üzləşməyəcək.
Bəyannamə tərtibatı proqramı (BTP)
Elektron bəyannamələrin oflayn rejimində hazırlanması,
redaktə edilməsi və paketlənməsi Bəyannamə Tərtibatı Proqramı (BTP) vasitəsilə yerinə
yetirilir.
BTP proqramı, vergi orqanında qeydiyyatdan keçən və istifadəçi kodu, parol, şifrəyə malik vergi
ödəyiciləri üçün nəzərdə tutulmuşdur.
Proqramın işləməsi üçün aşağıdakı minimum şərtlər yerinə
yetirilməlidir:
-
CPU Pentium-III, RAM 256mb;
-
Unikod şriftlərini dəstəkləyən Windows 2000/2003/XP və s.
əməliyyat sistemlərindən biri;
-
JRE 1.4. (Java Runtime
Environment) dəstəkləyici proqram.
BTP proqramına giriş
Proqramı yükləmək üçün c:\ebyn\btp.bat
komanda faylı yerinə yetirilir.
Bu zaman aşağıdakı pəncərə açılır:
Şəkil 1. BTP proqramına giriş ("Fayl" menyusu)
Proqramın menyuları:
- Fayl
- Qeydlər
- Paketlə
- Bəyannamələr
- Çap
- Kömək
Yeni bəyannamənin hazırlanması
Yeni bəyannamə hazırlamaq üçün Fayl -> Yeni
altmenyusu icra edilir. Sonra bəyannamə növü seçilir və
Qəbul düyməsi basılır.
Şəkil 2. Bəyannamə növünün seçilməsi pəncərəsi
Bəyannamənin açılması
Əvvəl hazırlanmış bəyannamədə düzəliş etmək və ya ona
baxmaq üçün Fayl -> Aç altmenyusu
yerinə yetirilir. Aşılan pəncərədə
bəyannamə siyahıdan tapılır və Open (Oткрытъ) düyməsi basılır. Dəyişiklik etmədən çıxmaq üçün Cancel (Oтмена) düyməsindən
istifadə olunur.
Şəkil 3. Aç
pəncərəsi
Bəyannamənin yaddaşda saxlanılması
Hazırlanmış bəyannaməni kompüterin disk yaddaşında
saxlamaq üçün Fayl -> Qeyd et -> Qeyd et altmenyusu icra edilir.
Nəticədə bəyannamələr proqram tərəfindən analiz
olunur və müəyyən kontrollardan keçərək c:\ebyn\beyannameler qovluğunda yadda saxlanılır.
Bəyannamənin doldurulması zamanı yol verilən səhvlər (xətalar) bu əməliyyat
nəticəsində ekrana çıxır. Səhv (xətalı)
bəyannamə yadda saxlanılmır.
Şəkil 4. Qeyd et
pəncərəsi
Bəyannamənin başqa adla diskə yazılması
Hazırlanan bəyannaməni başqa adla diskə yazmaq üçün
Fayl -> Qeyd et -> Fərqli qeyd et
altmenyusu
icra edilir. “File Name” xanasına yeni bəyannamə
faylının adı yazılır və Save düyməsi basılır. Nəticədə, yeni bəyannamə
c:\ebyn\beyannameler qovluğunda başqa adla yadda saxlanılır.
Şəkil 5. Fərqli qeyd et pəncərəsi
Bəyannamə ekranının bağlanması
Bəyannaməni hazırlayıb diskə yazdıqdan sonra aktiv
pəncərəni bağlamaq üçün Fayl ->
Bağla altmenyusu yerinə yetirilir. Ekrana Bəyannaməni qeyd etmək
istəyirsinizmi? sorğusu çıxır:
Şəkil 6.
Təsdiq etmək üçün Hə, inkar üçün
Yox, pəncərədə qalmaq üçün isə
İmtina düymələrindən biri basılır.
Bəyannamənin qisa yolla açılması
Bəyannaməni diskə yazdıqda onun adı Fayl
menyusunun Təkrar aç altmenyusunda göstərilən siyahıya düşür.
İstifadəçi bəyannaməni diskdə axtarmadan həmin siyahıdan seçərək yükləyə
bilər. Bu menyu istifadəçilərin işini
asanlaşdırmaq üçün nəzərdə tutulmuşdur. Siyahıda birinci bəyannamə son qeyd olunandır.
Şəkil 7. Təkrar Aç pəncərəsi
Vergi ödəyicisinin məlumatları
Vergi ödəyicisinin məlumatları Qeydlər
menyusunda
yerləşir. Bu menyu Vergi ödəyicisinin məlumatı altmenyusundan ibarətdir
və istifadəçilərə kömək məqsədi üçün nəzərdə tutulmuşdur.
Şəkil
8. Vergi ödəyicisinin məlumat pəncərəsi
Bu pəncərənin Ümumi məlumatlar, ƏDV məlumatları, Aksiz
məlumatları, PROFİT məlumatları adlı tabları var. Tabların
məlumatlarla doldurması tövsiyə olunur. Çünki, bəyannaməni dolduran zaman VÖEN-i yazıb
"..." düyməsini basdıqda,
vergi ödəyicisinin əvvəl daxil edilmiş məlumatları (adı, soyadı, atasının adı, ödəyici tipi və
s.) avtomatik olaraq bəyannaməyə gəlir. Bu, isə bəyannamənin doldurulmasını
sürətləndirir.
Yeni düyməsi xanalarda məlumatların təmizlənməsi
üçündür. Yeni məlumatları daxil / redaktə edib Qeyd et düyməsini basdıqda, həmin məlumatlar diskdə yadda saxlanılır.
Bəyannamələrin paketlənməsi
Hazırlanmış bəyannamə fayllarını vergi orqanına
göndərmək üçün paketləmə əməliyyatı yerinə yetirilir. Bunun üçün
Paketlə -> Paketlə menyusu seçilir. Əməliyyat, bəyannamələri vergi orqanına
göndərmədən əvvəl aparılır. Bəyannamələr vergi orqanına yalnız paket
şəklində göndərilir. Paketləmə əməliyyatı zamanı çoxlu sayda
bəyannamələr (XML formatlı fayllar) sıxılaraq bir fayl şəklinə salınır.
Şəkil 9. Bəyannamələrin paketlənməsi
Paketləmə zamanı Növü rekvizitindən aşağıdakıların
biri seçilir:
Seçilən bəyannamələrin siyahısı ekranda əks olunur.
Paketlənəcək bəyannamə(lər) seçilir və Bəyannaməni
paketə əlavə et düyməsi basılır. Həmin bəyannamə(lər) “Paketin
içindəki” bölümünə düşür. Paket faylının adını daxil edib Paketlə
düyməsini basdıqda, yaranan fayl c:\ebyn\paketler qovluğuna
köçürülür. Bununla paketləmə əməliyyatı başa çatır.
Əgər səhv olaraq bəyannamə “Paketin içindəki” bölümünə göndərilibsə,
Bəyannaməni paketdən çıxar düyməsilə o həmin bölümdən çıxarılır.
Paketlərə baxış və düzəlişlər
Paketlə -> Paketlərə baxış və düzəlişlər menyusu
paketlənmiş bəyannamələrə baxmaq və mövcud paketi ləğv etmək üçün nəzərdə
tutulmuşdur. Burada həmçinin, bəyannamə üzərində düzəliş etmək də
mümkündür. Lakin, bu zaman bəyannaməni Qeyd et əmrilə yadda
saxlamaq və sonra yenidən paketləmək lazımdır.
Şəkil 10. Paketlərə baxış və ya düzəliş
pəncərəsi
Paketi ləğv et düyməsi, yaradılmış paket faylını diskdən silir.
Aç düyməsi, seçilmiş paketin içindəki bəyannaməyə baxmaq və
ya düzəliş etmək üçündür.
Göndərilmiş paketlərin endirilməsi
Göndərilmiş paket faylları kompüterə endirmək üçün İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olub "e-Bəyannamə" bölməsini seçmək lazımdır. Sonra aşağıdakı şəkildə göstərilən "Paket axtar" menyusunu seçərək göstərilən ardıcıllıq üzrə əməliyyatı yerinə yetirmək tələb olunur:
Şəkil 11. Göndərilmiş faylların kompütürə endirilməsi ardıcıllığı
Bəyannamələrə baxış və düzəlişlər
Bəyannamələr menyusu qeyd edilmiş bəyannamələrə
baxmaq və onlar üzərində düzəlişlər etmək üçündür. Bəyannamələr "c:\ebyn\beyannameler "
qovluğunda yadda saxlanılır. Bəyannamə faylı XML formatında yaradılır
və onun adlandırılmasında BTP proqramının versiyası, bəyannamənin tipi
(məs.: ƏDV bəyannaməsi – VAT, sadələşdirilmiş bəyannamə - SADELES və s.
kimi), növü (cari bəyannamə - “C”, Dəqiqləşmiş bəyannamə – “D” simvolu) və
digər məlumatlar göstərilir.
Şəkil 12. Bəyannamələrə baxış və ya düzəliş pəncərəsi
Aç düyməsi, seçilən bəyannaməyə baxmaq və
düzəliş etmək üçün nəzərdə tutulur. Düzəlişdən sonra Qeyd et əmri
ilə bəyənnamə yadda saxlanılmalıdır.
Ləğv et
düyməsi isə bəyannaməni qovluqdan (diskdən) silmək üçündür.
Bəyannamənin çap edilməsi
Çap menyusu bəyannaməninin çapı üçün nəzərdə
tutulur. Çap olunan
bəyannamə PDF formatına çevrilir. Kompüterdə bu formatı dəstəklyən
Adobe Reader proqramının son versiyasının quraşdırılması tələb olunur (Lazımlı proqramlar bölümündən endirmək olar).
Şəkil 13. Çap pəncərəsi
Çap düyməsini basdıqda bəyannamə əvvəlcə
ekranda görünür, sonra proqramın (Adobe Reader) imkanlarından istifadə
olunaraq çap edilə bilər.
BTP-nin versiyasının öyrənilməsi
BTP proqramının yeni versiyası hazırlananda, o İnternet
Vergi İdarəsi portalında yerləşdirilir. Vergi ödəyiciləri mütəmadi olaraq
portalda çıxan
yenilikləri daim izləməli, proqramların yeni versiyalarını, Patch faylları
endirib kompüterlərinə yükləməlidirlər.
BTP-nin
versiyası Kömək -> Proqram versiyası altmenyusu
vasitəsilə təyin edilir.
.
BTP-də olan yeniliklər
Kömək -> Yeniliklər menyusu BTP proqramda
edilmiş yeniliklər barədə məlumatları öyrənmək üçündür. Ekranda
yeniliklərin siyahısı sadalanılır.
Şəkil 14. Yeniliklər pəncərəsi
BTP-dən çıxış
Bəyannamə tərtibatı proqramından çıxmaq üçün Fayl -> Çıxış altmenyusu seçilir.
BTP-də hazırlanmış paketlərin İnternet Vergi İdarəsi portalı vasitəsilə göndərilməsi
Vergi ödəyicisi BTP ilə oflayn rejimdə elektron bəyannamələri
hazırlayır və paketləyir. Paket fayllar
c:\ebyn\beyannameler qovluğunda yadda saxlanılır. Sonra, İnternet Vergi İdarəsi portalına
(www.e-taxes.gov.az) daxil olub
e-Bəyannamə
bölməsinə daxil olmaq lazımdır.
Burada, "Paket göndər" menyusu vasitəsilə BTP-də hazırlanmış paket faylı qeydiyyata alınır və vergi orqanına göndərilir.
Vergi ödəyicisi burada, həmçinin, öz şəxsi hesab
vərəqəsinə (ŞHV) baxa, paket, bəyannamə və digər məlumatlar üzrə axtarış
əməliyyatlarını yerinə yetirə bilər.
Paketlənmiş bəyannamələrin göndərilməsi
Paketlənmiş bəyannamələrin İnternet Vergi İdarəsinə göndərilməsi aşağıdakı mərhələlərdən
ibarətdir:
- İstifadəçi tərəfindən e-Bəyannamə
menyusu vasitəsilə göndərilən paket faylı seçilir;
- Paket daxilindəki bəyannamələr sistem tərəfindən yoxlanılır;
- İstifadəçi tərəfindən yoxlama
əməliyyatı təsdiq və ya ləğv edilir;
Yoxlama əməliyyatından səhvsiz keçən bəyannamələrin
qəbul olunması barədə bildiriş alınır.
Əməliyyatları ardıcıllıqla qeyd edək: Əvvəlcə e-Bəyannamə
-> Paket göndər menyusu
seçilir.
Şəkil 1. Paket göndər pəncərəsi
Browse (Обзор) düyməsilə c:\ebyn\paketler
qovluğundan göndəriləcək paket faylı
seçilir və Göndər düyməsi basılır.
Şəkil 2. Paketin göndərilməsi
Paket göndərildikdın sonra, onun göndərilməsi barədə
məlumat ekrana
çıxır. Paket faylının içindəki bəyannamələrin sistem tərəfindən yoxlanılması
üçün Yoxla düyməsi sıxılır.
Şəkil 3. Paketin yoxlanılması
Yoxlama əməliyyatı uğurla başa çatarsa, aşağıdakı təsdiqləmə ekranı
açılır və Vəziyyəti sütununda Təsdiq gözləyir ifadəsi
yazılır. Qarşıdakı kvadrat xana işarələnir.
Sonra əməliyyatı təsdiq üçün Təsdiqlə
düyməsi, ləğv etmək üçün isə Ləğv et düyməsi sıxılır.
Şəkil 4. Bəyannamənin təsdiqlənməsi
Təsdiqlə düyməsindən sonra aşağıdakı pəncərə
açılır:
OK düyməsilə təsdiqləmə əməliyyatı sona çatır və bəyannamənin təsdiqləndiyi
barədə pəncərə ekrana çıxır. Təsdiqlənmiş bəyannamə məlumatları
vergi ödəyicisinin şəxsi hesab vərəqəsində (ŞHV)
qeyd olunur.
Şəkil 5. Bəyannamənin yoxlanılmasının nəticəsi
Bəyannamənin qəbul olunduğu barədə bildirişi əldə etmək üçün
Bildiriş linki üzərinə vurmaq lazımdır.
Əgər yoxlama nəticəsində səhv tapılarsa,
aşağıdakı pəncərə açılır və
Vəziyyəti sütununda Səhv tapıldı ifadəsi yazılır.
Şəkil 6. Səhv tapıldı pəncərəsi
Səhvə baxmaq üçün Mesaj stünundakı zərf işarəsini tıklamaq lazımdır. Nəticədə,
səhvin izahı və səbəbi barədə istifadəçiyə
məlumat verilir. İstifadəçi həmin məlumatı oxuduqdan sonra
Geriyə düyməsini basaraq əvvəlki pəncərəyə qayıdır.
Şəkil 7. Səhv mesajına baxış ekranı
Qeyd: Yoxlama zamanı səhv tapılmış
bəyannamə Bəyannamə Tərtibatı Proqramı (BTP)
vasitəsilə yenidən hazırlanmalıdır. Göndərilmiş bəyannamə paketlərinin axtarışı
BTP proqramı ilə hazırlanan və İnternet Vergi İdarəsinə göndərilən paket fayllar
üzrə axtarış əməliyyatı e-Bəyannamə
-> Paket axtar menyusu vasitəsilə yerinə yetirilir.
Həmin menyu ilə aşağıdakı parametrlər üzrə axtarış
əməliyyatları aparmaq olar:
- Son 10 paket üzrə;
- Tarix intervalı üzrə;
- Bəyannamələrin vəziyyəti üzrə;
- Paketin qeydiyyat nömrəsinə görə.
Yuxarıdakı parametrlərin birini seçərək Axtar düyməsini basmaqla göndərilmiş
istənilən paketi tapmaq mümkündür.
Şəkil 8. Paketin axtarılması ekranı
Aşağıdakı şəkildə axtarış əməliyyatının nəticəsi əks olunur:
Şəkil 9. Paket axtarışının nəticəsi
Siyahıda görünən paketlərin bəyannamələrinə baxmaq üçün paketin
linki üzərinə basılır. Nəticədə, həmin paketin bəyannamələri barədə məlumat ekrana çıxır. Göndərilmiş bəyannamələrin axtarışı
Vergi
ödəyicisi göndərdiyi bəyannamənin çatmasına əmin olmaq
istəyirsə, bəyannamələr üzrə
axtarış əməliyyatını yerinə yetirə bilər. Bunun üçün e-Bəyannamə -> Bəyannamə axtar menyusununa daxil
olmaq lazımdır.
Aşağıdakı parametrlər üzrə
axtarış əməliyyatı aparmaq olar:
- VÖEN üzrə;
- Bəyannamə növü üzrə;
- Vergi dövrü üzrə;
- Vergi orqanı üzrə;
- Yaradılma tarix intervalı üzrə;
- Bəyannamələrin vəziyyəti üzrə.
Bu parametrləri tək-tək və ya qrup şəklində qeyd etmək olar. Sonra bəyannamələr
üzrə axtarış əməliyyatını yerinə yetirmək üçün Axtar düyməsi sıxılır.
Şəkil 10. Bəyannamələr üzrə axtarış
Nümunə 1: VÖEN qutusunu işarələyib VÖEN xanasına nömrəni yazıb
Axtar düyməsini
basdıqda, həmin VÖEN-ə aid göndərilmiş bəyannamələr ekranda görünəcək.
Nümunə 2: Vəziyyət qutusunu işarələyib
Səhv tapıldı kriteriyasını seçib Axtar düyməsini
basdıqda, ekrana təsdiqlənməyə göndərilmlş
, lakin səhv tapılan bəyannamələrin siyahısı çıxacaq. Göndərilmiş bəyannamələrin bildirişlərinə baxış
Göndərilmiş bəyannamələrin bildirişlərinə baxmaq üçün
əvvəlcə
e-Bəyannamə -> Bəyannamə axtar menyusu ilə həmin bəyannaməni tapmaq lazımdır.
Şəkildəki zərf
işarəsini tıkladıqda, bəyannamənin bildiriş məlumatı ekranda əks olunur.
Şəkil 11.
Şəxsi hesab vərəqəsinə baxış
Vergi ödəyicisi öz şəxsi hesab vərəqəsinə
(ŞHV) baxmaq üçün
Məlumat axtar -> Şəxsi hesab vərəqə menyusunu seçir. O, VÖEN nömrəsini, əməliyyat apardığı tarix
intervalını daxil etməklə ŞHV-nə
“detalsız” və ya “detallı” formada baxa bilir.
Qəbul düyməsini basdıqda sistem tərəfindən ŞHV ekrana
çıxarılır.
Şəkil 12. Şəxsi hesab vərəqəsinə baxış
Mükəlləfiyyətə baxış
İstifadəçi öz mükəlləfiyyətinə baxmaq üçün Məlumat axtar
-> Mükəlləfiyyət
menyusunu seçir. Nəticədə, istifadəçinin
mükəlləf olduğu vergi öhdəlikləri ekranda əks olunur.
Şəkil 13. Mükəlləfiyyətə baxış Şəxsi məlumatlara baxış
İstifadəçi şəxsi məlumatlarına baxmaq üçün Məlumat axtar
-> Şəxsi məlumat
menyusunu seçir. Nəticədə, aşağıdakı məlumatlar ekranda əks olunur:
- Vergi ödəyicisinin VÖEN-i və tam adı;
- VÖEN-in verilmə tarixi;
- VÖEN-in zonasının adı, kodu və rayonu;
- Mülkiyyət növü;
- Dövlət mülkiyyəti;
- Təşkilati-hüquqi forma;
- Digər kommersiya təşkilatının adı;
- Dövlət qeydiyyatına alan orqanın adı, qeydiyyatı nömrəsi
və tarixi;
- Yuxarı təşkilatın adı;
- Tabeçiliyi və rəhbərin adı;
- Köhnə VÖEN-i və onun verilmə tarixi;
- Fəaliyyətləri;
- Hüquqi və faktiki ünvanları.
İstifadəçi parolunun dəyişdirilməsi
İstifadəçi parolunu dəyişmək üçün Dəyişiklik
-> Parol
menyusu
seçilir. Bu menyu vasitəsilə, həmçinin parolun müddəti uzadıla
bilər. Bunun üçün təqdim edilən forma doldurulur və
Qəbul düyməsi basılır.
Şəkil 14. Parolun dəyişdirilməsi Köməkçi məlumatın daxil edilməsi və dəyişdirilməsi
İstifadəçi öz köməkçi məlumatlarını daxil etmək və ya dəyişdirmək üçün
Dəyişiklik -> Məlumat menyusunu seçir. Sonra aşağıdakı
məlumatlar daxil edilir və Qəbul düyməsi basılır:
Mobil telefon nömrəsi;
Faks nömrəsi;
E-mail ünvanı.
