“Onlayn kargüzarlıq” sistemi vətəndaşlar və vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinə imkan verən sistemdir. “Onlayn kargüzarlıq” Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə Vergilər Nazirliyinin daxili kargüzarlıq sisteminə inteqrasiya olunmuşdur. Ona görə də istifadəçilər göndərdikləri sənədin vergi orqanı daxilində hərəkətini onlayn rejimdə izləyə və icraçının telefonunu öyrənərək onunla birbaşa telefon əlaqəsi yarada bilər. Bu sistem üzərindən vergi orqanına göndərilən bütün müraciətlər rəsmi sənəd statusu alacaqdır . Xidmətdən vergi ödəyiciləri öz aralarındakı yazışmalar üçün də istifadə edə bilərlər. Sistem daxilində hər bir istifadəçi üçün “fərdi elektron qutu” ayrılmışdır. Vergi orqanından istifadəçilərə ünvanlanan məktublar və cavablar həmin qutuya toplanacaq və bu məktublarla İnternet vasitəsilə hər yerdən tanış olmaq mümkün olacaqdır.
“Onlayn kargüzarlıq” sisteminin istifadəçi təlimatlarını aşağıdakı bağlantıdan əldə edə bilərsiniz.
|