ANA SƏHİFƏ
  E-BƏYANNAMƏ
  E-VERGİ HESAB FAKTURASI
  ONLAYN KARGÜZARLIQ
  ƏDV-nin Depozit Hesabı
  "BİR PƏNCƏRƏ"
  MƏLUMAT-AXTARIŞ SİSTEMİ
  BANKLARLA E-MÜBADİLƏ
 
Azərbaycan Respublikası
Vergilər Nazirliyi
   
 
  İLK DƏFƏ QOŞULMAQ İSTƏYƏNLƏR ÜÇÜN  

Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron sənəd mübadiləsi xidmətlərindən istifadə etmək üçün nə etmək lazımdır?  
   
1
Vergi ödəyicisi e-Bəyannamə xidmətindən istifadə etmək ücün müraciət ərizəsini və müqavilə formasını doldurub, qeydiyyatda olduğu vergi orqanına müraciət edir. Bu sənədlərin formalarını www.e-taxes.gov.az İnternet Vergi İdarəsi saytının Ərizə və Müqavilə bölməsindən əldə etmək olar.
2
Vergi ödəyicisi Vergi orqanı ilə elektron sənəd mübadiləsi haqqında müqavilə bağlayıb, bağlı zərfdə İstifadəçı kodu, Şifrə və Parol alir.  
3
İnternet Vergi İdarəsi saytının Lazımlı Proqramlar bölməsindən zəruri proqramları öz kompüterinə yükləyib quraşdırır (JRE - Java Runtime Environment; BTP - Bəyannamə Tərtibatı Proqramı və s.). .Bu proqramların kompüterdə qurulması və istifadəsi üçün tələb olunan müvafiq təlimatları da həmin İnternet bağlantısından istifadə etməklə əldə etmək olar. 
4
Ödəyici e-Bəyannamə Tərtibatı Proqramından (BTP) istifadə edərək, bəyannamələrini doldurur və paketləyir (paketləmə – e-bəyannamə fayllarından vahid arxiv faylının alınmasıdır). BTP proqramı müstəqil calışır, başqa sözlə, bu proqramın köməyi ilə e-bəyannamə hazırlama (cap etmə) müddətində İnternetə qoşulu olmaq vacib deyil.  
5
İnternetə qoşularaq İnternet Vergi İdarəsi saytına bağlanır və ona verilmiş İstifadəçı kodu, Şifrə və Parolla sistemə daxil olur. 
6
Öz kompüterində hazırladığı e-bəyannamələrdən ibarət paket faylını sistemə yükləyir. 
7
Paketdəki bəyannamələr sistem tərəfindən yoxlandığı müddətdə gözləyir və ya başqa işlərlə məşğul olur (məsələn, BTP proqramında yeni bəyannamə hazırlayır, çap edir və ya göndərmiş olduğu digər paketlərin vəziyyətlərini öyrənir və s.). 
8
Yoxlama başa çatdıqdan sonra ekrana gələn mesajı yoxlayıb, xətalı olan bəyannamələri düzəldib təkrarən göndərir.
9
Yoxlama nəticəsində səhv tapılmamış bəyannamələr istifadəçi tərəfindən seçilərək təsdiqlənir. Təsdiqlənmiş bəyannamələr qəbul olunmuş sayılır və sistem tərəfindən ona “e-Bəyannamələrin qəbulu haqqında bildiriş” verilir.
 
 
   
 
   
 
   
 
   Suallarınızı və təkliflərinizi bizə yazın
 
   Bu nömrəyə zəng edərək bizə suallarınızı verə bilərsiniz