Şəkil 15. Məlumatın dəyişdirmə ekranı Etibarlı cıxış
İstifadəçi əməliyyatları başa çatdırdıqdan sonra
sistemdən çıxmaq üçün
Etibarlı çıxış menyusunu icra
etməlidir. Əgər, brouserin (İnternet Explorer və ya Mozilla Firefox) standart
çıxış düyməsindən istifadə olunarsa, sistemə 15 dəqiqə
ərzində təkrar daxil olmaq mümkün olmur. Lakin
Etibarlı çıxış ilə sistemdən çıxılarsa, qeyd olunan problem
yaranmır.
BTP proqramının qurulması
BTP-nı vergi ödəyicisinin kompüterinə qurmaq üçün İnternet Vergi İdarəsi saytının (www.e-taxes.gov.az)
Lazımlı proqramlar bölməsindən BTP proqramının tam versiyasını
kompüterə endirmək
lazımdır.
Açılan pəncərədə İnstall düyməsini
basdıqda proqramın qurulma əməliyyatı başlanılır.
Proqram C:\ebyn qovluğuna yazılır.
Yaradılan bəyannamə və paket
faylları bu
qovluğun uyğun olaraq c:\ebyn\beyannameler və c:\ebyn\paketler
alt qovluqlarında yerləşir. İstifadəçinin bu qovluqları bilməsi vacibdir. Çünki, paket faylını onlayn rejimdə
göndərən zaman həmin faylın yerləşmə qovluluğu məlum olmalıdır.
Proqramın qurulmasından sonra C:\ebyn qovluğunda BTP.bat
faylı yaranır. Həmin fayl vasitəsilə bəyannamələrin
oflayn rejimidə hazırlanması yerinə yetirilir.
QEYD:
1. Proqram C:\ebyn qovluğuna
yüklənməlidir.
2. Əgər İnternet Vergi İdarəsi saytının Lazımlı proqramlar
bölməsində BTP proqramının Patch (əlavə və düzəlişlər)
tipli faylları mövcuddursa, onları da kompüterə endirmək və yerləşmə
ardıcıllığına uyğun olaraq yükləmək lazımdır.
3. Əvvəlcə BTP proqramının tam versiyası, sonra
isə Patch fayllar ardıcıl olaraq kompütürə yüklənilir.
4. BTP proqramından əvvəl JAVA köməkçi proqramı kompüterə qurulmalıdır.
Elektron vergi hesab-fakturası(EVHF)
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə
edilmiş əlavə və dəyişikliklərə əsasən 01.01.2010-cu tarixdən etibarən
elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılmışdır. Bu məqsədlə
Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında
müvafiq altsistem (bölmə) yaradılmışdır.
Vergi ödəyiciləri elektron vergi
hesab-fakturaları (EVHF) 2 üsulla hazırlaya bilərlər:
-
onlayn rejimdə - vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsindən (ASAN İmza və ya Elektron İmza) istifadə etməklə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib “Elektron VHF” altbölməsinə daxil olur və onlayn rejimdə EVHF-ni tərtib edərək digər vergi ödəyicisinə təqdim edir. O, bu altsistem vasitəsilə EVHF-nin ləğvini, dəqiqləşdirilməsini, əvəzləşdirilən vergi hesab-fakturaları barədə məlumatların daxil edilməsini və digər əməliyyatları da həyata keçirə bilər. Vergi ödəyicisi vergi orqanı tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə yalnız EVHF-ni hazırlaya bilər, EVHF-nin əvəzləşdirilməsi məlumatını göndərə bilər, lakin EVHF-nin özünü göndərə bilməz.
-
oflayn rejimdə - vergi ödəyicisi EVHF-ni tərtib etmək üçün xüsusi proqram təminatının (“Elektron Faktura Tərtibatı Proqramı - eFP”) sonuncu versiyasını və digər zəruri proqramları İnternet Vergi İdarəsinin “e-Vergi hesab-fakturası” bölməsinin “Lazımlı proqramlar” altbölməsindən öz kompüterinə yükləyir, tələb olunan EVHF-ləri bu proqram vasitəsilə internetdən istifadə etmədən hazırlayır və paketləyir. Sonra paket faylını oflayn rejimdə “Asan DOC client” və ya “e-İmzalayıcı” proqramların biri vasitəsilə imzalayır (“Asan DOC client” proqramını www.asanimza.az, “e-İmzalayıcı” proqramını isə www.e-imza.az saytlarından endirmək olar). Sonda gücləndirilmiş elektron imza vasitəsindən (ASAN İmza və ya Elektron İmza) istifadə etməklə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib “Elektron VHF” altbölməsinə daxil olur və imzalanmış “adoc” və ya “edoc” tipli faylı “Paket göndər” düyməsi vasitəsilə sistemə yükləyir. Yükləmə zamanı sistem tərəfindən EVHF-lərə unikal seriya və nömrələr verilir və qarşı tərəfin elektron qutusuna göndərilir. Bundan sonra bütün digər əməliyyatlar onlayn rejimdə aparılır. Bu rejim əsasən iri vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və çox sayda EVHF-ni təqdim edən vergi ödəyiciləri tərəfindən istifadə edilməsi tövsiyə olunur.
EVHF-lərin onlayn rejimdə hazırlanması və göndərilməsi
e-VHF altsistemi İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az)
vasitəsilə EVHF-ni onlayn rejimdə tərtib etmək,
ləğv etmək, dəqiqləşdirmək, əvəziləşdirilən EVHF barədə məlumatları daxil
etmək, paketləmə aparmadan onları qarşı tərəfə göndərmək və s. kimi
əməliyyatları yerinə yetirir. Proqram, həmçinin Elektron Faktura Tərtibatı
Proqramı (eFP) vasitəsilə oflayn rejmdə hazırlanmış paket formada olan
EVHF -ləri sistemə yükləmək və göndərmək imkanına da malikdir.
Vergilər Nazirliyi tərəfindən müəyyənləşdirilən, əlavə dəyər vergisi
(ƏDV) ödəyicisi olan və elektron sənəd mübadiləsi barədə müqaviləyə malik bütün
vergi ödəyiciləri bu altsistemdən istifadə edə bilərlər.
İstifadə olunan anlayışlar:
- Obyekt – vegi hesab-fakturası göndərilən müəssisə və təşkilatın
filialları, alt qurumları başa düşülür (əgər obyekt yoxdursa, həmin xana
baş saxlanılır);
- Satıcı - ƏDV-yə cəlb edilən
əməliyyatlar aparan vergi ödəyicisi;
- Alıcı - malları (işləri, xidmətləri) alan vergi ödəyicisi.
e-VHF altsistemi proqramının interfeysi
e-VHF altsistemi idarəedici paneldən, qovluqlarından (“Gələnlər”,
“Göndərdiklərim”, “Qaralama”) və digər məlumat ekranlarıdan ibarətdir.
Şəkil
1.
e-Faktura (e-VHF) altsisteminin interfeysi
Proqramın idarəedici paneli aşağıdakı komanda düymələrindən
ibarətdir:
-
Yenilə - sistemin bazasından məlumatların yenidən ekrana gətirilməsi,
yəni ekranın yenilənməsi;
-
Yeni Faktura – yeni EVHF-nin hazırlanması və göndərilməsi;
-
Fakturalar – qovluğun (“Gələnlər”,”Göndərdiklərim”, “Qaralama”) növündən
asılı olaraq onun içində olan EVHF-lərin siyahısının
göstərilməsi;
-
Əvəzləşdirlənlər – EVHF-nin əvəzləşdirilməsi;
-
Axtarış – qovluqlar üzrə axtarış əməliyyatlarının
yerinə yetirilməsi;
-
Paket axtar – tarix intervalına görə paketin axtarılması.
Proqramın qovluqları aşağıdakılardır:
Gələnlər –vergi orqanlarından və ya satıcı vergi ödəyicilərdən daxil
olan EVHF-lər qovluğudur.
Aşağıdakı ekranda ixtiyari EVHF barədə ətraflı məlumat əldə etmək
onun üzərinə 2 dəfə klik etmək lazımdır.
Şəkil
2.
“Gələnlər” qovluğu pəncərəsi
Göndərdiklərim – vergi orqanlarına və ya alıcı vergi ödəyəcilərinə
göndərilən və ya ləğv edilən EVHF-lər qovluğudur.
Şəkil
3.
“Göndərdiklərim” qovluğu ekranı
Qaralama – göndərilmək üçün nəzərdə tutulan müvəqqəti saxlanılan
EVHF-lər qovluğudur. Bu qovluqda satıcı vergi
ödəyicisi tərəfindən tam tərtib edilməmiş EVHF-lər saxlanılır.
Hazırlanması tam başa çatmayan, gələcəkdə yenidən hazırlanması nəzərdə
tutulan EVHF-lər bu qovluğa göndərilir. Bunun üçün istifadəçi
Qaralamaya göndər düyməsini basmalıdır. İstifadəçi (satıcı) qaralamaya göndərməni
təsdiqlədikdən sonra bu barədə xəbərdarlıq alır. İstifadəçi (satıcı)
Qaralama qovluğuna daxil olaraq yarımçıq qalmış EVHF-nı 2 dəfə
tıkladıqda, açılan ekranda EVHF-nin zəruri məlumatlarını əlavə edir.
Onu “Qaralama” qovluğunda yadda saxlamaq üçün Qaralamada yadda saxla
düyməsini, alıcıya göndərmək üçün isə Fakturanı Göndər düyməsini
basmalıdır.
Şəkil
4.
EVHF-nın Qaralama
qovluğuna göndərilməsi pəncərəsi
Şəkil
5.
“Qaralama” qovluğu ekranı
“Gələnlər” və “Göndərdiklərim” qovluqlarında
EVHF-in tipi və vəziyyəti aşağıda göstərilir:
"Vəziyyəti" rekviziti üzrə:
- “T” simvolu və qara rəng – EVHF artiq təsdiq
olunmuşdur;
- "L" simvolu və qırmızı rəng – EVHF ləğv edilmişdir;
- "T" simvolu və yaşıl rəng – EVHF təsdiq gözləyir.
"Tipi" rekviziti üzrə:
- "D" simvolu – “dəqiqləşmiş” EVHF-ni göstərir;
- "N" simvolu – “cari” EVHF-ni göstərir;
- tünd qara rəngdə “N” simvolu – yeni daxil olan və oxunmayan EVHF-ni
göstərir.
EVHF-nin ləğv edilməsi
Vergi ödəyicisi (satıcı) göndərdiyi istənilən EVHF-nı ləğv etmək
üçün “Göndərdiklərim” qovluğundakı EVHF-nı 2 dəfə tıklamalıdır. Bu
zaman açılan
ekranda o, Fakturanı ləğv et düyməsini basdıqdan sonra əməliyyatı
təsdiqləmə barədə pəncərə açılır. Təsdiqdən sonra ləğv etmənin səbəbini
yazmaq və Qəbul düyməsini basmaq
lazımdır. Bu əməliyyatdan sonra EVHF ləğv edilir.
Nəticədə satıcının “Göndərdiklərim”,
alıcının
isə “Gələnlər” qovluqlarında EVHF-nın Vəziyyəti ləğv edilmış olur. Yəni, həmin sətrin qarşısına "L" simvolu
yazılır və sətir qırmızı rəngə çevrilir.
EVHF-nin ləğvi onu təqdim edən
satıcı vergi ödəyicisi tərəfindən
yerinə yetirilir. EVHF ləğv edildikdən sonra alıcının
e-Qutusuna bu barədə
məlumat göndərilir. Bundan sonra EVHF üzərində
düzəliş aparıla bilməz.
EVHF-nin ləğv edilməsi zərurəti yaranarsa, alıcı vergi ödəyicisi
satıcıya vergi ödəyicisinə müraciət etməklə təqdim edilmiş EVHF-nin ləğv
edilməsini xahiş edə bilər. Bu zaman ləğvetmə əməliyyatı satıcı vergi
ödəyicisi tərəfindən həyata keçirilməlidir.
Şəkil
6.
EVHF-nın ləğvetmə pəncərəsi
EVHF-nin qovluqlar üzrə axtarışı
EVHF-nin axtarış pəncərəsi iki hissədən ibarətdir:
- Vergi hesab-fakturaların axtarışı;
- VHF-lərin reyestri.
Şəkil
7.
Axtarış pəncərisi
1) Vergi hesab-fakturaların axtarışı hissəsində Axtar düyməsi vasitəsi ilə vergi ödəyiciləri “Gələnlər” və “Göndərdiklərim”qovluqları üzrə axtarış nəticələrini filtr edərək axtarış əməliyyatını yerinə yetirirlər.
Bunun üçün istifadəçi açılan ekranda axtarış kriteryalarını (axtarılacaq qovluğu, VÖEN-i, tarixi, EVHF-nin seriya və nömrəsini, vəziyyətini ) daxil edir və Axtar düyməsini basır.
Bu zaman siyahıya kriteriyalara uyğun EVHF-lər gətirilir. Yuxarı hissədə EVHF-lərin tam sayı göstərilir, Məsələn, “Cəmi 251 sənəd”. Lakin, siyahıda maksimum (eyni zamanda çap edərkən) 49 sayda EVHF görünə bilər.
Bu Siyahıda əks olunan EVHF-nin üzərinə iki dəfə tıklamaqla onun məlumatları ilə ətraflı tanış olmaq olar. Bu pəncərədə axtarış zamanı "Axtarılacaq səhifə" kriteryasından başqa, digər kriteryaları doldurmaq mütləq vacib deyil.
2) Əgər EVHF sayı 49-dan çox olarsa, onlara baxmaq üçün VHF-lərin reyestri bölməsində konkret tarix və qovluq məlumatlarını seçib Baxış düyməsini basmaq lazımdır.
Bu zaman qeyd edilən tarixə uyğun bütün EVHF-lər siyahıda görünəcək.
Paketlənmiş EVHF-nin axtarışı
Əgər EVHF-lər oflayn rejimdə “e-Faktura” proqramı
(eFP) vasitəsilə hazırlanaraq və paketlənərək göndərilmişsə, onlayn
rejimdə onların axtarışı üçün Paket axtar düyməsindən istifadə olunur.
Axtarış üçün tarix intervalı daxil edilir Axtar düyməsi
basılır. Axtarışın nəticəsi alt cədvəldə
əks olunur.
Şəkil
8.
Əvəzləşdirilən EVHF-nin axtarışı
Bu əməliyyat yalnız o zaman istifadə olunur ki, əvəzləşdirilən EVHF-lərin
sayı 5 ədəddən çoxdur. Çünki, əvəzləşdirmə pəncərəsinin
“Daxil etdiyiniz son 5 əvəzləşəcək faktura” bölməsində 5-dən yuxarı
EVHF-lər ekranda görünmür.
Əvvəlcə Əvəzləşdirilənlər düyməsi
basılır. Açılan pəncərədə Dövrü seç düyməsi
vasitəsilə İl,
Dövr tipi, Ay rekvizitləri daxil edilir və
Qəbul düyməsi basılır.
Şəkil
9.
Nəticədə,
“Daxil etdiyiniz son 5 əvəzləşəcək faktura” bölməsində yalnız 5 ədəd
əvəzləşdiriləcək EVHF-lər görünəcək. Digər EVHF-ləri
görmək üçün “Bu dövr üzrə axtarış” bölməsindən istifadə olunur.
Həmin bölmədə
axtarış növünü seçib,
məlumatı
xanaya daxil edib Axtar düyməsini basdıqda EVHF-lərin
siyahısı alt cədvələ düşəcək.
Şəkil 10. Dövr üzrə axtarış
Həmin cədvəldə EVHF-də dəyişiklik etmək
üçün faktura qeyd edilir və onun məlumatlarında dəyişiklik edildikdən
sonra
Dəyiş düyməsi basılır.
Cədvəldəki EVHF-lərin siyahısından fakturanı ləğv etmək üçün Sil düyməsindən
istifadə olunur.
Yeni EVHF-nin hazırlanması
Yeni Faktura düyməsini basmaqla satıcı vergi ödəyicisi EVHF-nı
hazırlayaraq qarşı tərəfə (alıcıya) təqdim edir. İstifadəçi (satıcı)
“Kimə” bölməsində VÖEN xanasına sifarişçinin (alıcının) VÖEN-i daxil
edir. Bu zaman ödəyicinin adı və filialları (obyektləri) sistem təfərindən
xanalara avtomatik doldurulur.
Əgər obyekt varsa, onun adını siyahıdan seçmək,
yoxdursa, boş saxlamaq lazımdır. Qeyd rekvizitinə
məlumatın daxil edilməsi vacibdir. Çünki, əks halda ekrana onun daxil edilməsi barədə xəbərdaredici mesaj çıxarılır.
Yeni faktura məlumatlarını daxil etmək üçün
Əlavə et düyməsi
basılır. Alt cədvələ
boş sətir əlavə edilir. İstifadəçi həmin sətri doldurmalıdır.
Cədvəldə seçilmiş sətirləri silmək üçün
Seçilmişləri si, bütün
sətirləri silmək üçün isə Hamısını təmizlə düymələrindən istifadə
olunur.
EVHF-nin rekvizitləri aşağıdakı qaydada doldurulur:
-
Sıra №-si - alıcıya (sifarişçiyə) təqdim olunmuş malların (işlərin,
xidmətlərin) sıra sayıdır, proqram tərəfindən nömrələnilir;
-
Yola salınmış malların (işlərin, xidmətlərin) adı
- təqdim edilmiş
malların (işlərin, xidmətlərin) adlarıdır;
-
Ölçü vahidi - malların (işlərin, xidmətlərin) ölçü vahididir;
-
Miqdarı, həcmi - malların (işlərin, xidmətlərin) ölçü vahidi ilə
miqdarıdır (həcmidir);
-
Vahidinin buraxılış qiyməti - malların (işlərin, xidmətlərin) müəyyən
olunmuş ölçü vahidinin qiyməti (ƏDV və aksiz nəzərə alınmadan) sütunudur;
-
Cəmi sütunu təqdim edilmiş malın (ƏDV-siz və aksizsiz) ümumi dəyərini
göstərir;
-
Aksiz qrafasının ikinci (“Məbləği, man”) sütununda aksizli mallar üzrə
aksizin ümumi məbləği yazılır;
-
Təqdim edilmiş malın (işin, xidmətin) dəyəri (ƏDV-siz),
man.
qrafasının “Cəmi” sütununda təqdim edilmiş malın (işlərin, xidmətlərin)
ümumi dəyəri ilə aksizin məbləğinin cəmi göstərilir;
-
o cümlədən, ƏDV-yə cəlb edilən sütununda təqdim edilmiş malların
(işlərin, xidmətlərin) əlavə dəyər vergisinə cəlb olunan dəyəri qeyd
edilir;
-
o cümlədən, ƏDV-yə cəlb edilməyən sütununda təqdim edilmiş malların
(işlərin, xidmətlərin) qanunvericiliyin müddəalarına əsasən əlavə dəyər
vergisinə cəlb olunmayan dəyəri yazılır;
-
o cümlədən, ƏDV-yə «0» (sıfır) dərəcə ilə cəlb edilən
sütununda təqdim
edilmiş malların (işlərin, xidmətlərin) qanunvericiliyin müddəalarına
əsasən əlavə dəyər vergisinə «0» (sıfır) dərəcəsi ilə cəlb edilən dəyəri
göstərilir;
-
Vergi tutulan əməliyyatdan ödənilməli olan ƏDV, man.
sütununda
göstərilən məbləğ eyni bir sətir üzrə “ƏDV-ə cəlb edilən” sütununda
göstərilən rəqəmin ƏDV-nin qanunvericiliklə müəyyən edilmiş dərəcəsinə
hasil edilməklə hesablanır;
-
Təqdim edilmiş mallar (işlər, xidmətlər) üçün məbləğ,
man.
sütununda
göstərilən məbləğ eyni bir sətir üzrə “Təqdim edilmiş malın (işin,
xidmətin) dəyəri (ƏDV-siz)” “Cəmi” sütunu ilə “Vergi tutulan əməliyyatdan
ödənilməli olan ƏDV məbləği, man.” sütununda göstərilən məbləğlərin cəminə
bərabər olmalıdır;
Yekun bölməsindəki məlumatlar EVHF-nın müvafiq məlumat
sətirlərindəki məlumatların yekunudur.
Bütün bu məlumatları daxil etdikdən sonra istifadəçi (satıcı) EVHF-nı qarşı
tərəfə təqdim etmək üçün Fakturanı Göndər düyməsini basmalıdır.
