1 mart 2010-cu il tarixdən vətəndaşların və vergi ödəyicilərinin vergi orqanlarına “İnternet vergi idarəsi” vasitəsilə onlayn müraciət etməsi imkanı yaradılmış, bu məqsədlə hər bir istifadəçi üçün fərdi elektron qutu ayrılmışdır. İstifadəçilər onlayn kargüzarlıq vasitəsilə etdikləri müraciətlərinin vergi orqanlarında hərəkətini “Əməliyyat tarixçəsi” vasitəsilə real vaxt rejimində izləyə və bu müraciətlərin cavabları ilə elektron qutuları vasitəsilə tanış ola bilirlər.
Fərdi elektron qutu vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinin effektivliyini artırır və ənənəvi üsulla kağız daşiyıcılarında sənədlərin göndərilməsi ilə müqayisədə vaxt və resurs itkilərinin qarşısını almış olur.