Şəkil 11. Yeni faktura yaratma ekranı
Bu əməliyyatdan sonra ekranda göndərdiyimiz fakturanın hansı seriya və
nömrə ilə sistem tərəfindən qeydiyyata alındığını əks etdirən aşağıdakı
məlumat
pəncərəsi ekrana çıxır. Bağla düyməsini basdıqda həmin pənəcərə
ekrandan itir.
Qaralamaya göndər düyməsini basdıqda isə EVHF “Qaralama” qovluğuna
göndərilir.
Qeyd:
- EVHF-də məbləğlər milli valyutada (manatla)
göstərilməlidir.
- EVHF-nin hazırlanma tarixi, onun verilmə tarixi sayılır və bu tarix
proqram təminatı tərəfindən avtomatik
daxil edilir.
- Mallar (işlər, xidmətlər) vergi ödəyicisi (satıcı) tərəfindən ƏDV
ödəyicisi kimi qeydiyyatdan keçməyən və ya elektron qutusu olmayan
alıcılara, həmçinin pərakəndə ticarət, ictimai iaşə və məişət xidməti
sahələrində təqdim edildikdə, elektron vergi hesab-fakturası alıcıların
tələbi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet
səhifəsi olan İnternet Vergi İdarəsində yaradılmış elektron vergi
hesab-fakturası sistemində hazırlanır, qeydə alınır, çap edilir və hüquqi
şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi
ödəyicisinin isə imzası ilə təsdiqlənməklə verilə bilər.
Dəqiqləşdirilmiş
EVHF-nin göndərilməsi
EVHF-nin dəqiqləşdirilməsi o zaman həyata keçirilir ki,o təqdim
edildikdən sonra vergi tutulan dövriyyənin
dəqiqləşdirilməsinə əsas verən hallar üzə çıxır. Yəni, Vergi Məcəlləsinin
163-cü maddəsinə əsasən əməliyyat qismən ləğv edildikdə, o cümlədən mal
qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlər
aşağı düşdükdə və s. hallarda qiymətləndirmə bazasında dəyişikliyın baş verdiyi
hesabat dövründə dəqiqləşdirmə aparılır.
Dəqiqləşdirilmiş EVHF
hazırlamaq üçün Faktura tipi bölməsində Dəqiqləşdirilmiş
sözünü qeyd
etmək və dəqiqləşdirilən EVHF-nin seriya,
nömrəsini daxil edib Axtar düyməsini basmaq lazımdır. Bu zaman faktura üzrə məlumatlar ekrana
çıxacaq.
Müvafiq düzəlişlər edilərək təsdiqləndikdən sonra EVHF-yə yeni seriya və nömrə
verilir. Satıcı tərəfindən göndərilmiş dəqiqləşdirilmiş EVHF alıcı vergi ödəyicisi tərəfindən təsdiq edilməlidir.
Əgər həmin EVHF alıcı vergi ödəyicisi
tərəfindən ayın sonuna kimi təsdiq edilməzsə, həmin EVHF, proqram təminatı
tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır.
ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən alıcı vergi ödəyicilərinə təqdim
edilən dəqiqləşdrilmiş EVHF-nin təsdiq edilməsi
tələb olunmur və dəqiqləşdrilmiş EVHF yalnız çap
edilərək təqdim edilir.
Şəkil 12. Dəqiqləşmiş EVHF-nin
göndərilməsi
Vergi hesab-fakturaların əvəzləşdirilməsi
Vergi ödəyicisi Əvəzləşdirilənlər ekranı vasitəsilə ƏDV bəyannamələrinə
əvəzləşdirilən vergi hesab-fakturaları barədə məlumatları əlavə edərək
vergi orqanına göndərir. Bunun üçün Əvəzləşdirilənlər düyməsi basılır.
Sonra açılan ekranda Dövrü seç
düyməsi vasitəsilə İl, Dövr tipi, Ay
rekvizitləri daxil edilir və Qəbul
düyməsi basılır.
“Hesabat dövrü bəyannamələri” bölməsinə həmin dövrə uyğun bəyannamələrin siyahısı düşəcək.
Siyahıda
ixtiyari bəyannaməni 2 dəfə tıkladıqda və ya Baxış düyməsini basdıqda,
əgər əvəzləşdirilən EVHF-lər varsa, onlarin siyahısı ekranda əks
olunacaq.
Siyahıda vəziyyəti “Təsdiqlənəcək”
olan bəyannaməyə,
əvəzləşdirilən EVHF-ləri əlavə etmək üçün “Əvəzləşdirələcək faktura
məlumatları” bölməsindəki cədvələ aşağıdakı rekvizitləri daxil etmək və
sonda Əlavə et düyməsini basmaq lazımdır:
-
Seriya - əvəzləşdirilən EVHF-nin seriyası
-
Nömrə - əvəzləşdirilən EVHF-nin nömrəsi
-
Tarix - əvəzləşdirilən EVHF-nin tarixi
-
Sətir kodu - siyahıdan seçilir (308, 314, 316)
-
Dövr - təqdim olunan hesabat dövrü
-
VÖEN - İstifadəçinin VÖEN-i
-
Adı - İstifadəçinin adı
-
Malın ƏDV-siz ümumi dəyəri (avtomatik doldurulur, Satıcı tərəfindən
göndərilən EVHF-yə əsasən)
-
Malın ƏDV məbləği (avtomatik doldurulur, satıcı tərəfindən göndərilən
EVHF-yə əsasən)
-
Ödənilmiş ƏDV-siz ümumi dəyər (istifadəçi(alıcı) tərəfindən
satıcıya
ödənilmiş məbləğ daxil edilir)
-
Ödənilmiş ƏDV məbləği (sistem tərəfindən hesablanır)
İstifadəçi bu bölümdə EVHF-nin seriya və nömrəsini daxil etdikdə, bəzi
məlumatlar sistem tərəfindən avtomatik doldurulur. Bu qayda ilə
əvəzləşdiriləcək bütün EVHF-lər Əlavə et düyməsi vasitəsilə “Daxil
etdiyiniz son 5 əvəzləşəcək faktura” bölməsindəki cədvələ əlavə edilir.
Əgər, istifadəçi “dəqiqləşdirilmiş” bəyannaməyə, əvəzləşdirmə üçün
göndərilmiş VHF-ləri “Daxil etdiyiniz son 5 əvəzləşəcək faktura”
bölməsindəki cədvələ avtomatik daxil etmək istəyirsə, Əvvəlkini gətir
düyməsini basmalıdır.
Bu zaman həmin dövr üzrə əvvəlki bəyannamədə
göndərilən bütün əvəzləşdiriləcək EVHF-lər qeyd edilən cədvələ əlavə edilir.
Cədvəldə yalnız 5 ədəd EVHF görünəcək. EVHF-lərin sayı 5-dən cox olduqda,
onları görmək üçün “Bu dövr üzrə axtarış” bölümündən istifadə olunur.
Axtarılan EVHF-lər “Axtarışa uyğun əvəziləşəcək fakturalar” bölümünə düşür.
Burada onları dəyişmək və ya silmək mümkündür (Dəyiş və Sil
düymələrinin köməyilə).
Təmizlə düyməsi, “Əvəzləşəcək faktura məlumatları” bölümündəki
cədvəlin sətrində olan məlumatları silmək üçün nəzərdə tutulmuşdur.
Baxış düyməsi vasitəsilə əvəzləşdiriləcək fakturaların siyahısına
baxmaq və ya çap etmək olar.
Sonda Göndər düyməsi basılır.
Nəticədə,
göndərilən siyahı ƏDV bəyannaməsinə 1 nömrəli əlavə kimi vergi orqanına
göndərilir.
Bu komandadan sonra yuxarıda əlavə edilən EVHF-lər “Daxil
etdiyiniz son 5 əvəzləşəcək faktura” bölməsindəki cədvəldən silinir. "Hesabat dövrü bəyannamələri" bölməsində olan "Təsdiqlənəcək" bəyannamələrin vəziyyəti isə "Təsdiqləndi"-yə
çevrilir.
Şəkil 13. EVHF-lərin əvəzləşdirilməsi
pəncərəsi
Qeyd:
Aşağıdakı məlumat, təqdim olunacaq dövr üçün
bəyannamə göndərilmədiyi, lakin faktura göndərildiyi halda ekrana çıxır:
Bu zaman vergi ödəyicisi əvvəlcə bəyannaməni və sonra isə
əvəzləşdirləcək EVHF-lərin siyahısını göndərməlidir.
eFP-də hazırlanmış paketlərin göndərilməsi
e-VHF altsistemi, oflayn rejimində eFP
(“e-Faktura”) proqramı vasitəsilə
hazırlanmış və paketlənmiş EVHF-lərin göndərilməsini təmin edir.
Bunun üçün
Paket göndər düyməsi basılır. Paket növü
və paketlənmiş faylın yeri göstərilir və Göndər düyməsi basılır.
Şəkil 14.
Nəticədə, paketlənmiş EVHF-lər qarşı vergi ödəyicisinə göndərilir.
Qeyd 1: "Faktura paketi" göndərilən zaman paketlənmiş (ZİP tipli) fayl "Asan DOC client" və ya "e-İmzalayıcı" proqramları vasitəsilə imzalanmalıdır. Sonra, tipi "adoc" və ya "edoc" olan fayllar yuxarıdakı qayda ilə göndərilməlidir.
Qeyd 2: "Əvəzləşmə paketi" göndərilən zaman paketlənmiş (tipi "zip" olan) fayl yuxarıdakı qayda ilə göndərilir.
Bu zaman həmin faylın imzlanmasına ehtiyac yoxdur.
Qeyd 3: Göndərmə zamanı faylın tipi səhv göstərilərsə ("adoc" əvəzinə "zip" və ya tərsinə) sistem tərəfindən xəta barədə məlumat verilir.
Elektron vergi hesab-fakturasının tərtibatı proqramı (eFP)
eFP proqramı vergi hesab-fakturaları və əvəzləşmələri oflayn rejimdə (internetə qoşulmadan) tərtib etmək və göndərmək üçün nəzərdə
tutulmuşdur.
Bu proqram vasitəsilə
EVHF-lər hazırlanır və XML fayl formatında
diskdə yadda saxlanılır. Sonra həmin fayllar proqram
vasitəsilə paketlənir və İnternet Vergi İdarəsi saytının
(www.e-taxes.gov.az) “Elektron vergi hesab-fakturası” altsisteminin “Paket göndər”
menyusu vasitəsilə sistemə yüklənilir.
Yükləmə zamanı EVHF-lərə sistem
tərəfindən unikal seriya və nömrələr verilir və onlar qarşı
tərəfin elektron poçt qutusuna göndərilir. Bundan sonra digər
əməliyyatlar onlayn rejimdə aparılır.
eFP proqramının istifadəçi interfeysi
eFP proqramında bütün əməliyyatlar menyular vasitəsilə yerinə
yetirilir və onlar aşağıdakılardır:
- Fayl
- Yeni (Faktura, Əvəzləşdirmə)
- Aç
- Qeyd (Qeyd et, Fərqli qeyd et)
- Bağla
- Çıxış
- Qeydlər
- Paketləmə
- Kömək
Şəkil 1. eFP proqramının giriş pəncərəsi
Yeni EVHF-nin yaradılması
Yeni EVHF-nin yaradılması üçün Fayl
-> Yeni
-> Faktura menyusu
yerinə yetirilir.
Şəkil 2. Yeni menyusuna giriş
Bu zaman aşağıdakı pəncərə
açılır:
Şəkil 3. VHF blankının doldurulması
Əvvəlcə öz VÖEN-i daxil edib
"..." düyməsini
basmaq lazımdır. Ad rekviziti bu əməliyyatdan sonra
sistem tərəfindən avtomatik daxil
olunur.
Sonra qarşı tərəfin (alıcının) VÖEN-i daxil edilir və
"..." düyməsi basılır.
Qarşı tərəfin Ad rekviziti
də avtomatik
daxil edilir.
Qeyd rekvizitinin daxil edilməsi tələb olunur. Əks halda, səhv
barədə mesaj ekrana çıxır.
Əlavə qeyd xanasının doldurulması, ehtiyac
olarsa, daxil edilir.
Əgər faktura ilk dəfə göndərilirsə,
Dəqiqləşmiş qeyd edilmir.
Lakin EVHF-də qiymət dəyişikliyi
və ya səhv olarsa, onda Dəqiqləşmiş qeyd edilir və EVHF-nin
seriya, nömrəsi daxil edilir.
Sonda Əlavə et düyməsi
basılır. Nəticədə EVHF-lər alt cədvələ əlavə edilir.
Şəkil 4. Hazırlanmış
EVHF-nın yadda saxlanılması
pəncərəsi
Seçilmişləri sil və ya Hamısını sil düymələri
vasitəsilə cədvələ daxil edilmiş EVHF-lər silinir.
Bu zaman, əvvəlcə, Seçim stünu üzrə
həmin EVHF-ləri qeyd etmək lazımdır.
Tam hazır EVHF-ni diskə yazmaq üçün Fayl -> Qeyd et
-> Qeyd et menyusu yerinə yetirilir.
EVHF-ni başqa adla diskə yazmaq üçün Fayl -> Qeyd
et -> Fərqli qeyd et menyusudan
və aktiv ekranı bağlamaq üçün isə Fayl
-> Bağla
menyusundan istifadə olunur.
Qeyd et əməliyyatı zamanı aşağıdakı
pəncərə açılır. Fakturanı
yadda saxlamaq üçün qovluq seçilir
və əməliyyat təsdiqlənir.
Şəkil 5. Fakturanın yadda saxlandığı qovluq ekranı
EVHF-lər diskə yazılan zaman proqram avtomatik olaraq
fayla ad verir. Adın əvvəlində istifadəçinin tərtib etdiyi
EHF-nin sıra
sayı (VHF_1), alan şəxsin və təqdim edənin VÖEN-i, qeyd edildiyi tarix
(20091212) və daha sonra isə proqramın versiyası (v_100) yazılır.
İstifafəçi, zərurət olarsa, bu adı dəyişdirə bilər. Faktura qeyd edilən
zaman “VHF qeyd olundu!” mesajı ekrana çıxır.
Qeyd edilmiş fakturanı yenidən açımaq üçün Fayl
-> Aç menyusu
yerinə yetirilir.
EVHF-də hər hansı bir dəyişiklik zərurəti yaranarsa, bu halda
EVHF-nin üzərində lazımi dəyşikliklər edərək Fayl-> Bağla menyusu yerinə yetirilir. Bu zaman açılmış pəncərədə
Hə düyməsini basmaqla
dəyişikliyin təsdiqlənməsi yerinə yetirilir.
Şəkil 6. Dəyişiklik edilmiş fakturanın təsdiqlənməsi
Yeni əvəzləşdirmənin yaradılması
Əvəzləşdirmə əməliyyatını aparmaq üçün Fayl -> Yeni -> Əvəzləşdirmə menyusu seçilir.
Əvvəlcə, istifadəçi öz VÖEN-i daxil edir
və "..."
düyməsini basır.
Bu zaman, Ad
rekviziti
proqram tərəfindən avtomatik
xanaya daxil
edilir.
Sonra Dövrü seç bölməsinin doldurulması tələb olunur. Əks halda,
bu barədə səhv mesajı ekrana çıxır.
Əlavə et düyməsini basmaqla əvəzləşdirilən EVHF məlumatları
cədvələ daxil edilir.
Seçilmişləri sil və Hamısını sil düymələri
vasitəsi ilə
cədvələ daxil edilmiş EVHF-lər silinir.
Bu zaman, Seçim stünu üzrə
tələb olunan EVHF-lər qeyd
olunmalıdır.
Şəkil 7. Əvəzləşdirmə
pəncərəsi
Məlumatlar daxil edildikdən sonra Fayl -> Qeyd et
-> Qeyd et menyusu
ilə əvəzləşdirilmə məlumatları aşağıdakı pəncərə ilə yadda saxlanılır.
Şəkil 8. Əvəzləşdirmənin qeyd edilməsi
pəncərəsi
Paketləmə əməliyyatı
Hazırlanmış EVHF-ləri qarşı vergi ödəyicisinə və əvəzləşdirmələri vergi orqanına
göndərmək üçün paketləmə əməliyyatından istifadə olunur.
Bunun üçün Paketlə -> Paketlə menyusu seçilir.
VHF-nin növü bölməsindən
müvafiq olan bənd
(Faktura və ya Əvəzləşdirmə) seçilir
və Paket faylı əlavə et düyməsi
basılır.
Nəticədə, seçilən XML formatlı fayl
alt cədvələ əlavə edilir.
Cədvəldən lazımsız faylı silmək üçün Paket faylı siyahıdan sil
düyməsindən istifadə
olunur.
Sonda Paketlə düyməsi basılır.
Şəkil 9. Paketləmə
pəncərəsi
Siyahıdakı EVHF-ləri paketləmək üçün Paketlə düyməsi basılır və yeni yaradılan paket faylının yeri göstərilir.
Şəkil 10. Paket faylının
yadda saxlanılması
Paketləmə əməliyyatı başa çatdıqdan sonra aşağıdakı
xəbərdaredici məlumat ekrana çıxır.
Şəkil 11. Paket
faylının yaradılması barədə mesaj
Paketlənmiş faylın tipi "zip" olur.
Paketlınmiş EVHF-ləri digər vergi ödəyicisinə göndərməmişdən əvvəl, həmin "zip" fayl "Asan DOC client" və ya "e-İmzalayıcı" proqramları vasitəsilə imzalanmalıdır. Sənədin imzalanması barədə təlimata "http://www.asanimza.az/" saytından əldə edə bilərsiniz.
"zip" tipli fayl imzalandıqdan sonra müvafiq olaraq "adoc" və ya "edoc" tipli fayl yaranır. Sonra həmin fayl digər vergi ödəyicisinə göndərilir.
Fakturaların əvəzləşdirilməsi zamanı isə paketlənmiş "zip" fayl imzalanmır və həmin fayl vergi orqanına göndərilir.
Göndərmə əməliyyatı İnternet Vergi İdarəsi portalının "e-VHF bölməsi"-də "Paket göndər" komandası vasitəsilə həyata keçirilir.
Qeyd 1: Göndərmə zamanı faylın tipi səhv göstərilərsə ("adoc" əvəzinə "zip" və ya tərsinə) sistem tərəfindən xəta barədə məlumat verilir.
Vergi ödəyicisinin məlumatları
Vergi ödəyicisinin məlumatları Qeydlər menyusunda yerləşir.
Bu menyu Vergi ödəyicisinin məlumatı və Filial (Obyekt) adlı altmenyulardan
ibarətdir və istifadəçiyə kömək üçün nəzərdə tutulmuşdur.
Şəkil 12. Qeydlər menyusu
Vergi ödəyicisinin məlumatları pəncərəsi aşağıdakı tablardan
ibarətdir:
-
Ümumi məlumatlar
-
ƏDV məlumatları
-
Aksiz
məlumatları
-
PROFİT
məlumatları
Şəkil 13. Vergi ödəyicisinin məlumatları
İstifadəçinin bu
tabları doldurması tövsiyə olunur.
Bu məlumatlar istifadəçinin işini asanlaşdırmaq üçündür. Yəni,
faktura və ya əvəzləşdirmə hazırlayarkən VÖEN-i
yazıb "..." düyməsini basdıqda, bu məlumatlar avtomatik
olaraq müvafiq
xanalara doldurulur.
Əks halda, həmin xanalar boş olur.
Yeni düyməsilə bütün xanalarda olan məlumatlar
təmizlənir.
Qeyd et düyməsilə məlumatlar
diskdə yadda saxlanılır.
Vergi
ödəyicisinin təsərrüfat subyekti varsa, onun adı və kodu
Filial (obyekt)
menyusu vasitəsilə daxil edilir.
Şəkil 14. Filial(obyekt) məlumatlarının daxi edilməsi
Filial (obyekt) adı və kodu yalnız struktur bölmələrinə
malik olan müəssisələrin daxili subyektlərinə verilən unikal kod və addır
( vergi ödəyicisinin filialının, numayəndəliyinin və təsərrüfat
subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayışda
qeyd edilmiş uçot kodu
nəzərdə tutulur).
İmport əməliyyatı
eFP proqramı MS
Excel faylından faktura məlumatlarını import etmək imkanına malikdir.
Bunun üçün əvvəlcə,
faktura məlumatları
MS Excel-də tələb olunan formada hazırlanır. Həmin formanın
doldurulma nümunəsi İnternet Vergi İdarəsinin
e-Vergi hesab-fakturası bölməsində
yerləşir ("eVHF_Excel_Import_Numune.xls" adlı fayl).
Sonra Fayl -> Yeni
-> Faktura və ya
Fayl ->
Yeni
-> Əvəzləşdirmə menyulurana keçilir və
Excel düyməsi basılır. Nəticədə məlumatlar eFP-yə import
olunur.
Əgər məlumatların
doldurulması həmin formanın tələblərinə uyğundursa,
o zaman bütün sətrlər proqrama import
olunacaq, əks halda bu əməliyyat yerinə yetirilməyəcək.
Alınmış fakturanı Qeyd et menyusu vasitəsilə yadda saxlayarkən,
əvvəlcə məlumatlar yoxlanılır, səhv olmadıqda yaddaşda qeyd olunur.
eFP-nin versiyasının öyrənilməsi
eFP proqramının yeni versiyası hazırlananda
həmin versiya İnternet
Vergi İdarəsi saytında yerləşdirilir.
Vergi ödəyicisi
mütəmadi olaraq saytda çıxan
yenilikləri izləməli, proqramların yeni versiyalarını, Patch faylları
saytdan endirməli və kompüterinə yükləməlidir.
Proqramın
versiyasını öyrənmək üçün Kömək
-> Proqram versiyası menyusu
yerinə yetirilir.
Şəkil 15. Proqramın versiyası
barədə məlumat
eFP-dən çıxış
eFP proqramından çıxmaq üçün Fayl
->
Çıxış menyusu seçilir.
eFP-də hazırlanmış EVHF paketlərinin göndərilməsi
Elektron vergi
hesab-faktura və əvəzləşdirmə paketlərini
oflayn
rejimdə eFP proqramı ilə hazırladıqdan sonra onların göndərilməsi onlayn
rejimdə həyata keçirilir.
Bunun üçün İnternet Vergi İdarəsinə (e-taxes.gov.az) daxil olub Giriş düyməsi basılır.
Sonra sistemə daxil olma qaydalarından (istifadəçi kodu,
parol, şifrə ilə və ya "e-İmza" ilə) biri seçilir. Bölmə adlı
siyahıdan "Onlayn kargüzarlıq
& e-VHF" təyin edilir və Daxil ol düyməsi basılır.
Açılan pəncərədə Paket göndər
düyməsi basılır.
Paketin növü və paketlənmiş faylın diskdə yeri göstərilir (“Browse”
düyməsilə) və Göndər düyməsi basılır.
Qeyd 1: "Faktura paketi" göndərilən zaman paketlənmiş (ZİP tipli) fayl "Asan DOC client" və ya "e-İmzalayıcı" proqramları vasitəsilə imzalanmalıdır. Sonra, tipi müvafiq olaraq "adoc" və ya "edoc" olan fayl yuxarıdakı qayda ilə göndərilməlidir.
Qeyd 2: "Əvəzləşmə paketi" göndərilən zaman paketlənmiş (tipi "zip" olan) fayl yuxarıdakı qayda ilə göndərilir.
Bu zaman həmin faylın imzlanmasına ehtiyac yoxdur.
Qeyd 3: Göndərmə zamanı faylın tipi səhv göstərilərsə ("adoc" əvəzinə "zip" və ya tərsinə) sistem tərəfindən xəta barədə məlumat verilir.
eFP proqramının qurulması
eFP proqramını vergi ödəyicisinin kompüterinə qurmaq üçün aşağıdakı
addımlar yerinə yetirilir:
1.İnternet Vergi
İdarəsi saytının (www.e-taxes.gov.az)
"e-Vergi hesab-fakturası" bölməsinə (Lazımı proqramlar) yerləşdirilmiş eFP proqramının tam versiyası
istifadəçinin kompüterinə
endirilir.
2.Endirilmiş
fayl üzərinə 2
dəfə basılır. Nəticədə, proqram
qurularkən onun versiyası və yeniliklər barədə məlumatlar ekrana
çıxır.
3. İstifadəçi tərəfindən
İ Agree düyməsi
basılır.
4. Next düyməsi basılır.
5. Açılan növbəti ekranda qurulacaq proqramın diskdə yerləşdiyi qovluğun adı
göstərilir (“C:\Program Files\E-Faktura”)
və İnstall
düyməsi basılır.
Gələcəkdə yaradılacaq
elektron vergi hesab-faktura fayllarının özləri və paketləri bu qovluğun
uyğun olaraq “C:\Program Files\E-Faktura\ebyn\beyannameler” və
“C:\Program Files\E-Faktura\ebyn\paketler” alt qovluqlarında
yerləşirlər.
6. Proqramın qurulmasının sonunu göstərən pəncərə ekrana çıxdıqda OK
düyməsi basılır.
Nəticədə aşağıdakı pəncərə qurulma əməliyyatının başa
çatdığını göstərir.
7.
Sonda Close düyməsi
basılır.
Əgər İnternet Vergi İdarəsi saytının Lazımı proqramlar bölməsində eFP
proqramının Patch (əlavə və düzəlişlər) tipli faylları mövcuddursa,
onları da kompüterə endirmək və yerləşmə ardıcıllığına uyğun olaraq
kompüterə yükləmək lazımdır.
Proqram tam qurulub başa çatdıqdan sonra masaüstündə eFP adlı "qısa yol
çubuğu" (QYÇ) yaranır. İstifadəçi həmin QYÇ-ni tıkladıqda eFP proqramı
yüklənir və bundan sonra elektron vergi-hesab fakturaların oflayn
rejimində hazırlanmasına başlamaq olar.
QEYD:
1. Əvvəlcə eFP proqramının tam versiyası, sonra isə
Patch fayllar ardıcıl olaraq kompütürə yüklənməlidir.
2. eFP proqramından əvvəl JAVA köməkçi proqramı yüklənməlidir.
3.eFP-nin windows 7 Əməliyyat Sistemində işləməsi üçün "java"nın versiyasi 1.6.0 və ya yuxarı olmalıdır.
Bunu yoxlamaq üçün "C:\Program Files (x86)\E-Faktura" qovluğundan "ehesabat.bat" faylını açıb "java" sözünün qarşısındakı mətnə baxmaq lazımdır. "Java"nın versiyasi orada göstərilir. Əgər versiya uyğun gəlmirsə, "http://www.oracle.com"
saytından "java"nın 1.6.0-dan yuxarı versiyasını köçürüb kompüterə qurmaq lazımdır.
Onlayn kargüzarlıq
Ümumi məlumat
Azərbaycan Respublikasının Vergilər Nazirliyinin
“İnternet Vergi İdarəsi”ndə 01.03. 2010-cu il tarixdən vətəndaşların və vergi ödəyicilərinin
vergi orqanlarına
onlayn rejimdə müraciət etmələri üçün
Onlayn kargüzarlıq altsistemi yaradılmışdır.
Bu sistem vətəndaşlar və vergi ödəyiciləri ilə vergi
orqanları arasında elektron sənəd mübadiləsinin aparılmasını təmin edir.
Onlayn kargüzarlıq altsistemi Vergilər
Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) daxili
kargüzarlıq sisteminə inteqrasiya olunmuşdur. Ona görə də istifadəçilər
göndərdikləri sənədlərin
vergi orqanı daxilində hərəkətini onlayn rejimində
izləyə
bilirlər
və icraçının telefonunu
sistemdən
öyrənərək onunla birbaşa telefon əlaqəsi
yaratmaq imkanına malik olurlar.
Sistem üzərindən göndərilən ixtiyari sənəd rəsmi statusa
malikdir. Burada hər bir istifadəçi üçün “fərdi elektron qutu”
(e-Qutu)
ayrılmışdır. Vergi orqanlarından və digər ödəyicilərdən göndərilən və
qəbul edilən sənədlər həmin e-Qutuda toplanılır.
Vergi ödəyiciləri ilə vergi orqanları arasında
e-Qutunun tətbiqi,
ənənəvi üsul olan kağız daşiyıcılarında sənədlərin göndərilməsilə müqayisədə vaxt və resurs itkilərinin
azalmasına səbəb olur.
05.04.2010-cu il tarixdən
etibarən
vergi ödəyicilərinə göndərilən
sənədlər (uyğunsuzluq məktubları, bildirişlər, xəbərdarlıqlar, məlumatlar və s.) imzalanan kimi
sistem tərəfindən onların e-Qutusuna
göndərilir.
Vergi orqanları ilə
e-Qutuya
malik şəxslər arasında yazışmalar elektron formada aparılır (kağız daşıyıcısında göndərilməsi tələb olunan hallar istisna olunmaqla). Buna görə də mütəmadi olaraq “Onlayn kargüzarlıq” sistemi vasitəsilə
e-Qutunun
yoxlanılmasi vergi ödəyicilərinə tövsiyyə olunur.
Təlimatda sənəd dedikdə ərizə,
şikayət,
sorgu,
təklif,
təşəkkür,
məktub və s.
başa düşülür.
Proqramın istifadəçi interfeysi
Sistemə daxil olduqda aşağıdakı pəncərə açılır:
Şəkil 1. “Onlayn kargüzarlıq” altsiteminin əsaspəncərəsi
Onlayn kargüzarlıq sistemi idarəedici paneldən, sənəd qovluqlarından
və digər məlumat pəncərələrindən ibarətdir. Qovluğun növündən asılı olaraq
paneldəki düymələr dinamik olaraq dəyişir.
Proqramın əsas panelində aşağıdakı əmr düymələri yerləşir:
-
Yenilə
- ekranda məlumatların
yenilənməsi
- Yeni mürciət – yeni sənədin
hazırlanması və göndərilməsi
- Sənədlər
– “Sənədlər” rejiminə keçid
- Axtarış
– Gələnlər və Göndərdiklərim
qovluqları üzrə axtarış
Proqramın iş qovluqları aşağıdakılardır:
Gələnlər qovluğunda olan sənədi 2 dəfə tıkladıqda aşağıdakı
komanda düymələri yaranır:
“Gələnlər” qovluğu üzrə:
-
Sənəd məlumatları
– sənədin kimdən daxil olduğu, onun adı və qeydiyyat nömrəsi barədə
məlumatları göstərir.
-
Əlavə məlumatlar
–sənədlə bağlı
əlaqəli məlumatları göstərir.
-
Cavabla
– ekranda göstərilən cari
sənədə yeni cavab sənədinin hazırlanması üçündür.
“Göndərdiklərim”
qovluğu üzrə:
-
Sənəd məlumatları
– sənədin kimə ünvanlandığı, onun adı və qeydiyyat nömrəsi barədə məlumatları göstərir.
-
Əməliyyat tarixcəsi
– göndərilmiş sənədin vergi orqanında vəzifəli şəxslər arasında hərəkətini göstərir.
-
Əlavə məlumatlar
– sənədlə
bağlı əlaqəli məlumatları göstərir.
-
Bildiriş
– sənədin göndərilməsini təsdiqləyən məlumatı (bildirişi) ekrana çıxardır.
Yeni sənədin hazırlanması
Vergilər Nazirliyinə və ya digər vergi ödəyicilərinə
sənəd göndərmək üçün
Yeni müraciət
düyməsindən istifadə olunur. Bu
zaman açılan ekranda Müraciətin növü
siyahısından sənəd növü seçilir və
Qəbul
düyməsi basılır.
Şəkil 2.
Əgər “Müraciətin növü” siyahısından Ərizə seçilərsə, onda aşağıdaki ərizə növlərindən biri seçilir
və
Qəbul
düyməsi basılır:
Şəkil 3.
Fiziki şəxsin onlayn qeydiyyat ərizəsi (NRYTN kartı)
Vətəndaşın vergi uçotuna alınması üçün ilk öncə onun NRYTN e-İmza "Vətəndaş" tipli sertifikatı olmalıdır.
Bundan sonra o, İnternet Vergi İdrarəsinin "e-İMZA" bölməsindən "Onlayn Kargüzarlıq və e-VHF" bəndini və "NRYTN e-İmza" kartı radio düyməsini seçərək sistemə daxil olur. Bu barədə məlumat əldə etmək üçün bu link üzərinə klik edə bilərsiniz..
Sistemə autentifikasiya olunduqdan sonra Onlayn Kargüzarlıq bölməsinə daxil olunur.
Burada vətəndaşın VÖEN alması üçün 2
üsul mövcuddur:
Yeni
müraciət
düyməsi vasitəsilə:
Aşağıdakı əməliyyatlar yerinə yetirilir:
Ekrana aşağıdakı elektron ərizə forması çıxır:
Şəkil 4. F/ş qeydiyyat ərizəsinin məlumatlarının daxil edilməsi
İstifadəçi həmin ekranda aşağıdakı məlumatları daxil edir və sonda İrəli
düyməsini basır:
a) Poçt əlaqəsinin aparılacağı hüquqi və ya faktiki ünvanlardan birini seçir.
b) Fəaliyyət sahəsinin kodunu daxil edir və
Əlavə et düyməsini basır.
Bu zaman fəaliyyət sahəsinin məlumatları alt cədvələ düşür.
c) Əvvəlki 9 rəqəmli VÖEN-i varsa onu daxil edir və yoxlamaq üçün
Yoxla
düyməsini basır.
d) Mükəlləfiyyəti seçir: Əlavə dəyər vergisi (ƏDV), Fiziki şəxslərin gəlir vergisi, Sadələşdirilmiş vergi.
Növbəti pəncərədə əgər daxil edilmiş məlumatlar doğrudursa,
“Tanış oldum, məlumatların
doğruluğunu təsdiqləyirəm”
ifadəsinin qarşısındakı boş xana işarələnir və
İcra et
düyməsi basılır.
Şəkil 5. F/ş qeydiyyat ərizəsinin məlumatlarının yoxlanılması
Sistem tərəfindən aşağıdakı Bildiriş məlumatı ekranda əks olunur:
Şəkil 6. F/ş qeydiyyat ərizəsinin təsdiqlənməsi barədə bildiriş
Bildirişi cap etmək
Çap,
bağlamaq üçün isə
Bağla
düymələrdən biri basılır.
Bu əməliyyatlardan sonra, fiziki şəxsin onlayn qeydiyyat ərizəsi imzalanmaq üçün istifadəçinin Gələnlər qovluğuna düşür:
Şəkil 8.
İstifadəçi
Gələnlər
qovluğundan həmin sənədi tapır və kompüterinə endirir və NRYTN "e-İmzalayıcı" proqramı vasitəsilə sənədi imzalayır.
NRYTN "e-İmza" kartı vasitəsilə imzalama əməliyyatına bu link üzərinə klik etməklə tanış olmaq olar. İmzalanmış sənəd faylının tipi "edoc" olur.
İstifadəçi təkrar NRYTN "e-İmza" (vətəndaş) kartı ilə sistemə daxil olur və "F/Ş qeydiyyatı ərizəsi" düyməsini sıxır.
Sonra "Ərizənin göndərilməsi" bölməsi vasitəsilə imzalanmış "edoc" faylını sistemə yükləyir.
Şəkil 9.
Sonra Qəbul düyməsi basılır. Ekrana sənədin göndərilməsini göstərən Bildiriş məlumatı çıxır:
Şəkil 10.
İstifadəçi bu Şəhadətnaməni Adobe Reader proqramının imkanlarından
istifadə edərək çap edə bilər.
Sonda sənədin bir nüsxəsi
Göndərdiklərim
qovluğuna, digər nüsxəsi isə
Vergilər Nazirliyinə göndərilir. Fiziki şəxsin onlayn qeydiyyat
Şəhadətnaməsi isə istifadəçinin Gələnlər qovluğuna düşür:
Fiziki şəxsin fəaliyyətinin dayandırılması ərizəsi
Fiziki şəxsin
fəaliyyətinin onlayn rejimdə dayandırılması üçün
Yeni müraciət
düyməsi basılır və açılan pəncərədə
-
"Kimə"
siyahısından -
Vergilər Nazirliyi
-
"Müraciətin
növü" siyahısından -
Ərizə
-
“Sənədin növü”
siyahısından -
Fiziki şəxsin fəaliyyətinin dayandırılması ərizəsi
seçilir və
Qəbul
düyməsi basılır.
Açılan aşağıdakı
ekranda əməliyyatlar ardıcıllıqla yerinə yetirilir:
-
Fəaliyyətin və
əməliyyatın dayandırıldığı tarix daxil edilir.
-
Fəaliyyətin və
əməliyyatın bərpa ediləcəyi tarix daxil edilir.
-
Fəaliyyətin
dayandırıldığı dövrdə muzdlu işçilərə əmək haqqı ödənilib-ödənilməməsi
(variant seçilir).
-
İrəli
düyməsi basılır.
Monitora
daxil edilmiş məlumatların yoxlanılması üçün növbəti
təsdiqləmə ekranı çıxır.
Bu zaman məlumatların doğruluğuna əmin olduqda
onu təsdiqləmək üçün Qəbul
düyməsi, əks halda
İmtina
düyməsi basılır.
Təsdiqdən sonra
ekrana Fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə Bildiriş
məlumatı çıxır.
Çap
düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq
üçün nəzərdə tutulur.
Ödəyici tərəfindən göndərilən bu elektron
ərizə onun Göndərdiklərim qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi
vasitəsilə ərizəsinin Vergilər Nazirliyində
gedişatını izləyə bilər.
Qeyd: Onlayn rejimdə Fiziki şəxsin
fəaliyyətinin dayandırılması barədə təqdim edilmiş ərizə üzrə
məlumatlar AVİS-ə daxil edilmədiyi halda, vergi ödəyicisi tərəfindən
növbəti fəaliyyətin dayandırılması ərizəsinin qeydiyyta almasına
məhdudiyyət qoyulmuşdur. Bundan əlavə vergi ödəyicisi tərəfindən kəsişən
dövrlər üzrə fəaliyyətin dayandırılması ərizələri təqdim edilə bilməz.
Bu məsələlərə proqram tərəfindən avtomatik nəzarət olunur və ekrana
müvafiq mesajlar çıxarılır.
Hüquqi şəxsin fəaliyyətinin dayandırılması ərizəsi
Hüquqi şəxsin
fəaliyyətinin onlayn rejimdə dayandırılması üçün
Yeni müraciət
düyməsi basılır və açılan pəncərədə
-
“Kimə”
siyahısından -
Vergilər Nazirliyi
-
“Müraciətin
növü” siyahısından -
Ərizə
-
“Sənədin növü”
siyahısından -
Hüquqi şəxsin fəaliyyətinin dayandırılması ərizəsi
seçilir və
Qəbul
düyməsi basılır.
Açılan aşağıdakı
ekranda əməliyyatlar ardıcıllıqla yerinə yetirilir:
-
Fəaliyyətin və
əməliyyatın dayandırıldığı tarix daxil edilir.
-
Fəaliyyətin və
əməliyyatın bərpa ediləcəyi tarix daxil edilir.
-
Fəaliyyətin
dayandırıldığı dövrdə muzdlu işçilərə əmək haqqı ödənilib-ödənilməməsi
(variant seçilir).
-
İrəli
düyməsi basılır.
Monitora
daxil edilmiş məlumatların yoxlanılması üçün növbəti
təsdiqləmə ekranı çıxır.
Bu zaman məlumatların doğruluğuna əmin olduqda
onu təsdiqləmək üçün Qəbul
düyməsi, əks halda
İmtina
düyməsi basılır.
Təsdiqdən sonra
ekrana Hüquqi şəxsin fəaliyyətinin dayandırılması barədə Bildiriş
məlumatı çıxır.
Çap
düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq
üçün nəzərdə tutulur.
Ödəyici tərəfindən göndərilən bu elektron
ərizə onun Göndərdiklərim qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizəsinin Vergilər Nazirliyində
gedişatını izləyə bilər.
Qeyd: Onlayn rejimdə
Hüquqi şəxsin əaliyyətinin dayandırılması
barədə təqdim edilmiş ərizə üzrə
məlumatlar AVİS-ə daxil edilmədiyi halda, vergi ödəyicisi tərəfindən
növbəti fəaliyyətin dayandırılması ərizəsinin qeydiyyta almasına
məhdudiyyət qoyulmuşdur. Bundan əlavə vergi ödəyicisi tərəfindən kəsişən
dövrlər üzrə fəaliyyətin dayandırılması ərizələri təqdim edilə bilməz.
Bu məsələlərə proqram tərəfindən avtomatik nəzarət olunur və ekrana
müvafiq mesajlar çıxarılır.
Filialın fəaliyyətinin dayandırılması ərizəsi
Filialın
fəaliyyətinin onlayn rejimdə dayandırılması ərizəsinin işlənməsi
üçün
Yeni müraciət
düyməsi basılır və açılan pəncərədə
-
“Kimə”
siyahısından -
Vergilər Nazirliyi
-
“Müraciətin
növü” siyahısından -
Ərizə
-
“Sənədin növü” siyahısından -
Filialın fəaliyyətinin dayandırılması
ərizəsi
seçilir və
Qəbul
düyməsi basılır.
Açılan aşağıdakı
ekranda əməliyyatlar ardıcıllıqla yerinə yetirilir:
-
Fəaliyyətinin
dayandırıldığı filialın adı siyahıdan seçilir.
-
Fəaliyyətin və
əməliyyatın dayandırılma tarixi daxil edilir.
-
Fəaliyyətin
və əməliyyatın bərpa edildiyi tarix daxil edilir.
-
İrəli
düyməsi basılır.
Monitora
daxil edilmiş məlumatların yoxlanılması üçün növbəti
təsdiqləmə ekranı çıxır.
Bu zaman məlumatların doğruluğuna əmin olduqda
onu təsdiqləmək üçün Qəbul
düyməsi, əks halda
İmtina
düyməsi basılır.
Təsdiqdən sonra
ekrana Filialın fəaliyyətinin dayandırılması barədə Bildiriş
məlumatı çıxır.
Çap
düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq
üçün nəzərdə tutulur.
Ödəyici tərəfindən göndərilən bu elektron
ərizə onun Göndərdiklərim qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizəsinin Vergilər Nazirliyində
gedişatını izləyə bilər.
Qeyd:
Onlayn rejimdə Filialın
fəaliyyətinin fəaliyyətinin dayandırılması
barədə təqdim edilmiş ərizə üzrə
məlumatlar AVİS-ə daxil edilmədiyi halda, vergi ödəyicisi tərəfindən
növbəti fəaliyyətin dayandırılması ərizəsinin qeydiyyta almasına
məhdudiyyət qoyulmuşdur. Bundan əlavə vergi ödəyicisi tərəfindən kəsişən
dövrlər üzrə fəaliyyətin dayandırılması ərizələri təqdim edilə bilməz.
Bu məsələlərə proqram tərəfindən avtomatik nəzarət olunur və ekrana
müvafiq mesajlar çıxarılır.
Obyektin fəaliyyətinin dayandırılması ərizəsi
Obyektin
fəaliyyətinin onlayn rejimdə dayandırılması ərizəsinin işlənməsi
üçün
Yeni müraciət
düyməsi basılır və açılan pəncərədə
-
“Kimə”
siyahısından -
Vergilər Nazirliyi
-
“Müraciətin
növü” siyahısından -
Ərizə
-
“Sənədin növü”
siyahısından -
Obyektin fəaliyyətinin dayandırılması ərizəsi
seçilir və
Qəbul
düyməsi basılır.
Açılan aşağıdakı
ekranda əməliyyatlar ardıcıllıqla yerinə yetirilir:
-
Fəaliyyətinin
dayandırıldığı obyektin adı siyahıdan seçilir.
-
Fəaliyyətin və
əməliyyatın dayandırılma tarixi daxil edilir.
-
Fəaliyyətin
və əməliyyatın bərpa edildiyi tarix daxil edilir.
-
İrəli
düyməsi basılır.
Monitora
daxil edilmiş məlumatların yoxlanılması üçün növbəti
təsdiqləmə ekranı çıxır.
Bu zaman məlumatların doğruluğuna əmin olduqda
onu təsdiqləmək üçün Qəbul
düyməsi, əks halda
İmtina
düyməsi basılır.
Təsdiqdən sonra
ekrana Obyektin fəaliyyətinin dayandırılması barədə Bildiriş
məlumatı çıxır.
Çap
düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq
üçün nəzərdə tutulur.
Ödəyici tərəfindən göndərilən bu elektron
ərizə onun Göndərdiklərim qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizəsinin Vergilər Nazirliyində
gedişatını izləyə bilər.
Qeyd: Onlayn rejimdə
Obyektin
fəaliyyətinin fəaliyyətinin dayandırılması barədə təqdim edilmiş ərizə üzrə
məlumatlar AVİS-ə daxil edilmədiyi halda, vergi ödəyicisi tərəfindən
növbəti fəaliyyətin dayandırılması ərizəsinin qeydiyyta almasına
məhdudiyyət qoyulmuşdur. Bundan əlavə vergi ödəyicisi tərəfindən kəsişən
dövrlər üzrə fəaliyyətin dayandırılması ərizələri təqdim edilə bilməz.
Bu məsələlərə proqram tərəfindən avtomatik nəzarət olunur və ekrana
müvafiq mesajlar çıxarılır.
Şəhadətnamə-dublikatın alınması üçün ərizə
Bankda hesab
açılması ilə bağlı şəhadətnamə-dublikatın alınması ərizəsinin
işlənilməsi üçün
Yeni müraciət
düyməsi basılır və açılan
pəncərədə
-
“Kimə”
siyahısından -
Vergilər Nazirliyi
-
“Müraciətin
növü” siyahısından - Ərizə
-
“Sənədin növü”
siyahısından -
Şəhadətnamə-dublikatın alınması üçün ərizə
seçilir və
Qəbul
düyməsi basılır.
Açılan aşağıdakı
ekranda əməliyyatlar ardıcıllıqla yerinə yetirilir:
-
Bankın adı siyahıdan seçilir.
-
Filialın adı seçilir (hesab bankın filialında açılacağı halda).
-
Hesabın növü seçilir.
-
Valyuta növü seçilir.
-
İrəli
düyməsi basılır.
Monitora
daxil edilmiş məlumatların yoxlanılması üçün növbəti
təsdiqləmə ekranı çıxır.
Bu zaman məlumatların doğruluğuna əmin olduqda
onu təsdiqləmək üçün Qəbul
düyməsi, əks halda
İmtina
düyməsi basılır.
Təsdiqdən sonra
ekrana bankda hesabın açılması barədə Bildiriş
məlumatı çıxır.
Çap
düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq
üçün nəzərdə tutulur.
Ödəyici tərəfindən göndərilən bu elektron
ərizə onun Göndərdiklərim qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizəsinin Vergilər Nazirliyində
gedişatını izləyə bilər.
Fiziki şəxsin fəaliyyətinin bərpası ərizəsi
Fiziki şəxsin fəaliyyətinin bərpası ərizəsinin işlənilməsi üçün
Yeni müraciət düyməsi basılır və açılan
pəncərədə
-
“Kimə”
siyahısından -
Vergilər Nazirliyi
-
“Müraciətin
növü” siyahısından - Ərizə
-
“Sənədin növü”
siyahısından -
Fiziki şəxsin fəaliyyətinin bərpası ərizəsi
seçilir və
Qəbul
düyməsi basılır.
İstifadəçi tərəfindən açılan pəncərədə Fəaliyyətin bərpa tarixi daxil edilir və İrəli düyməsi basılır.
Monitora
daxil edilmiş məlumatların yoxlanılması üçün növbəti
təsdiqləmə ekranı çıxır.
Bu zaman məlumatların doğruluğuna əmin olduqda
onu təsdiqləmək üçün Qəbul
düyməsi, əks halda
İmtina
düyməsi basılır.
Təsdiqdən sonra
ekrana Fiziki şəxsin fəaliyyətinin bərpası barədə Bildiriş
məlumatı çıxır.
Çap
düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq
üçün nəzərdə tutulur.
Ödəyici tərəfindən göndərilən bu elektron
ərizə onun Göndərdiklərim qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizəsinin Vergilər Nazirliyində
gedişatını izləyə bilər.
Fiziki şəxsin vergi uçotdan çıxarılması ərizəsi
Fiziki şəxsin vergi uçotundan çıxarılması ərizəsinin işlənilməsi üçün Yeni müraciət düyməsi basılır və açılan
pəncərədə
-
“Kimə”
siyahısından -
Vergilər Nazirliyi
-
“Müraciətin
növü” siyahısından - Ərizə
-
“Sənədin növü”
siyahısından -
Fiziki şəxsin vergi uçotundan çıxarılması ərizəsi
seçilir və
Qəbul düyməsi sıxılır.
İstifadəçi tərəfindən açılan pəncərədə aşağıdakı əməliyyatlar ardıcıllıqla yerinə yetirilir:
- Vergi ödəyicisinin ləğv olunma tarixi daxil edilir
- Ləğv dövründə muzdlu işçilərin sayı daxil edilir
- Ləğv olunmanın əsas səbəbi xanadan seçilir
- İrəli düyməsi basılır
Monitora daxil edilmiş məlumatların yoxlanılması üçün növbəti təsdiqləmə pəncərəsi gəlir.
Məlumatların doğruluğunu təsdiqləmək üçün "Tanış oldum,məlumatların doğruluğunu təsdiqləyirəm" ifadəsi işarələnir və aktivləşən İmzala və
göndər düyməsi basılır, əks halda İmtina düyməsi sixilir:
Sənəd imzalanaraq göndərildikdən sonra Fiziki şəxsin vergi uçotunda çıxarılması barədə Bildiriş məlumatı ekrana çıxır.
Həmin pəncərədə Çap düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq
üçün nəzərdə tutulur.
Ödəyici tərəfindən göndərilən bu elektron
ərizə onun Göndərdiklərim qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizəsinin Vergilər Nazirliyində
gedişatını izləyə bilər.
Hüquqi şəxsin fəaliyyətinin bərpası ərizəsi
Hüquqi şəxsin fəaliyyətinin bərpası ərizəsinin işlənilməsi üçün Yeni müraciət düyməsi basılır və açılan
pəncərədə
-
“Kimə”
siyahısından -
Vergilər Nazirliyi
-
“Müraciətin
növü” siyahısından - Ərizə
-
“Sənədin növü”
siyahısından -
Hüquqi şəxsin fəaliyyətinin bərpası ərizəsi
seçilir və
Qəbul düyməsi basılır.
İstifadəçi tərəfindən açılan pəncərədə Fəaliyyətin bərpa tarixi daxil edilir və İrəli düyməsi basılır.
Monitora
daxil edilmiş məlumatların yoxlanılması üçün növbəti
təsdiqləmə ekranı çıxır.
Bu zaman məlumatların doğruluğuna əmin olduqda
onu təsdiqləmək üçün Qəbul düyməsi, əks halda
İmtina düyməsi basılır.
Təsdiqdən sonra
ekrana Hüquqi şəxsin fəaliyyətinin bərpası barədə Bildiriş məlumatı çıxır.
Çap düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq
üçün nəzərdə tutulur.
Ödəyici tərəfindən göndərilən bu elektron
ərizə onun Göndərdiklərim qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizəsinin Vergilər Nazirliyində
gedişatını izləyə bilər.
Kassa aparatının (NKA) qeydiyyatı ərizəsi
“Kassa aparatının (NKA) qeydiyyatı ərizəsi”ni işləmək üçün
Yeni müraciət
düyməsi basılır və açılan
pəncərədə
-
“Kimə”
siyahısından -
Vergilər Nazirliyi
-
“Müraciətin
növü” siyahısından - Ərizə
-
“Sənədin növü”
siyahısından -
Kassa aparatının (NKA) qeydiyyatı
ərizəsi
seçilir və Qəbul düyməsi basılır.
İstifadəçi tərəfindən aşağıdakı məlumatlar daxil edilir:
Rekvizitin adı |
İzahı |
Vergi ödəyicisinin VÖEN-i |
Əgər NKA STXM tərəfindən qeydiyyata alınarsa, bu rekvizit boş olur, istifadəçi tərəfindən daxil edilir və Axtar düyməsi basılır. Nəticədə ödəyicinin adı ekrana çıxır.
Əgər NKA vergi ödəyicisi tərəfindən qeydiyyata alınarsa, o zaman VÖEN və ödəyicinin adı sistem tərəfindən avtomatik ekrana çıxarılır. |
Obyekt |
VÖEN daxil edilərək Axtar düyməsi basıldıqdan sonra yaranan siyahıdan obyekt adı seçilir. |
Kassanın markası |
Siyahıdan seçilir. |
Zavod nömrəsi |
NKA-nın zavod nömrəsi daxil edilir. |
Sayğacın ilk göstəricisi |
NKA-nın ilkin göstəricisi daxil edilir. |
Qeydiyyat tarixi |
Qeydiyyat tarixi cari və ya əvvəlki tarix ola bilər. |
STXM aktının tarixi |
STXM aktının tarixi cari və ya əvvəlki tarix ola bilər. |
Elektron qurğunun tipi |
Radio düymələrdən qurğunun tipi seçilir (“ENL”, “EMQ” və ya “ENL və EMQ yoxdur”) |
Nömrəsi |
Seçilmiş radio düymədən asılı olaraq ENL və ya EMQ-nin Nömrəsi daxil edilir. |
Fiskal yaddaşın göstəricisi |
Seçilmiş radio düymədən asılı olaraq ENL və ya EMQ-nin Fiskal yaddaşının göstəricisi daxil edilir. |
Quraşdırılma aktının tarixi |
Seçilmiş radio düymədən asılı olaraq ENL və ya EMQ-nin Quraşdırılma aktının tarixi daxil edilir. |
STXM-in NKA quraşdırma aktı |
Həmin akt skanerdən keçilrilir və yaradılan PDF faylı Axtar düyməsi vasitəsilə xanaya daxil edilir. |
NKA-nın Fiskal yaddaş çeki |
Çek skanerdən keçilrilir və yaradılan PDF faylı Axtar düyməsi vasitəsilə xanaya daxil edilir. |
STXM-in EMQ quraşdırma aktı |
Quraşdırılma aktı skanerdən keçilrilir və yaradılan PDF faylı Axtar düyməsi vasitəsilə xanaya daxil edilir. |
STXM ilə müqavilə |
Müqavilə sənədi skanerdən keçilrilir və yaradılan PDF faylı Axtar düyməsi vasitəsilə xanaya daxil edilir. |
Hər bir rekvizitin qarşısındakı Təmizlə düyməsi həmin rekvizitin xanasını təmizləmək üçün nəzərdə tutulur.
Qeyd: Əgər “Elektron qurğunun tipi” “ENL və EMQ yoxdur” seçilərsə, o zaman NKA-nın nömrəsi, Fiskal yaddaşın göstəricisi və Quraşdırılma aktının tarixinin xanaları boş olacaq.
Sondaİrəli düyməsi basılır.
Monitora daxil edilmiş məlumatların yoxlanılması üçün növbəti təsdiqləmə pəncərəsi çıxır. Bu zaman məlumatların doğruluğuna əmin olduqda onu təsdiqləmək üçün Qəbul düyməsi, əks halda İmtina düyməsi basılır.
Təsdiqdən sonra “Kassa aparatının (NKA) qeydiyyatı ərizəsi” barədə Bildiriş ekrana çıxır.
Çap
düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq
üçündür.
Ödəyici tərəfindən göndərilən bu elektron
ərizə onun Göndərdiklərim qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizəsinin Vergilər Nazirliyində
gedişatını izləyə bilər.
Kassa aparatının (NKA) qeydiyyatdan çıxarılması ərizəsi
Kassa aparatının (NKA) qeydiyyatdan çıxarılması ərizəsinin
işlənilməsi üçün
Yeni müraciət
düyməsi basılır və açılan
pəncərədə
“Kimə”
siyahısından -
Vergilər Nazirliyi
-
“Müraciətin
növü” siyahısından - Ərizə
-
“Sənədin növü”
siyahısından -
Kassa aparatının (NKA) qeydiyyatdan
çıxarılması ərizəsi
seçilir və
Qəbul
düyməsi basılır.
İstifadəçi tərəfindən aşağıdakı məlumatlar daxil edilir:
Rekvizitin adı |
İzahı |
Vergi ödəyicisinin VÖEN-i |
Əgər NKA STXM tərəfindən qeydiyyata alınarsa, bu rekvizit boş olur, istifadəçi tərəfindən daxil edilir və Axtar düyməsi basılır.
Əgər NKA vergi ödəyicisi tərəfindən qeydiyyata alınarsa, o zaman VÖEN sistem tərəfindən avtomatik ekrana çıxarılır. Ödəyici Axtar düyməsini basır.
Hər iki halda Axtar düyməsindən sonra ödəyicinin adı ekrana çıxırılır. |
Obyekt |
VÖEN daxil edilərək Axtar düyməsi basıldıqdan sonra yaranan siyahıdan obyekt adı seçilir. |
Kassanın markası |
Obyektdə quraşdırılmış aktiv kassaların markaları siyahıdan seçilir. |
Zavod nömrəsi |
Qeydiyyatdan çıxarılan NKA-nın zavod nömrəsi daxil edilir. |
Qediyyatdan çıxma tarixi |
NKA-nın qeydiyyatdan çıxarılmaı tarixi cari və ya əvvəlki tarix ola bilər. |
STXM-in plombun zədələnməməsi barədə aktı |
Həmin akt skanerdən keçilrilir və yaradılan PDF faylı Axtar düyməsi vasitəsilə xanaya daxil edilir. |
Fiskal yaddaş çeki |
Fiskal yaddaş çek skanerdən keçilrilir və yaradılan PDF faylı Axtar düyməsi vasitəsilə xanaya daxil edilir. |
EMQ STXM aktı |
Əgər qeydiyyatdan çıxarılan NKA-nın ENL və ya EMQ qurğusu mövcuddursa, o zaman “EMQ STXM aktı”-nın PDF faylı daxil edilir. Əks halda, bu xana boş saxlanılır. |
Hər bir rekvizitin qarşısındakı Təmizlə düyməsi həmin rekvizitin xanasını təmizləmək üçün nəzərdə tutulur.
Sonda İrəli düyməsi basılır.
Monitora daxil edilmiş məlumatların yoxlanılması üçün növbəti təsdiqləmə pəncərəsi çıxır. Bu zaman məlumatların doğruluğuna əmin olduqda onu təsdiqləmək üçün Qəbul düyməsi, əks halda İmtina düyməsi basılır.
Təsdiqdən sonra “Kassa aparatının (NKA) qeydiyyatdan çıxarılması ərizəsi” barədə Bildiriş ekrana çıxır.
Çap
düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq
üçündür.
Ödəyici tərəfindən göndərilən bu elektron
ərizə onun Göndərdiklərim qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizəsinin Vergilər Nazirliyində
gedişatını izləyə bilər.
Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat ərizəsi (sürətli qeydiyyat) - NRYTN kartı vasitəsilə
Yerli investisiyalı hüquqi şəxsin sürətli qeydiyyatı üçün “H/Ş elektron qeydiyyatı” -> “Sürətli qeydiyyat ərizəsi” düymələri ardıcıl basılır:
Hüquqi şəxsin sürətli qeydiyyatı
Bu pəncərəyə “Yeni müraciət” düyməsini basmaqla və Ərizə növü olaraq “Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı ərizəsi”ni seçməklə də keçmək olar.
“Ərizənin hazırlanması” bölməsi seçilir:
Hüquqi şəxsin sürətli qeydiyyatı pəncərəsi
Dəyiş düyməsi vasitəsilə hüquqi şəxsin şəxsi məlumatlarında dəyişiklik etmək olar. Bu məlumatlar sistem tərəfindən hüquqi şəxsin elektron Ərizəsinin, Nizamnaməsinin və Qərarının avtomatik generasiya olunması zamanı istifadə olunur.
Əgər hüquqi şəxsin təmsilçisi rəbərin özü deyilsə, o zaman “Rəhbər özüməm” adlı ifadənin işarələnməsi ləğv edilir.
Nəticədə “Rəhbər məlumatları” adlı bölmə ekrana çıxır.
“Rəhbər məlumatları” pəncərəsi
İstifadəçi (təsisçi) öz FİN kodunu daxil edir və "..." düyməsini basır. Sistem tərəfindən məlumatlar müvafiq xanalara avtomatik doldurulur.
Sonra Fəaliyyət kodu daxil edilir və yanındakı "..." düyməsi basılır.
Fəaliyyət kodunun daxil edilməsi
Sistem tərəfindən Fəaliyyət sahəsinin adı sağda yerləşən xanaya çıxarılır.
Sonda İrəli düyməsi basılır.
Sistem tərəfindən istifadəçinin elektron Ərizəsi, Nizamnaməsi və Qərarı avtomatik hazırlanır. Həmin sənədlərə baxmaq üçün aşağıdakı şəkildə göstərilən Ərizə, Nizamnamə və Qərar adlı düymələrdən istifadə olunur.
H/ş məlumatlarının təsdiqlənməsi
Əgər məlumatlar doğrudursa, onu təsdiqləmək üçün Qəbul düyməsi, əks halda isə İmtina düyməsi basılır.
Təsdiqdən sonra Bildiriş ekrana çıxır.
H/ş sənədlərinin generasiya olunması barədə Bildiriş.
Çap düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq üçün nəzərdə tutulur.
Hazırlanan sənəd istifadəçinin Gələnlər qovluğuna düşür.
Hüquqi şəxsin generasiya olunmuş sənədləri
Sonra istifadəçi Əsas (Ərizə) və Qoşma sənədlərin (Nizamnamə, Qərar) üzərinə vurmaqla onları öz kompüterinə köçürür.
O, “e-İmzalayıcı” proqramı vasitəsilə həmin sənədləri imzalamalıdır.
Bunun üçün əvvəlcə "e-İmza" kartı oxuyucu qurğuya daxil edilir.
"e-İmza" kartının oxuyucuya daxil edilməsi
Sonra istifadəçinin kompüterinə qurulmuş “e-İmzalayıcı” proqram yerinə yetirilir.
Açılan pəncərədə Yeni düyməsi basılır.
“e-İmzalayıcı” proqram
Bu zaman "Faylları əlavə etmək" düyməsi aktivləşir.
İstifadəçi həmin düymə vasitəsilə yuxarıda göstərilən faylların (Ərizə, Nizamnamə, Qərar) birini seçir və alt bölməyə əlavə edir.
. “e-İmzalayıcı” proqram (Faylın əlavə edilməsi)
Sonra İmzalamaq düyməsi basılır.
“e-İmzalayıcı” proqram (Faylın imzalanmağa verilməsi)
İmzanın formatı seçilir və İrəli düyməsi basılır.
“e-İmzalayıcı” proqram (İmzanın formatının təyin edilməsi)
Ekrana kompüterdə sertifikata malik istifadəçilərin siyahısı çıxır.
“e-İmzalayıcı” proqram (İmzalayan şəxsin seçilməsi)
İstifadəçi öz adını siyahıdan seçir və sonra İrəli düyməsini basır.
Açılan yeni ekranda İmzalamaq düyməsi basılır.
“e-İmzalayıcı” proqram (İmzalanmağın başlanılması)
Növbəti pəncərədə istifadəçinin "e-İmza" kartının PİN kodu daxil edilir (bu kod məxfi saxlanılmalıdır) və Login düyməsi basılır.
“e-İmzalayıcı” proqram (PİN kodun daxil edilməsi)
Nəticədə seçilmiş sənəd imzalanılır və onun adı “İmzalar” bölməsinə düşür.
“e-İmzalayıcı” proqram (İmzalanma əməliyyatının başa çatması)
Sonra Yadda saxla düyməsi ilə həmin fayl başqa adla diskə yazılır (səhv etmə ehtimalını aradan qaldırmaq üçün seçilmiş faylın adına “_imza” sözü əlavə etmək tösiyyə olunur).
Bu əməliyyatı Ərizə, Nizamnamə və Qərar faylları üçün ayrı-ayrılıqda etmək tələb olunur.
Sonra yenidən Onlayn Kargüzarlıq altsisteminə daxil olmaq lazımdır.
Yenidən aşağıdakı düymələr ardıcıl basılır:
“H/Ş elektron qeydiyyatı” -> “Sürətli qeydiyyat ərizəsi”.
Ərizənin göndərilməsi bölməsi seçilir.
E-İmzalayıcı proqramı vasitəsilə imzalanmış Ərizə, Nizamnamə və Qərar faylları Axtar düyməsilə sistemə yüklənilir və Qəbul düyməsi basılır.
Ərizənin göndərilməsi bölməsi
Nəticədə aşağıdakı Bildiriş ekrana çıxır:
Hüquqi şəxsin sürətli qeydiyyatı barədə Bildiriş
Bildirişi cap etmək və ya pəncərəni bağlamaq üçün müvafiq düymələrdən (Bağla, Çap) biri basılır.
Sonda sənədin bir nüsxəsi Göndərdiklərim qovluğuna, digər nüsxəsi isə Vergilər Nazirliyinə göndərilir.
Əvvələ qayıtmaq
Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat ərizəsi (adi qeydiyyat) - NRYTN kartı vasitəsilə
Yerli investisiyalı hüquqi şəxsin adi qeydiyyatı üçün "H/Ş elektron qeydiyyatı" -> "Adi qeydiyyat ərizəsi" düymələrini ardıcıl basmaq və ya "Yeni müraciət" düyməsini basmaqla Ərizə növü olaraq "Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat ərizəsi"ni seçmək lazımdır.
Ekrana aşağıdakı “Ərizənin hazırlanması” bölməsi açılır:
Şəkil 30. Hüquqi şəxsin onlayn qeydiyyatı pəncərəsi
İstifadəçi tərəfindən aşağıdakı məlumatlar daxil edilir:
Rekvizitin adı |
İzahı |
Cəmiyyətin adı |
Cəmiyyətin adı daxil edilir və "..." düyməsi basılır. Nəticədə həmin ad yoxlanılır. Əgər həmin ad sistemdə varsa, o zaman bu barədə məlumat ekrana çıxır. İstifadəçi başqa ad daxil etməlidir. |
Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı |
Ümumi məbləğ və Payların ümumi miqdarı daxil edilir. |
Təsisçilərin ümumi sayı |
Təsisçilərin ümumi sayı daxil edilir. Ən azı 1 nəfər təsisçi olmalıdır. |
Təsisçi hüquqi şəxslərin ümumi məlumatları |
Əgər təsisiçi hüquqi şəxsdirsə, yuxarıda sayı daxil edilmiş hər bir təsisçinin VÖEN-i, Adı, Nizamnamə kapitalı məbləği, Paylarının ümumi miqdarı Əlavə et düyməsilə daxil edilir. |
Təsisçi fiziki şəxslərin məlumatları |
Əgər təsisçi fiziki şəxsdirsə, onda onun PİN kodu, Adı, Soyadı, Atasının adı, Doğum tarixi, Rayonu Əlavə et düyməsi ilə daxil edilir. |
Məhdud məsuliyyətli cəmiyyətin hüquqi ünvanı |
Məhdud məsuliyyətli cəmiyyətin ekranda görünən hüquqi ünvan bölməsinin xanaları doldurulur. Bu xanaların hamısının daxil edilməsi vacibdir. |
Cəmiyyətin icra orqanının forması |
Cəmiyyətin icra orqanının forması Təkbaşına və Kollegial ola bilər.
Əgər Təkbaşına seçilmişdirsə, o zaman “Təkbaşına idarəetmə orqanının məlumatları” bölməsində həmin şəxsin PİN kodu daxil edilir və "..." düyməsi basılır. Sistem tərəfindən məlumatlar siyahılara və xanalara doldurulur. İstifadəçi siyahılardan lazım olanları seçir. O, xanalardakı məlumatlarda dəyişiklik edə bilər.
Əgər Kollegial seçilmişdirsə, onda onların sayı minimum 3(üç) və tək ədəd olmalıdır. Bundan başqa, onlardan biri kollegiya sədri seçilməlidir. |
Müşahidə şurasının üzvlərinin sayı |
Müşahidə şurasının üzvlərinin sayı varsa, daxil edilir. Daxil edilmişlərdən biri şuranın sədri olmalıdır. |
Müşahidə şurasının tərkibi |
Əgər müşahidə şurasının sayı yuxarıda daxil edilmişdirsə, o zaman, hər bir şura üzvünü məlumatları Əlavə et düyməsilə daxil edilir (PİN kodu, Adı, Soyadı, Atasının adı, Doğulma tarixi, Rayonu).
Əgər müşahidə şurası yoxdursa, onda bu bölmə boş saxlanılır. |
Cəmiyyətin fəaliyyət sahəsi |
Cəmiyyətin fəaliyyət sahəsi “F/S kodu” xanasına daxil edilir və Əlavə et düyməsi basılır. Bu zaman fəaliyyət sahəsinin məlumatları sistem tərəfindən alt cədvələ çıxarılır.
Əgər səhv daxil edilmişdirsə, onda Çıxart düyməsi basılır. |
Sonda İrəli düyməsi basılır.
Sistem tərəfindən istifadəçinin elektron Ərizəsi, Nizamnaməsi və Qərarı avtomatik hazırlanır.
Sonra ekrana məlumatların təsdiqlənməsi pəncərəsi çıxır. İstifadəçi həmin pəncərədə Ərizə, Nizamnamə və Qərar adlı düymələrdən istifadə etməklə məlumatlarla tanış olur.
Əgər məlumatlar doğrudursa, onu təsdiqləmək üçün Qəbul düyməsi, əks halda isə İmtina düyməsi basılır.
Təsdiqdən sonra ekrana Bildiriş pəncərəsi çıxır.
Həmin pəncərədə Çap düyməsi Bildirişi çap etmək, Bağla düyməsi isə pəncərəni bağlamaq üçün nəzərdə tutulur.
Hazırlanan sənəd istifadəçinin Gələnlər qovluğuna düşür.
İstifadəçi Gələnlər qovluğunda həmin sənədin Əsas (Ərizə) və Qoşma (Nizamnamə, Qərar) fayllarını yuxarıda şərh edilmiş “Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat ərizəsi (sürətli qeydiyyat)” bölməsində olduğu kimi öz kompüterinə endirir və "e-İmzalayıcı" proqramı vasitəsilə imzalayır.
Qeyd: Təsisçi olan fiziki şəxslərin hamısı həmin sənədləri “e-İmzalayıcı” proqramı vasitəsilə imzalamalıdırlar.
Sonra yenidən Onlayn Kargüzarlıq altsisteminə daxil olunur.
Sonra aşağıdakı düymələr ardıcıl basılır:
"H/Ş elektron qeydiyyatı" -> “Adi qeydiyyat ərizəsi”.
Ərizənin göndərilməsi bölməsi seçilir.
E-İmzalayıcı proqramı vasitəsilə imzalanmış Ərizə, Nizamnamə və Qərar faylları Axtar düyməsilə proqrama yüklənilir və İrəli düyməsi basılır.
Nəticədə Hüquqi şəxsin onlayn qeydiyyatı sistem tərəfindən həyata keçirilir və bu barədə aşağıdakı Bildiriş ekrana çıxır.
Hüquqi şəxsin onlayn qeydiyyatı barədə Bildiriş
Bildirişi cap etmək və ya pəncərəni bağlamaq üçün müvafiq düymələrdən (Bağla, Çap) biri basılır.
Sonda sənədin bir nüsxəsi Göndərdiklərim qovluğuna, digər nüsxəsi isə Vergilər Nazirliyinə göndərilir.
Əvvələ qayıtmaq
Obyektin qeydiyyat ərizəsi
"Obyektin qeydiyyatı ərizəsi"ni işləmək üçün Yeni müraciət düyməsi basılır və açılan pəncərədə
- “Kimə” siyahısından - Vergilər Nazirliyi
- “Müraciətin növü” siyahısından - Ərizə
- “Sənədin növü” siyahısından – Obyektin qeydiyyatı ərizəsi
seçilir və Qəbul düyməsi basılır.
Nəticədə aşağıdakı pəncərə ekrana çıxır:
Obyektin qeydiyyatı (“Mülkiyyətində olan” variantı seçildikdə)
Burada, “Vergi ödəyicisi haqqında məlumat” bölməsindəki rekvizitlər doldurulmuş şəkildə sistem tərəfindən ekrana çıxarılır.
İstifadəçi “İcarə vəziyyəti” bölməsində aşağıdakı variantlardan birini seçir.
- Mülkiyyətində olan;
- İcarəyə götürən;
- Ödəmə mənbəyində;
- Operativ aktı.
Əgər “Mülkiyyətində olan” variantı seçilərsə, yuxarıdakı şəkildə göstərilən
- Obyekt haqqında,
- Özəlləşdirmə sənədi,
- Obyektin ünvanı
bölmələrinin rekvizitləri istifadəçi tərəfindən daxil edilir və ya açılan düymələr vasitəsilə siyahılardan seçilir.
“İcarəyə götürən” variantı seçildikdə, aşağıdakı şəkildə göstərilən “Obyekt haqqında” bölməsi istifadəçi tərəfindən doldurulur:
Obyektin qeydiyyatı (“İcarəyə götürən” variantı seçildikdə)
İstifadəçi “İcarə verilən obyekt haqqında məlumat” bölməsində “İcarəyə alınan obyektin kodu” rekvizitini daxil edib Axtar düyməsini basdıqda “Obyektin ünvanı” bölməsinin bütün rekvizitləri sistem tərəfindən avtomatik doldurulur və istifadəçi tərəfindən həmin rekvizitlərdə düzəliş etmək mümkün olmur.
İstifadəçi tərəfindən “İcarə verilən obyekt haqqında məlumat” bölməsinin aşağıdakı digər rekvizitləri daxil edilməlidir:
- İcarə müqaviləsinin nömrəsi,
- İcarə müqaviləsinin tarixi;
- İcarə məbləği;
- Müqavilənin başlanma tarixi;
- Müqavilənin bitmə tarixi.
Bu bölmədə icarəyə verən şəxsin PİN kodunu daxil edib "..." düyməsini basdıqda sistem tərəfindən həmin şəxsin məlumatları (“ŞV seriya/ŞV nömrə”, “Soyadı”,”Adı”, “Atasının adı”) müvafiq xanalara avtomatik doldurulur.
“Ödəmə mənbəyində” variantı seçildikdə, aşağıdakı şəkildə göstərilən “Obyekt haqqında” bölməsi istifadəçi tərəfindən doldurulur:
Obyektin qeydiyyatı (“Ödəmə mənbəyində” variantı seçildikdə)
İstifadəçi tərəfindən “İcarə verilən obyekt haqqında məlumat” və “Obyektin ünvanı” bölmələrinin bütün rekvizitləri daxil edilməlidir.
Bu bölmədə yuxarıda olduğu kimi icarəyə verən şəxsin PİN kodunu daxil edib "..." düyməsini basdıqda sistem tərəfindən həmin şəxsin məlumatları (“ŞV seriya/ŞV nömrə”, “Soyadı”,”Adı”, “Atasının adı”) müvafiq xanalara avtomatik doldurulur.
“İcra vəziyyəti” bölməsində “Operativ aktı” vatiantı seçildikdə, aşağıdakı şəkildə göstərilən məlumatlar istifadəçi tərəfindən doldurulur:
Obyektin qeydiyyatı (“Operativ aktı” variantı seçildikdə)
İstifadəçi tərəfindən “Obyekt haqqında”, ”Operativ aktı haqqında məlumat” və “Obyektin ünvanı” bölmələrinin bütün rekvizitləri daxil edilməlidir.
Yuxarıda şərh edilən “İcarə vəziyyəti” bölməsində göstərilən hər dörd variantdan biri vasitəsilə məlumatlar daxil edildikdən sonra istifadəçi tərəfindən obyektin fəaliyyət kodu daxil edilir və Əlavə et düyməsi basılır.
Nəticədə obyektin fəaliyyət kodu və adı alt cədvələ əlavə olunur. Əgər fəaliyyət sahəsi bir neçədirsə, onların hamısı bu qayda ilə daxil edilir. Səhv daxil edilən fəaliyyət sahəsi Çıxart düyməsi vasitəsilə cədvəldən çıxarılır. Əsas fəaliyyət sahəsi işarələnir.
Sonra qeydiyyat əməliyyatını yerinə yetirən vergi işçisinin “AVİS istifadəçi məlumatları” (“İstifadəçi adı”, “Parolu”) daxil edilir.
Sonda İrəli düyməsi basılır.
Monitora daxil edilmiş məlumatların yoxlanılması üçün növbəti təsdiqləmə pəncərəsi çıxır. Bu zaman məlumatların doğruluğuna əmin olduqda onu təsdiqləmək üçün Qəbul düyməsi, əks halda İmtina düyməsi basılır.
Təsdiqdən sonra “Obyektin qeydiyyatı barədə” barədə Bildiriş ekrana çıxır.
Obyektin qeydiyyatı barədə Bildiriş nümunəsi
Çap düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq üçündür.
Göndərilən elektron ərizə istifadəçinin Göndərdiklərim qovluğuna düşür.
POS-terminalın qeydiyyata alınması ərizəsi
POS terminallar Banklar vasitəsilə qeydiyyata alınırlar.
Bunun üçün Onlayn kargüzarlıq altsisteminə daxil olunur və aşağıdakı əməliyyatlar yerinə yetirilir.
Yeni müraciət düyməsi basılır. Açılan pəncərədə
- “Kimə” siyahısından - Vergilər Nazirliyi
- “Müraciətin növü” siyahısından - Ərizə
- “Sənədin növü” siyahısından – POS terminalın qeydiyyata alınması
seçilir və Qəbul düyməsi basılır.
Nəticədə aşağıdakı pəncərə ekrana çıxır:
POS-terminalın qeydiyyata alınması
İstifadəçi odəyicinin VÖEN-i daxil edir və Axtar düyməsini basır.
Sonra “Obyektin kodu”, “Bankın adı”, “Filialın adı” siyahılardan seçilir və “Terminalın seriya nömrəsi” daxil edilir.
Sonda İrəli düyməsi basılır.
Monitora daxil edilmiş məlumatların yoxlanılması üçün növbəti təsdiqləmə pəncərəsi çıxır. Bu zaman məlumatların doğruluğuna əmin olduqda onu təsdiqləmək üçün Qəbul düyməsi, əks halda İmtina düyməsi basılır.
Təsdiqdən sonra “POS-terminalın qeydiyyata alınması” barədə Bildirişekrana çıxır.
POS-terminalın qeydiyyata alınması barədə Bildiriş nümunəsi
Çap düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq üçündür.
Göndərilən elektron ərizə istifadəçinin Göndərdiklərim qovluğuna düşür.
ƏDV-nin qeydiyyatı ərizəsi
“ƏDV-nin
qeydiyyatı ərizəsi”ni işləmək üçün
Yeni müraciət
düyməsi
basılır və açılan pəncərədə
-
“Kimə”
siyahısından -
Vergilər Nazirliyi
-
“Müraciətin
növü” siyahısından -
Ərizə
-
“Sənədin növü” siyahısından -
ƏDV qeydiyyatı ərizəsi
seçilir və
Qəbul
düyməsi basılır.
Açılan aşağıdakı
ekranda əməliyyatlar ardıcıllıqla yerinə yetirilir:
-
Qeydiyyat növü
siyahıdan seçilir.
-
Qüvvəyə
minmə tarixi daxil edilir.
-
İrəli
düyməsi basılır.
Monitora
daxil edilmiş məlumatların yoxlanılması üçün növbəti
təsdiqləmə ekranı çıxır.
Bu zaman məlumatların doğruluğuna əmin olduqda
onu təsdiqləmək üçün Qəbul
düyməsi, əks halda
İmtina
düyməsi basılır.
Təsdiqdən sonra
ekrana
ƏDV qeydiyyatı
barədə Bildiriş
məlumatı çıxır.
Çap
düyməsi Bildirişi çap etmək üçün, Bağla düyməsi isə pəncərəni bağlamaq
üçün nəzərdə tutulur.
Ödəyici tərəfindən göndərilən bu elektron
ərizə onun Göndərdiklərim qovluğuna düşür. O, buradan
Əməliyyat tarixçəsi vasitəsilə ərizəsinin Vergilər Nazirliyində
gedişatını izləyə bilər.
"Sair" ərizələr
“Sair ərizə”nin qeydiyyatı üçün Yeni
müraciət
düyməsi basılır.
Açılan pəncərədə “Müraciətin növü”
siyahısından “Ərizə” seçilir.
“Sənədin növü” kombosundan isə “Sair ərizə” seçilir
və
Qəbul
düyməsi basılır.
Digər əməliyyatlar və ekran şəkillərı aşağıdakı
paraqrafa oxşar aparılır.
Vergilər Nazirliyinə
şikayət, sorgu, təklif, təşəkkür, məktub göndərilməsi
Vergilər Nazirliyinə şikayət, sorgu,
təklif, təşəkkür, məktub göndərmək üçün
Yeni müraciət
düyməsi basılır.
seçilir və
Qəbul
düyməsi basılır.
Açılan aşağıdakı
ekranda əməliyyatlar ardıcıllıqla yerinə yetirilir:
-
Dövlət orqanı
siyahıdan seçilir.
-
“Kimə” siyahısından
Vergilər Nazirliyi
seçilir.
-
“Müraciətin
növü” siyahısından
Ərizə
seçilir.
-
Sənədin cavabının alınma forması
seçilir (“Bu ünvana gəlsin”, “Kağız
formada” adi poçtla).
-
İstifadəçinin
imzası soyadı, adı və atasının adı), vəzifəsi daxil edilir.
-
İrəli düyməsi
basılır.
Ekrana sənədin təsdiq olunması barədə məlumat çıxır.
İstifadəçi sənədi təsdiq etmək üçün
"Tanış
oldum, məlumatların doğruluğunu təsdiqləyirəm" ifadəsini qeyd
etməlidir. Bu zaman
Göndər
düyməsi aktivləşir. Həmin düymə icra
olunduqda sistem tərəfindən Bildiriş məlumatı ekrana çıxarılır
və sənədə 16 rəqəmli nömrə verilir.
Həmin bildirişi cap etmək və ya bildiriş ekranını
bağlamaq üçün müvafiq düymələrdən biri seçilir. Nəticədə, sənədin bir
nüsxəsi Göndərdiklərim qovluğuna, digər nüsxəsi isə
Vergilər Nazirliyinə göndərilir.
Tender məlumatlarının göndərilməsi
Tender məlumatı dedikdə, “Dövlət büdcəsinin
vəsaiti hesabına maliyyələşən investisiya layihələri üzrə tenderlərin
qalibləri ilə bağlanılmış müqavilələr, dövlət vəsaiti və dövlət
zəmanəti ilə alınmış kreditlər hesabına mal (iş, xidmət) alınması üzrə
məbləği 50,0 min manatdan yuxarı olan bağlanılmış müqavilələr barədə”
məlumat formasının doldurulması başa düşülür.
Vergilər Nazirliyinə Tender məlumatlarını
göndərmək üçün aşağıdakı şəkildə göstərilən əməliyyatları ardıcıl yerinə
yetirmək lazımdır.
-
Yeni müraciət
düyməsi basılır.
-
“Kimə” siyahısından
Vergilər Nazirliyi
seçilir.
-
“Müraciətin
növü” siyahısından
Tender məlumatı
seçilir.
-
Qəbul
düyməsi basılır.
Yuxarıdakı əməliyyatlardan sonra Tender
məlumatlarının daxil edilməsi ekranı açılacaq. İstifadəçi Əlavə et
düyməsini basır və tender məlumatlarını daxil edir. Sonda
İrəli
düyməsi basılır.
Növbəti ekranda daxil edilmiş məlumatların
təsdiqlənməsi tələb olunur. İstifadəçi ekrana çıxan məlumatların
döğruluğuna əmin olduqdan sonra
Tanış oldum, məlumatların
doğruluğunu təsdiqləyirəm
ifadəsini qeyd etməli və
Göndər
düyməsini basmalıdır.
Ekrana tender məlumatlarının göndərilməsini
təsdiqləyən bildiriş çıxır.
İstifadəçi bildirişi ya çap edir, ya da bağlayır.
Sonda yeni qeydiyyata alınmış sənəd
Göndərdiklərim qovluğuna düşür. Onun digər nüsxəsi isə Vergilər
Nazirliyinə göndərilir.
Digər vergi ödəyicilərinə sənəd göndərilməsi
Digər vergi ödəyicilərinə məktub göndərmək üçün
“Kimə” sahəsindən “Digər vergi ödəyicisinə” ifadəsi seçilir və
Qəbul düyməsi basılır.
Digər vergi ödəyicilərinə sənəd göndərilməsi
Aşağıdakı ekrandan onun VÖEN-i daxil edilir. Sistem
müəyyən məlumatları avtomatik doldurur. Digər xanalar isə istifadəçi
tərəfindən daxil edilir.
Digər vergi ödəyicilərinə yeni sənəd göndərilməsi
Sonda Göndər düyməsi basılır.
Digər vergi ödəyicilərinə sənəd göndərilməsi barədə bildiriş ekranı
Sənəd digər vergi ödəyicisinin Gələnlər, göndərən tərəfin isə
Göndərdiklərim qovluqlarına düşür.
Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış
Cari vergi ödəmələrinin hesablanması haqqında Arayışı onlayn qaydada tərtib edib göndərmək üçün növbəti şəkildə göstərilən müraciət növü seçilir:
Sonra ekranda görünən rekvizitlər daxil edilir.
Əgər "İl ərzində seçdiyi metodun növü" adlı rekvizit üçün radio düymələrdən "VM 151.2" seçilərsə, o zaman "Bölmə 2. Cari vergi ödəmələrinin hesablanması" bölməsi üzrə aşağıdakı məlumatlar daxil edilir:
- "290.Əvvəlki hesabat ilində ümumi gəlir" (A) - daxil edilir
- "291. Əvvəlki hesabat ilində hesablanmış mənfəət(gəlir) vergisi" (B) - daxil edilir
- "292. Əvvəlki hesabat ilində hesablanmış mənfəət(gəlir) vergisinin ümumi gəlirdə xüsusi çəkisi" (D) - avtomatik hesablanır: D=(B/A)x100
- "293. Cari rübdəki ümumi gəlirin həcmi" (C) - daxil edilir
- "294. Cari vergi ödəməsinin həcmi" (E) - avtomatik hesablanır :E=(CxD)/100
- "297. VM-nin 102.1.30-cu və 106.1.20-ci maddələrinin tələbləri nəzərə alınmaqla cari vergi ödəməsinin həcmi" (K) - avtomatik hesablanır: 6-cı sətirdə "Mikro" seçildiyi halda K=(Ex25)/100, əks halda K=0.
Əgər "İl ərzində seçdiyi metodun növü" adlı rekvizit üçün radio düymələrdən "VM 151.5" seçilərsə, o zaman "Bölmə 2. Cari vergi ödəmələrinin hesablanması" bölməsi üzrə aşağıdakı məlumatlar daxil edilir:
- "295. Cari rübdəki mənfəətin(gəlirin) həcmi" (M) - daxil edilir
- "296. Əvvəlki hesabat ilində fəaliyyəti olmayan vergi ödəyicisinin cari vergi ödəməsinin həcmi" (N) - daxil edilir
- "298. VM-nin 102.1.30-cu və 106.1.20-ci maddələrinin tələbləri nəzərə alınmaqla cari vergi ödəməsinin həcmi" (H) - avtomatik hesablanır: 6-cı sətirdə "Mikro" seçildiyi halda H=(Nx25)/100, əks halda H=0.
Məlumatlar daxil edildikdən sonra İrəli düyməsi basılır.
Sonra ekrana daxil edilmiş məlumatların doğruluğunun təsdiqlənməsi pəncərəsi gəlir. Bu pəncərədə məlumatı göndərmək üçün İmzala və göndər düyməsi sıxılır (sistemə daxil olma növündən asılı olaraq bü düymənin adı fərqli ola bilər: məs, Qəbul). Nəticədə həmin Arayış vergi orqanına göndərilir.
Arayış rüb bitdikdən sonra Vergi Məcəlləsinə uyğun olaraq növbəti ayın 1-dən 15-dək tarix aralığında göndərilməlidir. Arayışda Vergi dövrü məlumatı avtomatik gəlir.
Əgər dövr bitməmiş Arayış təqdim edilərsə, aşağıdakı mesaj ekranda görünür:
Onda, Arayış rüb bitdikdən sonra növbəti ayın 1-dən 15-dək olan tarix aralığında göndərilməlidir.
“Vergilər” qəzetinə müraciətin göndərilməsi (H/ş ləğv edilməsi barədə)
Bu müraciət növünü İnternet Vergi İdarəsinə ASAN İmza və ya Elektron İmza (məs. NRYTN "e-İmza" kartı) vasitəsilə göndərmək mümkündür.
ASAN İmza ilə müraciətin göndərilməsi:
Onlayn Kargüzalıqda Yeni müraciət düyməsini basmaqla (1) siyahıdan “Vergilər” qəzetinə müraciətin göndərilməsi (H/ş ləğv edilməsi barədə) adlı sənəd növü (2) seçilir.
Siyahıdan müvafiq bənd seçilir və Qəbul düyməsi basılır.
Növbəti pəncərə ekrana çıxır:
“Ünvan fərqlidir” ifadəsi qeyd edilərsə (deafult – qeyd olunmur), “Kreditorların tələblərinin bildirilməli olduğu tam ünvan” adlı bölmə ekranda əks olunur.
İstifadəçi “Hüquqi şəxsin ləğv edilməsi barədə qərarın tarixini” (müraciət, qərarın qəbul olunduğu tarixdən 10 gün müddətində edilməlidir), “Kreditorların tələblərinin irəli sürülməsi müddətini” (həmin müddət 60 gündən az olmamalıdır) və əgər “Ünvan fərqlidir” qeyd edilibsə, ünvan məlumatlarını daxil edir və sonda İrəli düyməsini basır. Nəticədə növbəti təsdiq pəncərəsi ekrana çıxır:
Məlumat təsdikləndikdən (elektron imzalandıqdan) sonra növbəti göndərilmə barədə Bildiriş ekrana çıxır:
Göndərilən sənəd barədə sətir Göndərdiklərim qovluğuna düşür.
Sənəd Vergilər Nazirliyinin Analitik İnformasiya şöbəsinə göndərilir.
Elektron İmza ilə (məs. NRYTN "e-İmza" kartı) müraciətin göndərilməsi:
Elektron İmza ilə sistemə daxil olduqda "Ərizənin hazırlanması" düyməsi ilə yanaşı "Ərizənin göndərilməsi" düyməsi yaranır. Bu düymə imzalanmış sənədi göndərmək üçün nəzərdə tutulur.
İstifadəçi əvvəlcə aşağıdakı elektron formanı doldurmalıdır:
Şəkildə göstərilən "1" və "2" sahələri daxil edildikdən sonra İrəli düyməsi basılır. Ekrana növbəti təsdiqləmə pəncərəsi gəlir:
Qəbul düyməsini basdıqda hazılanmış müraciət sənədi imzalanmaq üçün Gələnlər qovluğuna düşür.
İstifadəçi həmin qovluğa daxil olaraq müvafiq sənədi tapır və üzərinə klik edərək onu kompüterinə endirir.
“e-İmzalayıcı” proqramı vasitəsilə həmin sənəd imzalandıqdan sonra istifadəçi təkrar sistemə daxil olaraq “Yeni müraciət” düyməsini basır və “Ərizənin göndərilməsi” bölməsi vasitəsilə sənədi sistemə yükləyir və göndərir.
Sonda sənədin göndərilməsi barədə müvafiq Bildiriş ekrana çıxır.
Sənədin əməliyyat tarixçəsinə və bildirişinə baxış
Sənədin əməliyyat tarixçəsinə və
göndərilməsini təsdiqləyən bildirişinə baxmaq üçün Göndərdiklərim qovluğuna daxil olunur və həmin sənəd seçilir.
Sənəd üzərinə 2 dəfə tikladıqda idarəetmə paneldə Əməliyyat
tarixçəsi
və
Bildiriş
adlı düymələr yaranır.
İstifadəçi onlayn rejimdə sənədin vergi orqanındakı hərəkətinə əməliyyat tarixçəsində tanış ola bilər.
Əməliyyat
tarixçəsi düyməsini sıxmaqla aşağıdakı nümunədə göstərildiyi kimi, sənədin vergi orqanı
daxilindəki hərəkətini izləmək və onun üzərində aparılan əməliyyatlara
baxmaq mümkündür.
Əməliyyat tarixçəsi
Bildiriş düyməsi, sənədin göndərilməsini təsdiq edən məlumatın ekrana çıxarılması üçün nəzərdə tutulur.
Müraciətin qeydiyyata alınması barədə Bildiriş
İstifadəçi Çap düyməsini sıxmaqla Bildirişi çap edə bilər.
İstifadəçinin şəxsi məlumatları
Şəxsi məlumatlarım
adlı ekran vasitəsilə istifadəçi öz şəxsi məlumatlarına baxa və ya düzəlişlər edə bilər.
Məlumatlarda düzəlişlər edildikdən sonra
Yadda saxla
düyməsi
basılır.
Bəzi şəxsi məlumatlar sistem tərəfindən avtomatik
doldurulur.
Şəkil 45. "Şəxsi məlumatlarım" pəncərəsi
Axtarış
Bu pəncərə Gələnlər və
Göndərdiklərim qovluqları üzrə sənəd nömrəsinə və tarix
intervalına görə axtarış əməliyyatlarını yerinə yetirmək üçün nəzərdə
tutulub.
"Axtarış" pəncərəsi
Gələnlər qovluğu üzrə axtarış
əməliyyatını yerinə yetirmək üçün aşağıdakı əməliyyatlar yerinə
yetirilir:
-
Sənəd növündən
Gələnlər seçilir.
-
Sənəd nömrəsi məlumdursa,
daxil edilir.
-
Sənəd tarixi (intervalı) daxil edilir.
-
Axtar düyməsi
basılır.
Nəticədə, Gələnlər qovluğu üzrə axtarışın nəticəsi cədvələ düşür.
Göndərdiklərim qovluğu üzrə axtarış
əməliyyatını yerinə yetirmək üçün yuxarıdakı 1-ci əməliyyatda
Göndərdiklərim seçilir. Digər əməliyyatlar isə olduğu kimi qalır.
Oxunmamış məktublar üzrə axtarış
əməliyyatını yerinə yetirmək üçün Oxunmamış məktublar
qeyd edilir və Axtar düyməsi basılır.
Cədvələ yalnız oxunmamış məktubların siyahısı düşür.
Vergi ödəyicisi siyahıdakı oxunmamış
məktubların hər birinin üzərinə 2 dəfə tıklamaqla onlarla tanış
olmalıdır. Bu zaman oxunan məktublar həmin siyahıdan
çıxır.
Qeyd:
1. Axtarışın nəticəsi - 50-dək sənəd.
2. Vergi ödəyicisinin oxunmamış məktubları varsa, bu və ya digər
əməliyyatları (Bəyannamə paketi göndərmək, ƏDV depozit hesabından
köçürmə əməliyyatları etmək, Vergi hesab-fakturası (e-VHF) göndərmək
və s. ) aparmazdan öncə məktublarla tanış olması tövsiyyə olunur.
ƏDV-nin depozit hesabı
ƏDV-nin depozit hesabı altsistemi ƏDV üzrə yayınmaların qarşısının alınması və bu sahəyə avtomatlaşdırılmış nəzarətin həyata keçirilməsi məqsədilə yaradılmışdır. Sistem vasitəsilə vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi işlərinin yerinə yetirilməsi təmin olunur.
Vergi ödəyicisi İnternet Vergi İdarəsi portalından
istifadə edərək ƏDV-nin sub-uçot hesabından aşağıdakı növ köçürmələri
yerinə yetirə bilər.
- digər vergi ödəyicilərin sub-uçot hesablarına köçürmələri;
- dövlət büdcəsinə ödənişləri;
- idxala görə Dövlət Gömrük Komitəsinə köçürmələri.
Proqram ƏDV ödəyiciləri üçün nəzərdə
tutulur.
Sistemə
daxil olmaq üçün İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olub GİRİŞ düyməsi basılır.
Sonra onlayn xidmət bölməsi olaraq "E-bəyannamə, ƏDV-DH və və ŞHV" seçilir və aşağıdakı autentifikasiya üsullarından biri vasitəsilə sistemə daxil olunur:
Bundan sonra ƏDV-nin depozit hesabı menyusuna daxil olmaq lazımdır.
ƏDV-nin depozit hesabı menyusu
Bu menyu istifadəçinin sistemə daxil olma növündən asılı olaraq bir-birindən fərqlənir.
1) İstifadəçi kodu, parol, şifrə ilə sistemə daxil olmaq
ƏDV DH köçürməsi sənədinin yalnız hazırlanması İşçi tərəfindən həyata keçirilə bilər.
İşçi sənədi hazırladıqdan sonra Rəhbəri tərəfindən sənədin imzalanması üçün onu "İmzalanacaq sənədlər" qovluğuna göndərməlidir.
Bu halda, həmin İşçi sistemə istifadəçi kodu, parol, şifrə ilə daxil olur:
Açılan pəncərədə ƏDV depoziti hesabı altsistemi seçilir.
Nümunə üçün, aşağıdakı şəkildə "İstifadəçi kodu, parol və şifrə" ilə sistemə daxil olan İşçi tərəfindən "Digər sub-hesaba köçürmə" əməliyyatının aparılması ardıcıllığı göstərilmişdr:
İstifadəçi sənədin Rəhbəri tərəfindən imzalanması üçün "İmzalanacaq sənədlər" qovluğuna göndər düyməsini basır.
İşçi "İmzalanacaq sənədlər" qovluğuna daxil olub tarix intervalını verərək Axtar düyməsini basmaqla etdiyi əməliyyatların siyahısına baxa bilər və həmçinin ləğv etmə əməliyyatını yerinə yetirə bilər.
Ləğv etmək üçün "Seç" qrafasından müvafiq olan əməliyyatı seçib Ləğv et düyməsi basılır.
Bundan sonra İşçi tərəfindən hazırlanmış köçürmə əməliyyatları Rəhbəri tərəfindən göndərilir.
2) ASAN İmza vasitəsilə sistemə daxil olmaq
ASAN İmza vasitəsilə sistemə daxil olmaq qaydası ilə tanış olmaq üçün ASAN İmza vasitəsilə autentifikasiya olmaq linki üzərinə basmaq lazımdır.
İstifadəçi sistemə daxil olduqdan sonra onun təmsil etdiyi Subyektin adı siyahıdan seçilir:
Aşağıdakı nümunədə Rəhbər İşçi tərəfində hazırlanmış sənədləri imzalamaq və göndərmək üçün aparılan əməliyyatlar adrıcıllığı göstərilir.
Burada rəhbər "İmzalanacaq sənədlər" qovluğuna daxil olur və növbəti əməliyyatları edir:
Sonra o, "Seç" sütunundan sənədi qeyd edərək imzalamağa göndərmək üçün Göndər düyməsini, köçürmə əməliyyatını ləğv etmək üçün isə Ləğv et düyməsini basır.
Növbəti əməliyyatların ardıcıllığı aşağıda təsvir edilir:
Bildirişə baxmaq üçün aşağıdakı şəkildə eyni adlı link üzərinə basmaq lazımdır:
Əgər ASAN İmza telefonuna malik İşçiyə Rəhbəri tərəfindən "ƏDV DH - Köçürmə əməliyyatının imzalanması və göndərilməsi" səlahiyyəti verilmişdirsə, o zaman həmin işçi bu əməliyyatları özü edir. Bu halda sənədin "İmzalanacaq sənədlər" qovluğuna göndərilməsinə ehtiyac olmur.
Əgər ASAN İmza telefonuna malik İşçiyə Rəhbəri tərəfindən "ƏDV DH - Köçürmə əməliyyatının aparılması" səlahiyyəti verilmişdirsə, o zaman həmin işçi köçürmə sənədini hazırlayır, lakin onu imzalayıb göndərə bilmir. Bu halda o, sənədi "İmzalanacaq sənədlər" qovluğuna göndərir. Sənədin imzalanması və göndərilməsi Rəhbər tərəfindən həyata keçirilir.
2) NRYTN "e-İmza" kartı vasitəsilə sistemə daxil olmaq
Bu halda, "ƏDV DH - Köçürmə" barədə sənəd Rəhbər və ya İşçi tərəfindən hazırlanır. Sonra həmin sənəd kompüterə endirilir, "e-İmzalayıcı" proqramı vasitəsilə imzalanır və təkrar "ƏDV-nin Depozit hesabı" menyusuna daxil olunaraq "İmzalanmış sənədi göndər" altmenyusu vasitəsilə göndərilir.
Qeyd edilən əməliyyatları aşağıdakı büdcəyə ödəniş nümunəsində izah edək.
Əvvəlcə NRYTN-in "e-İmza" kartı ilə sistemə daxil olaq. Daxil olma qaydası ilə tanış olmaq üçün NRYTN "e-İmza" kartı vasitəsilə autentifikasiya olmaq linki üzərinə basmaq lazımdır.
Sonra aşağıdakı şəkildə göstərilən ardıcıllığa uyğun əməliyyatları yerinə yetirək:
Sənədi imzalamaq üçün kompüterə endirək. Fayla sistem tərəfindən ad verilir. Məsələn, "yj4if874yh.xml". Həmin fayla anlaşıqlı ad vermək tövsiyyə olunur. Məsələn: "Depozit_hesabi.xml".
Sonra "e-İmzalayıcı" proqramı vasitəsilə sənədi imzalamaq lazımdır. Bu zaman imzalanmış sənədə "edoc" formatı verilir. Məsələn: "Depozit_hesabi.edoc".
"e-İmzalayıcı" proqramın istifadəçi təlimatına buradan əldə edə bilərsiniz.
İmzalanmış sənədi göndərmək üçün aşağıdakı şəkildə göstərilən ardıcıllığa uyğun əməliyyatları yerinə yetirmək lazımdır:
Növbəti şəkildə ƏDV DH-dan köçürmə əməliyytının yerinə yetirilməsi göstərilmişdir. Köçürülmə barədə Bildirişə baxmaq üçün şəkildə göstərilən Bildiriş düyməsi üzərinə basmaq lazımdır.
Qeyd: ƏDV Depozit hesabı altsisteminə hər bir İşçi “İstifadəçi kodu, parol, şifrə ilə” daxil olub hazırlaya bilər. Sonra Rəhbər "e-İmza" kartı ilə sistemə daxil olaraq onu göndərə bilər.
Köçürmə əməliyyatlarının aparılması
Köçürmə əməliyyatlarını aparmaq üçün ƏDV-nin depozit
hesabı -> Köçürmə
əməliyyatlarının aparılması menyusu seçilir.
Əməliyyatı Alıcı vergi ödəyicisi aparır.
Köçürmə əməliyyataları ekranına daxil olduqda, ödəyən
tərəfin aşağıdakı məlumatları sistem tərəfindən avtomatik
ekrana çıxarılır:
- Sub-uçot hesabın qalığı;
- Naməlum sub-uçot hesabın qalığı;
- ƏDV borcu.
Bu ekran vasitəsilə aşağıdakı əməliyyatlar aparılır:
- Digər sub-uçot hesaba köçürmə;
- Büdcəyə ödəniş;
- Naməlumdan digər sub-uçot hesaba köçürmə;
- Naməlumdan idxala görə ƏDV köçürməsi;
- Naməlumdan büdcəyə ödəniş;
- İdxala görə ƏDV köçürməsi.
İstifadəçi yuxarıdakı əməliyyatlardan birini seçir.
Əməliyyat başa çatdıqdan sonra vergi ödəyicisinə
köçürmənin aparılması barədə bildirişin çap edilməsi təklif edilir. Satıcı, Alıcıdan
həmin bildirişi tələb edə bilər.
Digər sub-uçot hesaba köçürmə əməliyyatı
Bu əməliyyat, qarşılıqlı əməliyyatlar zamanı
alınmış vergi hesab-fakturasına əsasən Alıcı vergi ödəyicisinin öz ƏDV
sub-uçot hesabından ƏDV məbləğini Satıcı vergi ödəyicisnin ƏDV sub-uçot
hesabına köçürülməsi məqsədilə aparılır.
Bunun üçün Alıcı vergi
ödəyicisi Digər sub-uçot hesaba köçürmə bəndini seçir və
Satıcının VÖEN-i, Ödənişin məbləğini,
Ödənişin təyinatını daxil edir və Qəbul
düyməsini basır. Nəticədə, köçürülən məbləğ Alıcının sub-hesabından Satıcının sub-hesabına köçürülür.
Digər sub-hesaba köçürmə
Büdcəyə ödəniş əməliyyatı
Bu əməliyyat növü vasitəsilə vergi ödəyicisi ƏDV
sub-uçot hesabından dövlət büdcəsinə ödənişi həyata keçirir.
Bunun üçün əməliyyat növündən Büdcəyə ödəniş əməliyyatını bəndi qeyd edilir.
Siyahıdan Alanın qeydiyyatda olduğu xəzinə orqanı seçilir, Ödənişin
məbləği, Ödənişin təyinatı daxil edilir və Qəbul düyməsi
basılır. Nəticədə, daxil edilmiş məbləğ vergi ödəyicisinin
sub-ucot hesabından büdcəyə köçürülür.
ƏDV üzrə büdcəyə olan borclar Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyi
halda bu məbləğ, vergi ödəyicisinin sub-uçot hesabından avtomatik olaraq
büdcəyə köçürülür.
Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından
dövlət büdcəsinə iş günü saat 13:00-dək ödəniş həyata keçirildiyi zaman
həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Vergilər Nazirliyi
tərəfindən ödəniş tapşırığı, həmin gün hazırlanıb banka təqdim olunur.
Ödəniş saat 13:00-dan sonra olduqda isə həmin vəsaitin dövlət büdcəsinə
göndərilməsi növbəti iş günündə həyata keçirilir.
Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından
dövlət büdcəsinə qeyri-iş günündə ödəniş həyata keçirildiyi zaman həmin
vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Vergilər Nazirliyi tərəfindən
ödəniş tapşırığı, qeyri-iş günündən sonra gələn ilk iş günündə hazırlanıb
banka təqdim olunur.
Büdcəyə ödəniş
Naməlumdan digər sub-uçot hesaba köçürmə əməliyyatı
Bank vasitəsilə vergi ödəyicisi öz cari hesabından ƏDV məbləğini digər vergi ödəyicisinin sub-uçot hesabına köçürdüyü zaman ödəniş sənədində satıcı vergi ödəyicisinin VÖEN-i düzgün göstərilmədiyi və ya satıcı şəxs ƏDV ödəyicisi olmadığı hallarda köçürülən məbləğ alıcı vergi ödəyicisinin naməlum sub-uçot hesabına mədaxil edilir.
Bu əməliyytı etmək üçün əməliyyat növündən “Naməlum sub-uçot hesabdan digər sub-uçot hesaba
köçürmə” bəndi qeyd edilir. Sonra Alanın VÖEN-i, Naməlum ödənişin
məbləği, Ödənişin təyinatı daxil edilir və Qəbul düyməsi
basılır.
Naməlumdan digər sub-uçot hesaba köçürmə
Bu əməliyyatdan sonra naməlum sub-uçot hesabdakı məbləğ
Alan (ödənilən) tərəfin sub-uçot hesabına köçürülür.
Qeyd: Naməlum
sub-uçot hesabdan köçürmə bəndləri yalnız vergi ödəyicisinin naməlum
sub-hesabına vəsait daxil olduğu halda aktivləşir.
Naməlum sub-uçot hesabdan büdcəyə köçürmə əməliyyatı
Bank vasitəsilə vergi ödəyicisi öz cari hesabından ƏDV məbləğini digər vergi ödəyicisinin sub-uçot hesabına köçürdüyü zaman ödəniş sənədində satıcı vergi ödəyicisinin VÖEN-i düzgün göstərilmədiyi və ya satıcı şəxs ƏDV ödəyicisi olmadığı hallarda köçürülən məbləğ alıcı vergi ödəyicisinin naməlum sub-uçot hesabına mədaxil edilir.
Bu köçürmə üçün əməliyyat növündən “Naməlum sub-uçot hesabdan büdcəyə köçürmə”
bəndi qeyd edilir. Sonra Xəzinədarlıq orqanının adı siyahıdan seçilir ,
Ödənişin məbləği, Ödənişin təyinatı daxil edilir
və Qəbul düyməsi basılır.
Naməlum sub-uçot hesabdan büdcəyə köçürmə
Nəticədə, naməlum sub-uçot hesabdakı
məbləğ büdcəyə köçürülür və həmin məbləğ istifadəçinin şəxsi hesab vərəqəsinə də
(ŞHV-yə) qeyd olunur.
İdxala görə ƏDV köçürməsi əməliyyatı
Bu əməliyyat növü vasitəsilə ödəyicinin ƏDV sub-uçot hesabından idxala görə ƏDV köçürməsi ödənişi həyata keçirilir.
Bunun üçün Əməliyyat növündən
İdxala görə ƏDV köçürməsi bəndi
və Alanın VÖEN-i hissəsindən müvafiq Gömrük İdarəsi seçilir,
Ödəniş məbləği,
Ödənişin təyinatı daxil edilir və Qəbul
düyməsi basılır.
İdxala görə ƏDV köçürməsi
Yuxarıdakı əməliyyatdan sonra
daxil edilmiş məbləğ vergi ödəyicisinin sub-ucot hesabından Gömrük
İdarəsinin hesabına köçürülür.
Naməlum sub-uçot hesabdan idxala görə ƏDV köçürməsi əməliyyatı
Bank vasitəsilə vergi ödəyicisi öz cari hesabından ƏDV məbləğini digər vergi ödəyicisinin sub-uçot hesabına köçürdüyü zaman ödəniş sənədində satıcı vergi ödəyicisinin VÖEN-i düzgün göstərilmədiyi və ya satıcı şəxs ƏDV ödəyicisi olmadığı hallarda köçürülən məbləğ alıcı vergi ödəyicisinin naməlum sub-uçot hesabına mədaxil edilir.
Bu köçürmə üçün
Əməliyyat növündən Naməlum sub-uçot hesabdan idxala ƏDV
köçürmə bəndi qeyd edilir. Sonra Alanın (Gömrük orqanının)
VÖEN-i siyahıdan seçilir, Ödənişin məbləği, Ödənişin təyinatı daxil edilir və Qəbul düyməsi basılır.
Naməlumdan idxala görə ƏDV köçürməsi
Bu əməliyyatdan sonra naməlum sub-uçot hesabdakı məbləğ
Gömrük orqanının hesabına köçürülür.
Köçürmə əməliyyatlarının hesabat-axtarışı
Köçürmə əməliyyatlarının hesabat-axtarışı menyusunun
köməkliyi ilə vergi ödəyicisi aşağıdakı növ əməliyyatlar barədə müxtəlif
kriteriyalar üzrə hesabatlar əldə edə bilər:
- VÖEN-ə görə;
- Bildiriş nömrəsinə görə;
- Mədaxil, məxaric əməliyyatları üzrə;
- Məbləğ üzrə;
- Tarix aralığı üzrə.
VÖEN-ə görə hesabat əldə etmək üçün VÖEN
xanasına nömrə daxil edilir.
Bildiriş nömrəsinə görə hesabat əldə etmək üçün Bildiriş xanasına nömrə daxil edilir.
Mədaxil, məxaric əməliyyatları üzrə hesabat əldə etmək üçün Mədaxil, Məxaric vəziyyətlərindən biri və ya hər ikisi qeyd edilir.
Məbləğ üzrə hesabat əldə etmək üçün Məbləğ xanasına məbləğ daxil edir.
Tarix üzrə hesabat əldə etmək üçün tarix aralığı daxil edilir.
Bütün bu əməliyyatların sonunda Axtar düyməsi basılır.
Köçürmə əməliyyatlarının hesabat-axtarışı
Qeyd: Bu axtarış kriteriyaları kombinə şəklində istifadə oluna bilər.
Hesabdan çıxarış
Hesabdan çıxarış menyusu vasitəsilə vergi ödəyicisi
müəyyən tarix intervalında sub-ucot hesabı üzrə apardığı əməliyyatlara
baxa bilər.
Bunun üçün tarix intervalı
daxil edilir və Axtar
düyməsi basılır.
Hesabdan çıxarış pəncərəsi
Nəticədə, aşağıdakı formada hesabat ekranda əks olunur:
Hesabdan çıxarışın nəticəsi
Java proqramının qurulması
JAVA köməkçi proqramını vergi ödəyicisinin
kompüterinə qurmaq üçün aşağıdakı addımlar yerinə yetirilir:
1. İnternet Vergi İdarəsi saytının (www.e-taxes.gov.az)
Lazımlı proqramlar bölməsinə yerləşdirilmiş
Java
Runtime Environment proqramı
istifadəçinin kompüterinə endirilir.
2.Endirilmiş fayl üzərinə 2 dəfə tıklanılır. Proqram qurulan
zaman aşağıdakı pəncərə açılır:
3. Açılan pəncərədə I accept the terms in the license agreement ifadəsi seçilir və Next/İrəli düyməsi basılır.
4. Növbəti pəncərədə Typical seçilir və Next/İrəli düyməsi basılır.
5. Bu prosesdən sonra qurma əməliyyatı başlayır və əməliyyatın gedişi ekranda əks olunur.
6. Sonda Finish düyməsi basılır.
7. Qurma əməliyyatının sonunda masaüstündə (desktop) Java Web Start
"qısa yol çubuğu (shortcut)"
yaranır. Bununla Java proqramının qurulma əməliyyatı başa çatır.
Onlayn ödəmə
İstifadəçi ödəmə əməliyyatlarını internet vasitəsilə həyata keçirmək üçün aşağıdakı əməliyyatları yerinə yetirir:
1. İnternet Vergi İdarəsi saytına (www.e-taxes.gov.az) daxil olur və Giriş düyməsini basır.
2. Açılan pəncərədə İstifadəçi kodu, parol, şifrəni daxil edir (sistemə daxil olmaq üçün gücləndirilmiş elekton imzadan da istifadə etmək olar).
3. "Onlayn kargüzarlıq və e-VHF" bölməsini seçir.
Sonra "Daxil ol" düyməsini sıxır.
Ekrana aşağıdakı pəncərə açılır:
"Onlayn Ödəmə" düyməsi sıxılır.
Ekrana növbəti pəncərə açılır:
Təsnifat kodu siyahıdan seçilir:
Sonra növbəti xanaya Ödəniləcək məbləğ daxil edilir:
Sonda "Ödə" düyməsi sıxılır.
Nəticədə Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (“KÖMİS”) sörğu göndərilir və aşağıdakı pəncərə ekrana çıxır:
Göstərilən xanaya ödəmə kartının ilk 6(altı) rəqəmi daxil edilir və Ödəmək düyməsi basılır.
Növbəti pəncərədə aşağıdakı parametrlər daxil edilir:
- Kartın nömrəsi xanasına ödəmə kartının növbəti nömrələri əlavə edilir (kartın nömrəsinin ilk 6(altı) rəqəmi yuxarıdakı pəncərədə daxil edilmişdir);
- Kartın istifadə müddətinin bitmə tarixi (ay, il) müvafiq siyahılardan seçilir;
- Kartın 3 rəqəmli CVV2/CVC2 kodu daxil edilir;
- Kartın növü siyahıdan seçilir.
Əməliyyatı təsdiqləmək üçün Təsdiq düyməsi basılır.
Ödəmə əməliyyatının başa çatması barədə növbəti pəncərə ekrana çıxır:
İstifadəçi bu ekran vasitəsilə ödəmənin nəticəsi barədə məlumatı çap edə bilər və ya KÖMİS-ə qayıdıb həmin məlumatları öz “e-Mail”-nə göndərə bilər.
“KÖMİS-ə qayıtmaq” düyməsini basdıqda aşağıdakı pəncərə ekrana çıxır:
İstifadəçi ödəmə məlumatlarını öz “e-mail”-nə göndərmək üçün “E-mail-ə göndər” düyməsini basır.
İstifadəçi öz “e-mail”-nı göstərilən xanaya daxil edir və Göndərmək düyməsini basır.
Ekrana məlumatın “e-mail”-ə göndərilməsi barədə məlumat çıxır.
İstifadəçi ödəmə əməliyyatının nəticəsini çap etmək üçün Çap düyməsini basır. Nəticədə növbəti pəncərə ekrana çıxır:
Sonda Son düyməsi basılır.
Bununla ödəmə əməliyyatı başa çatır.
Əgər ödəmə əməliyyatı yerinə yetirilməzsə (ödəmə kartında göstərilən məbləğ olmadıqda, ödəmə katrının məlumatları səhv daxil edildikdə və ya digər texniki səbəblər olduqda), ödəmə əməliyyatı həyata keçirilmir və bu barədə ekrana növbəti pəncərə çıxır:
Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (“KÖMİS”) qayıtmaq üçün “KÖMİS-ə qayıtmaq” düyməsi basılır.
Elektron qaimə-faktura (e-Qaimə)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89-№-li qərarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edirlər.
Elektron qaimə-fakturaları göndərmək üçün vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsinə (o cümlədən, ASAN İmza) malik olmalıdır.
Elektron qaimə-fakturaların göndərilməsi aşağıdakı iki üsulla həyata keçirilir:
- “Onlayn rejimdə” - vergi ödəyicisi İnternet Vergi İdarəsi portalında “GİRİŞ” düyməsini sıxmaqla elektron xidmətlər bölməsinə daxil olur. O, sistemə audentifikasiya olunmaq üçün “ASAN İmza” və ya “e-İmza” bölmələrindən birini seçir və sonra “e-Qaimə” altbölməsinə daxil olmaqla onlayn rejimdə elektron qaimə-fakturanı tərtib edərək digər vergi ödəyicisinə təqdim edir.
- “Oflayn rejimdə” - vergi ödəyicisi elektron qaimə-fakturasını tərtib etmək üçün xüsusi proqram təminatının (“Elektron Faktura Tərtibatı Proqramı – eFP”) sonuncu versiyasını və digər zəruri proqramları İnternet Vergi İdarəsinin “e-Qaimə-faktura” bölməsinin “Lazımlı proqramlar” altbölməsindən öz kompüterinə yükləyir, tələb olunan qaimə-fakturaları bu proqram vasitəsilə internetdən istifadə etmədən hazırlayır və paketləyir. Sonra o, gücləndirilmiş elektron imza vasitəsindən (ASAN İmza və ya Elektron İmza) istifadə etməklə İnternet Vergi İdarəsinin elektron xidmətlər bölməsindən “e-Qaimə” altbölməsini seçib sistemə daxil olur və hazırladığı paketi faylı “Paket hazırla” düyməsi vasitəsilə sistemə yükləyir. Yükləmə zamanı sistem tərəfindən elektron qaimə-fakturalara unikal seriya və nömrələr verilir və onlar “Qaralama” qovluğuna düşür. Burada həmin elektron qaimə-fakturalar üzərində istifadəçi tərəfindən müvafiq əməliyyatlar aparıla bilər. Sonda isə elektron qaimə-fakturalar tək-tək və ya dəst şəklində onlayn rejimdə imzalanaraq göndərilir. Çox sayda elektron qaimə-fakturalar təqdim edən vergi ödəyicilərinin bu rejimdən istifadə etməsi tövsiyə olunur.
Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə elektron bəyannamə (hesabat)
2018-ci ilin IV rübündən etibarən məcburi dövlət sosial və işsizlik sıgortası üzrə hesabatlar Vergilər Nazirliyinə təqdim olunmalıdır. Bu məqsədlə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalının elektron xidmətlərə giriş səhifəsində “Sosial və işsizlikdən sığorta üzrə bəyannamə” adlı yeni alt bölmə yaradılmışdır. Qeyd edilən hesabatları göndərmək üçün gücləndirilmiş elektron imza (o cümlədən, Asan İmza) tələb olunur.
Lakin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bəzi fəaliyyət növləri üzrə (0701, 0702, 0703, 0704, 0710, 0711, 0712, 0713, 0714, 0720, 0721, 0722, 0723, 0724, 0730, 0731, 0732, 0733, 0734) Vergilər Nazirliyindən əldə etmiş istifadəçi kodu, parol və şifrə ilə də sistemə daxil olaraq bəyannamə təqdim edə bilərlər.
Hesabatların göndərilməsi aşağıdakı iki üsulla həyata keçirilə bilər:
- “Onlayn rejimdə” - hüquqi və fiziki şəxslər İnternet Vergi İdarəsi portalının “GİRİŞ” düyməsini sıxmaqla elektron xidmətlər bölməsinə daxil olur. Sistemə gücləndirilmiş elektron imza ilə autentifikasiya olunmaq üçün “Asan İmza” və ya “e-İmza” bölmələrindən biri seçilir, fiziki şəxsin fəaliyyət növü gücləndirilmiş elektron imza olmadan sistemə daxil olmağa imkan verərsə, o zaman “İstifadəçi kodu/Parol/Şifrə” bölməsindən istifadə olunur. Sonra “Bölmə” siyahısından “Sosial və işsizlikdən sığorta üzrə bəyannamə” alt bölməsi seçilərək “Daxil ol” düyməsi sıxılır. Bundan sonra istifadəçi sistemə daxil olur və onlayn rejimdə müvafiq hesabat növünü Vergilər Nazirliyinə təqdim edə bilir.
- “Oflayn rejimdə” - Hüquqi və fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə hesabatların “oflayn rejim”də hazırlanması üçün tələb olunan dəyişikliklər “Bəyannamə Tərtibatı Proqramı (BTP)” proqramının tərkibinə əlavə edilmişdir. Bunun üçün “e-Bəyannamə” menyusunun “Lazımlı proqramlar” alt menyusu vasitəsilə BTP-nin 2.0 versiyasını (əgər BTP kompüterə qurulmuşdursa 2.0 versiyasını yenidən qurmağa ehtiyac yoxdur) və v3.8.4 Patch (əlavə və düzəlişlər) kompüterinizə endirərək qurmağınız lazımdır. Sonra tələb olunan hesabat forması bu proqram vasitəsilə internetdən istifadə etmədən hazırlanır, paketlənir və yuxarıda “Onlayn rejimdə” göstərildiyi kimi sistemə daxil olunur. Paket faylı “Paket göndər” düyməsi vasitəsilə sistemə yüklənilir. Yükləmə zamanı sistem tərəfindən hesabata unikal seriya və nömrə verilir və həmin hesabat “Qaralama” qovluğuna düşür. Burada həmin hesabat üzərində istifadəçi tərəfindən müvafiq əməliyyatlar aparıla bilər. Sonda isə elektron hesabat onlayn rejimdə imzalanaraq göndərilir.
|